18Окт
Xalqın ən böyük sərvəti onun müstəqilliyidir. Müstəqilliyin qorunub saxlanılması isə onu əldə etməkdən daha çətindir. Dövlət müstəqilliyinin qorunub saxlanılmasında görkəmli dövlət xadimlərinin rolu böyükdür. Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin, bütövlükdə yeni Azərbaycanın qüdrətli yaradıcısı və böyük qurucusu hesab edilir.
Dövlətimiz bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdır.
Daha ətraflı »
07Окт
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə Zoom platforması üzərindən onlayn görüş keçirilib.
“Region mətbuatının mövcud vəziyyəti və perspektiv inkişaf hədəfləri” mövzusunda keçirilən görüşdə Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru Rüstəm Əhmədov MEDİA Agentliyinin əsas fəaliyyət istiqamətlərinin Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması olduğunu bildirib. Daha ətraflı »
13Июн
Vətən Müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə “Fulya” adlı sənədli filmin istehsalına başlanılıb. Filmin qəhrəmanı Vətən Müharibəsi zamanı operativliyi və dəqiqliyi ilə Azərbaycan xalqının rəğbətini qazanan türkiyəli müxbir Fulya Öztürkdür. Fulya Öztürkün Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycanın digər şəhər və rayonları kimi Gəncənin də dinc əhalisinə qarşı törətdiyi terror zamanı təqdim etdiyi reportajların filmdə yer alması, çəkilişlərin Gəncədə aparılmasını zəruri edir.
Bununla əlaqədar olaraq “Azərbaycanfilm” kinostudiyası və Türkiyənin “Dado” Produksionun çəkiliş qrupu Fulya Öztürklə bərabər Gəncəyə səfər edib. Səfər çərçivəsində Fulya Öztürk Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. İcra Hakimiyyətinin binasında baş tutan görüşdə Türkiyənin Gəncədəki baş Konsulu Zeki Öztürk də iştirak edib.
Daha ətraflı »
02Апр
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan tədbirdə Baş İdarə rəisi Həmid Nəsirov, «Gəncə Vətən Müharibəsində» kitabının müəllifi Ruhulla Zahidov, Gəncə İdman Liseyinin direktoru Mehman Allahverdiyev və Vətən Müharibəsində qəhrəmancasına döyüşən idmançılar iştirak ediblər.
Baş İdarənin rəisi Həmid Nəsirov tədbirdə çıxış edərək Gəncənin 44 günlük Vətən Müharibəsi dövründə əzm göstərməsi və Gəncənin vətənpərvər idmançı oğullarından söz açmış, bu müharibədə qələbənin əsas memarı cənab Prezident İlham Əliyevin qətiyyəti sayəsində qazanıldığını qeyd edib.
Daha ətraflı »
Yeni ismarıclar