Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 07Апр
    Sosial Комментарии к записи İşsiz şəxslərdən kimlərə birdəfəlik ödəmə veriləcəyi açıqlandı отключены

    «Son 2 gündə 190 manat məbləğində birdəfəlik ödəməni almaq məqsədilə işsiz kimi qeydiyyata alınmaq üçün vətəndaşlar tərəfindən elektron sistemə daxil olan müraciətlərin təhlili göstərir ki, bir çox hallarda bu müraciətlər qanunvericiliklə işsiz statusuna uyğun olmayanlar (hətta faktiki iş yeri, qazancı olanlar) tərəfindən edilir».

    Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Daha ətraflı »

  • 07Апр
    Sosial Комментарии к записи Deputat: Sosial paket davamlı olduğu üçün koronavirusun hər bir vətəndaşın gəlirinə təsirinin minimumlaşdırılmasına imkan verəcək отключены

    Sosial paket davamlı olduğu üçün koronavirusun hər bir vətəndaşın gəlirinə təsirinin minimumlaşdırılmasına imkan verəcək. Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

    «Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı təsdiq olunan zaman insanları ən çox maraqlandıran məsələlərdən biri də koronavirus pandemiyasınadək əmək müqaviləsi olmadan çalışan vətəndaşlara hansı dəstəyin olacağı idi. Təbii ki, hər bir işçinin leqal sektorda əmək müqaviləsi ilə çalışması daha arzuolunandır. 2019-cu ildə kölgə iqtisadiyyatının miqyası ciddi şəkildə azalsa da, yenə də qeyri-formal iqtisadiyyatda çalışan vətəndaşlarımız var. Daha ətraflı »

  • 07Апр
    Sosial Комментарии к записи Bu həftə Azərbaycanda dövlət muzdlu işçilərə ödənişə başlayır отключены

    Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi hazırlanıb və bu həftə ərzində ödəmələrin həyata keçirilməsinə başlanacaq.

    “Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Daha ətraflı »

  • 05Апр
    Sosial Комментарии к записи Gəncədə Daxili Qoşunlar karantin rejiminə nəzarət edir отключены

    Gəncə şəhərində xüsusi karantin rejiminin tələbləri ilə bağlı vətəndaşların evdən çıxmasına tətbiq olunan məhdudiyyətlər yüksək səviyyədə təşkil edilib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən Trend-ə məlumata görə, Daxili Qoşunların hərbçiləri ilə birlikdə Gəncə Şəhər Baş Polis idarəsinin əməkdaşları xüsusi karantin rejimin tələblərinin icrasına tam nəzarət edir. Daha ətraflı »

  • 05Апр
    Sosial Комментарии к записи Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılacaq отключены

    Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılacaq.

    Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb. Daha ətraflı »

  • 30Мар
    Sosial Комментарии к записи Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib YENİLƏNIB отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda "Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin — TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, müvəqqəti olaraq sabahdan etibarən bu müəssisədə koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar. Bu tibb ocağında quraşdırılan avadanlıq istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Görülən bütün bu işlərin isə bir məqsədi var: Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin olunması. Tibb ocağı 575 çarpayılıqdır. Burada cərrahiyyə, terapiya, təcili tibbi yardım, poliklinika, ürək və damar cərrahiyyəsi, neyrocərrahiyyə, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq. Daha ətraflı »

  • 05Мар
    Sosial Комментарии к записи Prezident İlham Əliyev Sərəncam imzalayıb отключены

    Tovuz rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Tovuz rayonunun əhalisi 68296 nəfər olan 9 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,26 milyon (bir milyon iki yüz altmış min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın. Daha ətraflı »

  • 05Мар
    Sosial Комментарии к записи Naqif Həmzəyev Gürcüstanın Gəncədəki Baş konsulu ilə görüşüb отключены

    YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev Gürcüstanın Gəncədəki Baş konsulu Nikoloz İaşvili ilə görüşüb.

    Görüşdə tarixin sınaqlarından keçmiş Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərindən söz açılıb, bu əlaqələrin hər zaman xalqlarımız, dövlət rəhbərlərimiz tərəfindən daim möhkəmləndirildiyi qeyd edilib.

    Azərbaycan və Gürcüstanın nümunəvi mehriban qonşuluq münasibətlərinin bu gün yüksələn xətlə inkişaf etdiyindən söhbət açan millət vəkili Naqif Həmzəyev ölkələrimiz arasındakı əlaqələrin inkişaf perspektivlərinə, hər iki dövlətin birgə iştirakı ilə həyata keçirilən layihələrin əhəmiyyətinə toxunub.

    Azərbaycan və Gürcüstanın yüksək səviyyədə olan əməkdaşlıq imkanlarının qarşılıqlı münasibətlərin inkişafında mühüm rol oynadığını bildirən baş konsul Nikoloz İaşvili səmimi qarşılanmaya görə təşəkkür edib. Daha ətraflı »

  • 05Мар
    Sosial Комментарии к записи Gəncənin su təchizatı layihəsi 2022-ci ildə başa çatacaq отключены

    Əgər Taxtakörpü su anbarı bir neçə il bundan əvvəl tikilməsə idi, keçən ilin yay aylarında Bakı şəhərində su qıtlığı yaranacaqdı. Çünki bizim əsas içməli su mənbəyimiz olan Ceyranbatan su anbarını qidalandıran Taxtakörpü su anbarıdır. Orada sular yığılır və eyni zamanda, təbii yollarla təmizlənir, sonra Ceyranbatana axıdılır. Ona görə bu böyük infrastruktur layihələrinin çox böyük əhəmiyyəti, faydası var. Bu gün biz əkin sahələrimizi genişləndiririk, insanları içməli su ilə təmin edirik”.

    Bu sözləri Prezident İlham Əliyev “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksinin kollektivi ilə görüşü zamanı deyib.

    Dövlət başçısının sözlərinə görə, Şəmkirçay su anbarından götürülən və burada təmizlənən su Gəncə, Samux və Şəmkir şəhərlərinin böyük hissəsini təmin edəcək: Daha ətraflı »

  • 19Фев
    Sosial Комментарии к записи İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib.

    Son illər şəhər nəqliyyatı ilə bağlı görülmüş işlərdən danışan Prezident İlham Əliyev dedi:

    — Bakı Nəqliyyat Agentliyi keçən ili yaxşı nəticələrlə başa vurub, görülən işlərin bir hissəsi ilə mən şəxsən tanış olmuşam. Hesab edirəm ki, Agentlik üçün keçən il uğurlu olubdur. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, hələ görüləsi işlər çoxdur.

    Son beş il ərzində şəhərimizə yüzlərlə yeni avtobus gətirilib. Bu avtobusların hamısı dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Bu, bizim şüurlu seçimimizdir. Çünki Bakıda ən müasir texnologiyalar tətbiq edilməlidir, o cümlədən nəqliyyat vasitələrinin dünyanın ən yüksək standartlarına cavab verməsi əsas şərtlərdən biridir. Onu da bildirməliyəm ki, beş il bundan əvvəl Bakıya gətirilmiş ilk xarici istehsal olan avtobuslar, hətta o avtobusların istehsal olunduğu ölkələrdə hələ xətlərə çıxmamışdı. Daha ətraflı »