Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,821
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 06Июл
    Iqtisadiyyat Комментарии к записи Niyazi Bayramov türkiyəli iş adamı ilə görüşüb отключены
    Niyazi Bayramov türkiyəli iş adamına şəhərin iqtisadi potensialı barədə ətraflı məlumat verib. O bildirib ki, Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Burada Beynəlxalq Hava Limanı, “Gəncə Avtomobil Zavodu” və “Azəraliminium” MMC kimi bir sıra iri sənaye müəssisələri fəaliyyət göstərir. Həmçinin qeyd olunub ki, qədim İpək yolunun üzərində yerləşən şəhər olduqca əhəmiyyətli coğrafi mövqeyə sahibdir. Gəncə Qərb bölgəsinin qəlbi və mərkəzi hesab olunur. 
    İbrahim Karaca isə öz növbəsində təmsil etdiyi “Albayrak” Holdinq barədə şəhər rəhbərliyinə ətraflı məlumat verib.

    Daha ətraflı »

  • 05Июл
    Iqtisadiyyat Комментарии к записи Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti отключены

    Azad (xüsusi) iqtisadi zonaların bir sıra xarakterik xüsusiyyətləri vardır. Bu zonalarda müxtəlif növ güzəşt və stimullar tətbiq edilir. Belə ki, xarici ticarət zamanı ixrac-idxal rüsumları azaldılır və ya ləğv edilir, fiskal güzəştlər tətbiq edilir. Bu güzəştlər vergitutma bazasında, gəlirdən çıxılan xərclərdə, vergi dərəcələrində, vergi azadolmaları və güzəştlərində və digər imtiyazlarda özünü göstərir. Bundan başqa, azad iqtisadi zonalara büdcədən subsidiyalar ayrılır, güzəştli dövlət kreditləri, torpaqdan və əmlakdan istifadəyə görə imtiyazlı icarə haqları verilir, müəssisələrin qeydiyyatdan keçirilməsi prosedurları, qeyri-rezidentlərin ölkəyə girişi-çıxışı sadələşdirilir.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 22 may 2020-ci il tarixində imzalanmış fərmanla Ələt Azad İqtisadi Zonası — Xəzər dənizi sahilindəki Ələt qəsəbəsində yerləşən ticarət və logistika mərkəzi yaradılmışdır.

    Daha ətraflı »

  • 30Июн
    Iqtisadiyyat Комментарии к записи Yeni metro qatarları Moskvadan Bakıya yola salınıb отключены
    Rusiyanın “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin Bakı metropoliteni üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi Bakıya yola salınıb.

    “Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, vaqonların texniki cəhətdən yoxlanılması, qəbulu və yola salınması məqsədilə QSC-nin Hərəkət qatarlarının istismarı və Depolar üzrə iş departamentlərinin rəisləri Akif Əhmədov və Faiq Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti “Metrovaqonmaş” müəssisəsində olub.

    Bakı metropoliteni üçün istehsal edilən vaqonların Azərbaycana yola salınmasından əvvəl Bakı metropoliteninin və “Metrovaqonmaş”ın nümayəndələri müəssisədə Azərbaycan xalqının ümummilli lideri

    Daha ətraflı »

  • 05Июн
    Iqtisadiyyat Комментарии к записи Azərbaycanın makroiqtisadi inkişfında dayanıqlıq təmin edilib отключены
    Azərbaycanın makroiqtisadi inkişfında dayanıqlıq təmin edilibAzərbaycan ildən-ilə güclənir, inkişaf edir. Ölkəmizin makroiqtisadi inkişfında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Son illərdə iqtisadi inkişafın tempinə görə dünyada demək olar ki, birinciliyi əldə saxlayan Azərbaycan, bu nailiyyətlərə təkcə özünün təbii resurslarının zənginliyi ilə deyil, əsasən, düzgün müəyyənləşdirilən iqtisadi-siyasi strategiya nəticəsində müvəffəq olub. Bu gün iqtisadiyyatda əldə edilmiş naliyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə — modernləşmə mərhələsinə qədəm qoyub.
    Qeyd etmək lazımdır ki, dövlətin iqtisadiyyat sahəsindəki fəaliyyətinin əsas prioritetlərindən biri müştəri məmnuniyyətidir. Məlum olduğu kimi, hazırda ölkədə fəaliyyət göstərən banklar və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslara adaptasiya prosesi yekunlaşmaq üzrədir.

    Daha ətraflı »

  • 02Июн
    Iqtisadiyyat Комментарии к записи “Azəristiliktəchizat” borc bildirişlərini onlayn göndərəcək отключены
    “Azəristiliktəchizat” borc bildirişlərini onlayn göndərəcək

    “Azəristiliktəchizat” ASC xidməti ilə bağlı məlumatların istehlakçılara proaktiv çatdırılması, borc və digər məlumatlar haqqında bildirişlərin elektron göndərilməsinə dair elan etdiyi açıq tenderə yekun vurub.

    “Report” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Bimtek Mobile Solutions and Marketing Limited” MMC-dir.

    Daha ətraflı »

  • 16Мар
    Iqtisadiyyat Комментарии к записи Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Gəncəyə səfər edib отключены
    IMG 2121

    Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Serqey Ştelyuk Gəncəyə səfər edib. Səfər çəriçvəsində o, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyevlə görüşüb. Görüşdə Azərbaycan Ukrayna Biznes Alyansının təsisçisi Tamara Yusifova, Ukrayna Biznes Alyansının sədri Rüfət Hacıyev, habelə Gəncədə fəaliyyət göstərən iri və orta sənaye müəssisələrinin rəhbər və nümayəndələri iştirak ediblər.

    Adil Tağıyev qonaqları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq bildirib ki, Gəncə ölkənin ikinci ən böyük sənaye şəhəridir.  O, şəhərin iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.  Adil Tağıyev Ukrayna və Azərbaycan  arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu da qeyd edib.

    Daha ətraflı »

  • 13Янв
    Iqtisadiyyat Комментарии к записи İlham Əliyevin növbəti siyasi-diplomatik qələbəsi отключены
    Moskvada keçirilən üçtərəfli görüş, imzalanan bəyanat Azərbaycanın
    milli maraqlarına cavab verən növbəti hadisə oldu

    Ötən ilin ən böyük hadisəsi olan İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi-siyasi qələbəsi ilə başa çatdı.  28 il idi danışıqlar prosesində destruktiv mövqe tutan, işğal etdiyi torpaqları azad etmək istəməyən Ermənistan güc yolu ilə buna məcbur edildi, cəzalandırılaraq Azərbaycan torpaqlarından qovuldu. Tarixə həm də Vətən müharibəsi kimi həkk olunan bu savaş Prezident İlham Əliyevin  əməliyyatların ilk günündən diktə etdiyi şərtlərlə başa çatdı.

    Daha ətraflı »

  • 20Окт
    Iqtisadiyyat Комментарии к записи «Xudafərin» hidroqovşağı elektrik enerjisi istehsal etməyə imkan verəcək отключены

    "Xudafərin" hidroqovşağı elektrik enerjisi istehsal etməyə imkan verəcək<b style="color:red"></b>

    Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir. Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb.

    Azərbaycan Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

    Daha ətraflı »

  • 21Сен
    Iqtisadiyyat Комментарии к записи Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır отключены

    Prezident İlham Əliyev: “Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir”. Qədimdən neft diyarı kimi tanınan Azərbaycan quruda və kontinental şelfdə neft və qaz kimi təbii sərvətlərə, neftin hasilatı və emalı sahəsində zəngin tarixə malikdir. Müasir mərhələdə respublika iqtisadiyyatının inkişafı Xəzər dənizinin və Abşeron yarımadasının zəngin karbohidrogen ehtiyatlarının uğurla işlənilməsi ilə qırılmaz surətdə bağlıdır. Bu gün Azərbaycanın sosial-iqtisadi inkişafında neft amili həlledici rol oynayır. Nefdən əldə edilən gəlirlə ölkədə yeni infrastruktur yaradılır, qlobal layihələr reallaşdırılır, qeyri-neft sektoru inkişaf etdirilərək iqtisadiyyat şaxələndirilir.

    Daha ətraflı »

  • 21Сен
    Iqtisadiyyat Комментарии к записи İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Prezident İlham Əliyevə “Abşeron” yatağında quraşdırılacaq dayaq blokları və digər sualtı qurğular barədə məlumat verildi.

    Bildirildi ki, “Abşeron” yatağında quraşdırılacaq dörd əsas dayaq bloku və digər sualtı qurğular SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən tikilib. Tikinti işlərinə ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estakadaların, məşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir.

    Daha ətraflı »

Səhifə 1 - 3123