Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 26Апр
    Xəbərlər Комментарии к записи Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qızılhacılı, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 25Апр
    Xəbərlər Комментарии к записи İlham Əliyev Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van Yanla görüşüb отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasının sədri Van Yanla görüşüb.

    Van Yan Azərbaycan Prezidentinin Çinə səfərinin ikitərəfli əlaqələrimizə töhfə verdiyini bildirdi. “Bir kəmər, bir yol” layihəsinin hərtərəfli əməkdaşlığı ehtiva edən geniş ictimai platforma olduğunu deyən Van Yan Azərbaycanın və Çinin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyini vurğuladı. Qeyd etdi ki, ölkələrimiz birgə səylərlə siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməlidir. Daha ətraflı »

  • 25Апр
    Xəbərlər Комментарии к записи Gəncədə “Nəsimi İli”nə həsr olunmuş çempionat keçiriləcək отключены

    Mayın 25-də Azərbaycanın bir sıra şəhər və rayonlarında “Nəsimi İli”nə həsr olunmuş intellektual oyun çempionatı başlayacaq.

    Təhsil Nazirliyindən verilən məlumata görə, çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gəncləri aşkar etmək, onların inkişaf etdirilməsinə şərait yaratmaqdan ibarətdir.

    Çempionat Bakı, Gəncə, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Masallı, Sumqayıt, Quba, Zaqatala, Göyçay şəhərlərində baş tutacaq. Daha ətraflı »

  • 25Апр
    Xəbərlər Комментарии к записи UTECA-nın tələbə və müəllimləri qanvermə aksiyasına qatılıblar отключены

    Mərkəzi Qan Bankının Gəncə bölməsində aksiya iştirakçılarına bildirilib ki, 18-65 yaşlı, boyu 150 sm-dən, çəkisi isə 50 kq-dan az olmayan hər bir şəxs qan verə bilər. Həkim hemotoloqlar Azərbaycan Texnologiya Universitetindən gələn donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər. Mərkəzdə qan verənlər üçün desert masası təşkil edilib.

    Aksiya hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatı üçün nəzərdə tutulub. Daha ətraflı »

  • 25Апр
    Xəbərlər Комментарии к записи Gəncədə görkəmli sənətkar Məhəmməd Bürcəliyevin barelyefi vurulub отключены

    Bu gün Azərbaycanın Xalq artisti, qocaman səhnə ustası, teatr və kino aktyoru Məhəmməd Bürcəliyevin (1914- 1994) doğum tarixidir. Sənətkarın adının əbədiləşdirilməsi məqsədi ilə yaşadığı binanın qarşısına xatirə-barelyefi vurulub. Azərbaycanın xalq artistinin oğlu Anar Bürcəliyev ailə üzvləri adından görkəmli sənətkarın xatirəsinə göstərilən diqqətə görə şəhər rəhbərliyinə dərin təşəkkürünü bildirib.

    1935-ci ildən ömrünün sonunadək Gəncədə yaşayıb-yaradan görkəmli sənətkar 1914-cü il aprel ayının 25-də Şəki şəhərində anadan olub. Burada beşillik təhsilini başa vurduqdan sonra fabrik-zavod məktəbinə daxil oub. Daha ətraflı »

  • 25Апр
    Xəbərlər Комментарии к записи ADAU ilə Atatürk universiteti arasında əlaqələr möhkəmlənir отключены

    Türkiyə Cümhuriyyətinin Yüksək Öyrətim Komissiyası (YÖK) tərəfindən Mövlana beynəlxalq mübadilə proqramı çərçivəsində Ərzurum Atatürk Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında elm və tədris sahələrində, tələbə vəəllim mübadiləsində əlaqələr daha da möhkəmləndirilir.

    Atatürk Universitetinin Əczaçılıq fakültəsinin Biyokimya anabilim dalının öğretim üyesi Prof. Dr. Yasin Bayır (layihə rəhbəri), Tibb fakültəsinin Farmakologiya anabilim dalının öğretim üyələri Prof.Dr.Abdulmecit Albayrak və Dos. Dr. Erol Akpınar (araşdırmaçılar) ilə Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin Bağçılıq kafedrasının dosenti Dr. Abbas İsmayılov, Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin Daha ətraflı »

  • 25Апр
    Xəbərlər Комментарии к записи GDU-da ‘Narkotik vasitələrin, psixotropik maddələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə’ mövzusunda konfrans keçirilib отключены

    Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Bu fikirlər Gəncə Dövlət Universitetində “Narkotik vasitələrin, psixotropik maddələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə” mövzusunda keçirilən konfransda səsləndirilib.

    Konfransdan öncə narkomaniyanın acı fəsadlarından bəhs edən “Bəla” qısametrajlı filmi nümayiş etdirilib.

    Konfransı açan universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva bildirib ki, Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Daha ətraflı »

  • 25Апр
    Xəbərlər Комментарии к записи Ermənistan ordusu sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 24Апр
    Xəbərlər Комментарии к записи İlham Əliyev Çinə işgüzar səfərə gəlib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfərə gəlib.

    Pekin şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Daha ətraflı »

  • 24Апр
    Xəbərlər Комментарии к записи Gəncənin “Azərin”rəqs qrupu Türkiyədə Uşaq Festivalında iştirak edir отключены

    Türkiyənin 23 aprel Beynəlxalq Müstəqillik və Uşaq Bayramı münasibəti ilə Kocaeli Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə Beynəlxalq Uşaq Festivalı keçirilir.

    Üç gün davam edən festivalda 41 ölkədən, eləcə də Türkiyənin bütün şəhərlərindən məktəblilər iştirak edir.

    Gəncə şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin “Azərin” rəqs qrupu da Uşaq Festivalında iştirak edirlər.

    Məlumat üçün bildirək ki, Türkiyənin beynəlxalq bayramlarından olan 23 aprel Beynəlxalq Müstəqillik və Uşaq Bayramı 1979-cu ildən hər il Türkiye Radyo Televizyon Kurumu tarafından düzenlenen beynəlxalq uşaq şənliyidir. Daha ətraflı »