Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,893
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 07Окт
    Siyasət Комментарии к записи Dahi  şəxsiyyət , həmişəyaşar lider отключены
    Azərbaycan tarixində misilsiz  xidmətlərilə  əbədiyaşar mövqe qazanmış ümumilli lider Heydər Əliyev öz xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə nəinki xalqımızın ən parlaq siması, eləcədə dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz buraxıb.
    Azərbaycanın bir qərinəlik tarixi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli liderin hər dəfə hakimiyyətə gəlişi xalqımız üçün bir qurtuluş olub. Ölkəmizin keçən əsrin 60-cı illərin sonundan başlayan və 21-ci əsrə adlayan 35 illik bir dönəmi yeniliklər və irəliləyişlərlə seçilib. 
    Heydər Əliyev Azərbaycan xalqının  müstəqillik, suverenlik arzusunu tarixi reallığa çevirib,  böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlayıb. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi illər ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının müəllifi kimi qəbul edir. 

    Daha ətraflı »

  • 26Авг
    Siyasət Комментарии к записи «Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir» — Dövlət başçısı отключены
    "Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir" - <b style="color:red"> Dövlət başçısı</b>

    Bu fikirləri Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə söyləyib.

    Daha ətraflı »

  • 19Авг
    Siyasət Комментарии к записи Prezident Aslan Aslanovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib отключены
    Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
    Qeyd edək ki, Azərbaycanın tanınmış jurnalisti, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanovun 70 yaşı tamam olub.

    Daha ətraflı »

  • 09Авг
    Siyasət Комментарии к записи Azərbaycanın İranda yeni səfiri təyin olunub — SƏRƏNCAM отключены
    Prezident İlham Əliyev Ə.F.Əlizadənin Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
    Sərəncama əsasən Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
    Prezident İlham Əliyevin digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.

    Daha ətraflı »

  • 09Авг
    Siyasət Комментарии к записи YAP Gəncə şəhər təşkilatının IX hesabat konfransı keçirilib отключены
    Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, partiyamız bu gün sürətlə inkişaf edən, xalqımızın bütün təbəqələrini özündə birləşdirən, möhkəm sosial bazası olan qüdrətli siyasi qüvvəyə çevrilib. Yeni Azərbaycan Partiyası bu gün 760 mindən çox partiya üzvünü ətrafında birləşdirib. Bu da xalqın partiyaya inamının böyük olduğunu göstərir. Yeni Azərbaycan Partiyasının bu inkişaf prosesində YAP Gəncə şəhər təşkilatı da öncül yerlərdən birini tutur.

    Daha ətraflı »

  • 07Авг
    Siyasət Комментарии к записи İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib отключены
    Dövlətimizin başçısı qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları nəticəsində insanların həlak olması ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana bir daha başsağlığı verdi. Prezident İlham Əliyev yanğınların söndürülməsi və onların törətdiyi fəsadların qarşısının alınmasında Azərbaycanın Türkiyənin yanında olduğunu bildirdi və həmrəyliyini ifadə etdi.

    Daha ətraflı »

  • 23Июл
    Siyasət Комментарии к записи İlham Əliyev Gəncədə Ermənistanın raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olub отключены
    Dövlət başçısı Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olub.

    Daha ətraflı »

  • 28Июн
    Siyasət Комментарии к записи Zəfər tariximizin ən yüksək zirvəsi отключены
    Zəfər tariximizin ən yüksək zirvəsi
    30 il ərzində təcavüzkar siyasət yeridən Ermənistanın işğalı altında qalan torpaqlarımız 44 günlük zəfər yürüşündə geri qaytarıldı. Vətən müharibəsi Azərbaycanın yalnız hərb meydanında qələbəsi deyildi. Ona görə ki, bu müharibə həm də siyasət meydanında, diplomatik müstəvidə, informasiya sahəsində gedirdi.
    Qələbəni təmin edən əsas səbəb də məhz Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, ən çətin anlarda düzgün qərar qəbul etmək bacarığı oldu. 44 günlük müharibədə təkcə Ermənistan yox, Ermənistan üzərindən regionda məkrli oyunlar quran qüvvələr ağır məğlubiyyətə düçar oldu.

    Daha ətraflı »

  • 28Июн
    Siyasət Комментарии к записи Şərtləri İlham Əliyev diktə edir отключены
    Regionun aparıcı dövləti olan Azərbaycanın statusu getdikcə daha da yüksəlir

    İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu daha da möhkəmləndirdi. İndi qalib ölkə kimi Azərbaycan oyun qaydalarını özü müəyyənləşdirir, tərəfdaşlarına, müttəfiqlərinə əməkdaşlıq təkliflərini açıq şəkildə bildirir.

    Qarabağın düşmən tapdağından təmizlənməsindən sonra regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanları çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət göstərir.

    Prezident İlham Əliyev hər çıxışında, müsahibəsində, görüşlərində yaranmış reallıqları dəyərləndirməklə regionun gələcək inkişafı üçün real imkanların mövcudluğunu göstərir və qeyd edir ki, bu durum ilk növbədə bölgədə uzunmüddətli sülhün təmin olunmasını şərtləndirir.

    Daha ətraflı »

  • 28Июн
    Siyasət Комментарии к записи Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub отключены
    İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-si saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

    Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

    Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

    Daha ətraflı »

Səhifə 1 - 3312345...102030...»