Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,761
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 21Мар
    Siyasət Комментарии к записи Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciəti отключены
    003

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırıblar.

    Sonra dövlətimizin başçısı müraciət edib. 

    — Əziz bacılar və qardaşlar, mən sizin hamınızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm! Bütün Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram!

    Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik.

    Daha ətraflı »

  • 17Мар
    Siyasət Комментарии к записи Ceyhun Bayramov: “Ermənistan Azərbaycan ərazisinə hərbçi göndərmək cəhdlərinə son qoymalıdır” отключены
    Ceyhun Bayramov: “Ermənistan Azərbaycan ərazisinə hərbçi göndərmək cəhdlərinə son qoymalıdır”“Üçtərəfli bəyanatların bir sıra müddəalarının uğurla yerinə yetirilməsinə baxmayaraq, bəzi məqamlarda Ermənistandan konstruktiv yanaşmanı görmürük”.

    “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 17-də Bakıda Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla birgə keçirdiyi mətbuat konfransında deyib.

    Daha ətraflı »

  • 17Мар
    Siyasət Комментарии к записи Prezident: “Şuşa kimi mənzərəsi, təbiəti olan şəhəri belə günə salmaq vəhşilikdir” отключены
    Prezident: “Şuşa kimi mənzərəsi, təbiəti olan şəhəri belə günə salmaq vəhşilikdir”“Ermənilər Şuşanı erməni şəhəri kimi qələmə vermək istəyirlər. Halbuki, Şuşanın təməlini qoyan Pənahəli xan olub və həmişə burada azərbaycanlılar yaşayıb. Yaxşı, erməni şəhəri idisə, niyə əl gəzdirməmisiniz?. Şuşa kimi mənzərəsi, təbiəti olan şəhəri belə günə salmaq vəhşilikdir. Azərbaycanlıların evlərini dağıdıblar və hesab edirdilər ki, bu işğal əbədi olacaq. Biz işğala son qoyduq”.

    “Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev martın 16-da Şuşa şəhərində olarkən deyib.

    Daha ətraflı »

  • 17Мар
    Siyasət Комментарии к записи İlham Əliyev Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib отключены

    001 (12)Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Nazir Bekir Pakdemirli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

    Prezident İlham Əliyev Türkiyə dövləti başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə çatdırmağı xahiş etdi.

    Daha ətraflı »

  • 17Мар
    Siyasət Комментарии к записи Ölkə Prezidentimizin Qarabağa hər səfəri qəlbimizi qürur hissi ilə doldurur-Naqif Həmzəyev отключены

    16158355533598521293 1000x669Azərbaycanın haqq səsini ali tribunalardan qətiyyətlə dünya ictimaiyyətinə çatdıran, ən mötəbər kürsülərdən «Qarabağ Azərbaycandır və nida» deyən ölkə Prezidentimiz İlham Əliyevin yağı tapdağından azad edilmiş torpaqlara hər səfəri xalqımızın qəlbini iftixar, qürur hissi ilə doldurur.

    Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, hər zaman xalqa verdiyi bütün vədlərə sadiq olduğunu nümayiş etdirən ölkə Başçısının hərbi əməliyyatların bitməsindən sonra mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərə səfər etməsi, bu ərazilərimizin yenidən qurulması istiqamətində infrastruktur layihələrin təməlini qoyması düşmənə və onların havadarlarına verilən mühüm mesajdır.

    Daha ətraflı »

  • 11Мар
    Siyasət Комментарии к записи Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır отключены

    2203 12.12.2020.22Özünü bir millət kimi dərk edən, azadlığın və müstəqilliyin şirin tamını dadmış xalqı öz dövləti ətrafında yalnız milli ideya birləşdirə bilər. Azərbaycanda milli ideyanın yaranması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin irəli sürdüyü milli ideya bütün azərbaycanlıları bir məqsəd — müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi və inkişafına xidmət etmək ətrafında birləşdirdi. Azərbaycanın mütərəqqi insanları Heydər Əliyevin ətrafında toplaşdılar.

    Bu insanları bir araya toplayan isə sözsüz ki, Ulu öndərin siyasi təcrübəsi, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik idi. 

    Daha ətraflı »

  • 08Мар
    Siyasət Комментарии к записи Azərbaycan regional və beynəlxalq aləmdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır отключены
    Azərbaycan regional və beynəlxalq aləmdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır

    Azərbaycanın yerləşdiyi geosiya məkan əlverişli olmaqla yanaşı, həm də dünyanın supergüclərinin barışmaz maraqlarının kəsişdiyi bir regiondur. Bu səbəbdən də dövlətin həyata keçirdiyi xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yerini tutması üçün olduqca vacibdir.

    Azərbaycanın milli dövlətçilik prinsiplərinə, müstəqilliyin və suverenliyin qorunmasına xidmət edəcək dayanıqlı xarici siyasəti mövcuddur.

    Daha ətraflı »

  • 08Мар
    Siyasət Комментарии к записи Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiyası yanaşır отключены
    BayraqAzərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşmış, ümumdövlət məsələlərində vahid mövqe yaranmışdır. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birlik yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır.

    Daha ətraflı »

  • 06Мар
    Siyasət Комментарии к записи 44 günlük Vətən müharibəsi ordumuzun dözüm və peşəkarlığının göstəricisidir отключены

    Qələbə Paradıİşğalçı Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam Qələbəsi ilə başa çatdı. Bu tarixi zəfər düşmən tapdağı altında olan ərazilərimizin azad edilməsi ilə yanaşı, 30 ilə yaxındır davam edən münaqişəyə də son qoydu. Azərbaycan bu nəticəni danışıqlar yox, hərb yolu ilə əldə etdi. Döyüşərək, qan tökərək, şəhidlər verərək!

    Xalqın inamı ordunun əzmini daha da qüvvətləndirdi, Azərbaycan əsgəri misilsiz mərdlik, qəhrəmanlıq və fədakarlıq nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi ordumuzun dözüm və peşəkarlığının göstəricidir.

    Daha ətraflı »

  • 05Мар
    Siyasət Комментарии к записи Birgəyaşayış prinsipi dayanaqlı inkişaf üçün əsas yaradır отключены

    05Azərbaycan fərqli mədəniyyətlərin birləşdiyi ərazi olaraq, əsrlər boyu milli-mədəni baxımdan rəngarəng mühitin formalaşdığı, ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələrinin sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınıb. Ölkə əhalisinin əsas hissəsi azərbaycanlılardan və respublikasının müxtəlif ərazilərdə yığcam halda yaşayan 30 adda millət və etnik qruplardan ibarətdir.

    Azərbaycan tarixən birgəyaşayış modelinin universal nümunəsi olmuşdur. Ümummilli lider Heydər Əliyev həmişə ölkə ərazisində yaşayan azsaylı xalqlara hörmətlə yanaşmış, onların bütün sahələrdə azad fəaliyyəti üçün dövlət səviyyəsində şərait yaratmışdır.

    Daha ətraflı »

Səhifə 2 - 3112345...102030...»