Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 03Июл
    Xəbərlər Комментарии к записи Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat bu gün başa çatır отключены

    Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçmiş abituriyentlərə müraciət edib.

    Mərkəzdən “Report”a bildirilib ki, 60, 61, 62 və 14-cü komissiyalar üzrə qeydiyyat iyunun 28-də bitdiyinə görə hazırda abituriyentlər yalnız qeyd olunan dörd komissiya üzrə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilirlər.

    Ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin digər komissiyaları üzrə qeydiyyat günün sonunadək davam edəcək. Daha ətraflı »

  • 03Июл
    Xəbərlər Комментарии к записи XXX Yay Universiadasında Azərbaycanı 22 idmançı təmsil edəcək отключены

    İyulun 3-də İtaliyanın Napoli XXX Yay Universiadası start götürəcək.

    “Gənclik” Könüllü Tələbə İdman Cəmiyyəti Respublika Şurasının (KTİC RŞ) sədri Tofiq Xanəliyevin AZƏRTAC-a verdiyi məlumata görə, yarışda ölkəmizi bədii gimnastika, idman gimnastikası, cüdo, taekvondo, atletika, qılıncoynatma üzrə 22 idmançı təmsil edəcək. Yarışlar iyulun 14-dək davam edəcək.

    Xatırladaq ki, Çinin Taypey şəhərində təşkil olunan XXIX Ümumdünya Yay Universiadasında Azərbaycan idmançıları üç qızıl, bir gümüş, dörd bürünc medal qazanaraq yekun siyahıda 24-cü yerdə qərarlaşıblar. Daha ətraflı »

  • 03Июл
    Xəbərlər Комментарии к записи Şişə düzgün yeridilmiş kurkumin xərçəngi 11 gün ərzində məhv edib отключены

    Bir qrup alim xərçəng əleyhinə təbii komponenti bilavasitə sümük xərçəngi hüceyrələrinə yeritmək üçün xüsusi qişa hazırlayıb.

    AZƏRTAC "Xaytek+”ə istinadla xəbər verir ki, bu texnologiya dərmanın xərçəng hüceyrələrini cəmi bir neçə gün ərzində məhv etməsinə imkan verib. Sarıkökün tərkibindəki kurkumin maddəsi xərçəng şişləri əleyhinə xüsusiyyətləri ilə məşhurdur. Amma alimlər kurkuminin bu xüsusiyyətini uzun illər irimiqyaslı tədqiqatlara tətbiq edə bilməyiblər, çünki maddə peroral qəbul olunarkən orqanizm tərəfindən xərçənglə mübarizə apara biləcək qədər mənimsənilmir. Amerika alimləri kurkuminin xərçəng hüceyrələrinə yeridilməsinin üsulunu tapıblar. Bu üsul osteosarkoma hüceyrələrinin nümunəsində 100 faiz səmərəli olduğunu sübuta yetirib. Vaşinqton Universitetinin bir qrup alimi dərman üçün xüsusi kapsul və karkas işləyib hazırlayıb. Kapsulun və ya karkasın içində olan kurkumin orqanizmdə hərəkət edərkən öz xüsusiyyətlərini itirmir və yalnız şişlə təmas zamanı qişasından azad olur. Daha ətraflı »

  • 02Июл
    Xəbərlər Комментарии к записи Gəncədə polis işçilərinin peşə bayramı qeyd olunub отключены

    Gəncədə 2 iyul – Polis işçilərinin peşə bayramı günü qeyd olunub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov, Gəncə Şəhər Prokuroru Fazil Həsənəliyev, Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə Şəhər İdarəsinin rəisi Əli Əliyev, Gəncə Şəhər Hərbi Prokuroru Əmrah Mehdiyev, Gəncə Şəhər Baş Polis İdarəsinin şəxsi heyəti və veteran polislər iştirak ediblər. 

    Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin Gəncənin Baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Daha sonra onlar Şəhidlər Xiyabanında olub, ötən il Gəncədə ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin və polis polkovnik-leytenantı Səməd Abbasovun, habelə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən igid oğulların məzarlarını ziyarət ediblər. Daha ətraflı »

  • 02Июл
    Xəbərlər Комментарии к записи Daxili İşlər naziri Gəncədə vətəndaşları qəbul edəcək отключены

    Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iyulun 27-də Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindəAZƏRTAC-a bildiriblər ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Daha ətraflı »

  • 02Июл
    Xəbərlər Комментарии к записи Gəncədə şəhər rəhbərliyinin sakinlərlə görüşləri davam edir отключены

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyyələrini rəhbər tutaraq, mütəmadi şəkildə sakinlərlə görüşür, onların şikayət və təkliflərini dinləyir. Növbəti belə görüş Gəncənin Şahlar Hüseynov, İsaq Cəfərov və Azərbaycan bayrağı küçələrinin sakinləri ilə baş tutub.

    Sakinlər Azərbaycan bayrağı küçəsində həyata keçirilən abadlıq işlərinə görə minnətdarlıqlarını bildiriblər. Küçənin asfalt örtüyü yenilənib, gecə işıqlandırılması sistemi qurulub, binaların fasadları təmir edilib. Müraciət edən sakinlər əsasən binaların həyətlərinin səligəyə salınmasını, ara küçələrin asflatlanmasını xahiş ediblər. Bununla yanaşı onlar bəzi marşrut xəttlərinin uzadılmasını, digərlərinin isə iş qrafikinin artırılmasını istəyiblər. Daha ətraflı »

  • 01Июл
    Xəbərlər Комментарии к записи İlham Əliyev UNESKO-nun Baş direktoru Odre Azulenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib отключены

    İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UNESKO-nun Baş direktoru xanım Odre Azulenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Görüşdə Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətinə toxunuldu, dünyada bu tədbirə böyük marağın olduğu qeyd edildi.

    UNESKO-nun Baş direktoru xanım Odre Azule Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfəni yüksək qiymətləndirdi və ölkəmizdə mədəni və tarixi irsin qorunması və təbliği istiqamətində görülən işlərin əhəmiyyətini qeyd etdi. Xanım Odre Azule Azərbaycanın Elm Muzeyinin təsis edilməsi təşəbbüsünə UNESKO-nun dəstək verdiyini bildirdi. Daha ətraflı »

  • 01Июл
    Xəbərlər Комментарии к записи Mehriban Əliyeva UNESKO-nun sessiyasının açılışında iştirak edib отключены

    İyunun 30-da Bakıda, Heydər Əliyev Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.

    Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

     

    Daha ətraflı »

  • 01Июл
    Xəbərlər Комментарии к записи İyulda bəzi bölgələrdə 42 dərəcə isti olacaq отключены

    İyulda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Ayın ilk günlərində havanın qeyri-sabit, nisbətən sərin keçəcəyi gözlənilir. Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, tez-tez güclənəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 25-27° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 21-26°, gündüzlər 29-34°, bəzi günlərdə 37-41° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 2-3 mm) gözlənilir.

    Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 25-28° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 20-25°, gündüzlər 30-35° isti , bəzi günlərdə 38-42° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 6-16 mm) bildirilir. Daha ətraflı »

  • 01Июл
    Xəbərlər Комментарии к записи Pərvin Kərimzadə: Son 6 ay böyük dəyişikliklərlə yadda qaldı отключены

    2019-cu ilin 6 ayı Azərbaycanın siyasi, iqtisadi, sosial həyatında böyük dəyişikliklərlə yadda qalıb

    Prezident İlham Əliyev ictimaiyyət qarşısında etdiyi çıxışlarında, həmçinin dövlət rəsmilərinin iştirakı ilə keçirdiyi müşavirələrdə səsləndirdiyi – “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial-rifah halının daha da yaxşılaşdırılması dayanır”, – fikirləri real həyatda atılan addımlarla üst-üstə düşür. Yəni, verilən vədlər, əməli tədbirlərlə bir-birini tamamlayır. Buna misal olaraq, sadəcə cari ilin ötən altı ayında ölkədə baş verən prosesləri, o cümlədən dövlət başçısının imzaladığı fərman və sərəncamları, həmin sənədlərdən irəli gələrək görülən işləri sadalamaq kifayətdir. Daha ətraflı »