Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 08Мар
    Siyasət Комментарии к записи Azərbaycan regional və beynəlxalq aləmdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır отключены
    Azərbaycan regional və beynəlxalq aləmdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır

    Azərbaycanın yerləşdiyi geosiya məkan əlverişli olmaqla yanaşı, həm də dünyanın supergüclərinin barışmaz maraqlarının kəsişdiyi bir regiondur. Bu səbəbdən də dövlətin həyata keçirdiyi xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yerini tutması üçün olduqca vacibdir.

    Azərbaycanın milli dövlətçilik prinsiplərinə, müstəqilliyin və suverenliyin qorunmasına xidmət edəcək dayanıqlı xarici siyasəti mövcuddur.

    Daha ətraflı »

  • 08Мар
    Siyasət Комментарии к записи Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiyası yanaşır отключены
    BayraqAzərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşmış, ümumdövlət məsələlərində vahid mövqe yaranmışdır. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birlik yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır.

    Daha ətraflı »

  • 06Мар
    Siyasət Комментарии к записи 44 günlük Vətən müharibəsi ordumuzun dözüm və peşəkarlığının göstəricisidir отключены

    Qələbə Paradıİşğalçı Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam Qələbəsi ilə başa çatdı. Bu tarixi zəfər düşmən tapdağı altında olan ərazilərimizin azad edilməsi ilə yanaşı, 30 ilə yaxındır davam edən münaqişəyə də son qoydu. Azərbaycan bu nəticəni danışıqlar yox, hərb yolu ilə əldə etdi. Döyüşərək, qan tökərək, şəhidlər verərək!

    Xalqın inamı ordunun əzmini daha da qüvvətləndirdi, Azərbaycan əsgəri misilsiz mərdlik, qəhrəmanlıq və fədakarlıq nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi ordumuzun dözüm və peşəkarlığının göstəricidir.

    Daha ətraflı »

  • 05Мар
    Siyasət Комментарии к записи Birgəyaşayış prinsipi dayanaqlı inkişaf üçün əsas yaradır отключены

    05Azərbaycan fərqli mədəniyyətlərin birləşdiyi ərazi olaraq, əsrlər boyu milli-mədəni baxımdan rəngarəng mühitin formalaşdığı, ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələrinin sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınıb. Ölkə əhalisinin əsas hissəsi azərbaycanlılardan və respublikasının müxtəlif ərazilərdə yığcam halda yaşayan 30 adda millət və etnik qruplardan ibarətdir.

    Azərbaycan tarixən birgəyaşayış modelinin universal nümunəsi olmuşdur. Ümummilli lider Heydər Əliyev həmişə ölkə ərazisində yaşayan azsaylı xalqlara hörmətlə yanaşmış, onların bütün sahələrdə azad fəaliyyəti üçün dövlət səviyyəsində şərait yaratmışdır.

    Daha ətraflı »

  • 03Мар
    Siyasət Комментарии к записи İlham Əliyevin yaratdığı yeni reallıq отключены
    Azərbaycan  Ermənistanın işğal siyasətinə son qoymaqla bölgədə sabitliyi və təhlükəsizliyi möhkəmləndirdi

    İkinci Qarabağ müharibəsinin nə vaxtsa baş verəcəyi qaçılmaz idi. Ona görə ki, danışıqlar prosesi heç bir nəticə vermirdi. Ermənistan imitasiya ilə məşğul idi, danışıqlar prosesində iştirak edən təşkilat və dövlətlər isə beynəlxalq hüququn Azərbaycanın tərəfində olmasına baxmayaraq, problemin həllinə laqeyd yanaşırdılar. Bu da nəticə etibarilə işğal siyasətinin dəstəklənməsi anlamına gətirib çıxarırdı.

    İlham Əliyev inkişaf strategiyası  ilə tarixi şəraiti yetişdirdi

    Ümumiyyətlə isə, 44 günlük müharibəyə qədər ayrı-ayrı siyasi mərkəzlərin mövqeyi, problemə yanaşmaları Azərbaycanın işğal faktı ilə barışmasına yönəlmişdi.

    Daha ətraflı »

  • 02Мар
    Siyasət Комментарии к записи Cənubi Qafqazın qalib dövləti отключены
    Məğlub Ermənistanın isə reallıqla barışmaqdan və üçtərəfli bəyanatların bəndlərini yerinə yetirməkdən başqa yolu yoxdur

    Azərbaycanın hərbi-siyasi zəfəri, Ermənistanın isə tarixi boyu unuda bilməyəcəyi məğlubiyyəti ilə başa çatan İkinci Qarabağ müharibəsi Cənubi Qafqaz bölgəsində həm də yeni reallıqlara gətirib çıxardı. Ən mühüm reallıq Ermənistanın işğal siyasətinə son qoyulmasıdır. Bəzi beynəlxalq təşkilatların onilliklər boyu məqsədyönlü şəkildə ortaya atdıqları “problemin güc yolu ilə həlli yoxdur” tezisini darmadağın edən İlham Əliyev sübut etdi ki, işğalın qarşısını işğalçını güc yolu ilə cəzalandırmaqla almaq mümkündür.

    Ermənistan havadarlarının gözü önündə cəzalandırıldı

    Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransının da  ana xətti Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi idi. İlham Əliyev verilən suallara  cavablarında bir daha Azərbaycanın hərbi qələbəsini və eləcə də müharibədən sonrakı proseslər barədə vəziyyəti həm Azərbaycan, həm də xarici auditoriyanın diqqətinə çatdırdı.

    Daha ətraflı »

  • 02Мар
    Siyasət Комментарии к записи Türkiyə-Azərbaycan əməkdaşlığı zamanın hökmü, tarixin zərurətidir отключены
    Erdogan0315 2 14767607 6315643 822

    Türkiyə hər zaman Azərbaycanın yanında olub. Azərbaycan da öz növbəsində daim Türkiyəyə dəstəyini nümayiş etdirib. Son tarixi proseslər Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə münasibətlərini dəyərləndirərək irəli sürdüyü «Bir millət, iki dövlət” formulunu gerçək həyatda bir daha reallığa çevirdi. 1993-cü ildə Kəlbəcər işğal edildikdən sonra Türkiyənin Ermənistanla sərhədlərini bağlaması özü dostluğun, qardaşlığın rəmzi idi.

    Türkiyə Vətən müharibəsinin başladığı ilk gündən də Azərbaycana öz dəstəyini açıq şəkildə bəyan etdi.  

    Prezident İlham Əliyev: Müharibə dövründə ilk günlərdən əziz qardaşım, hörmətli Prezident açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bir çoxları üçün mesaj oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. Türkiyənin müdafiə naziri hörmətli Hulusi Akar, xarici işlər naziri hörmətli Mövlud Çavuşoğlu, digər yüksək vəzifəli rəsmilər birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, bizə çox böyük siyasi və mənəvi dəstək oldu”.

    Daha ətraflı »

  • 01Мар
    Siyasət Комментарии к записи Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi regional sabitliyə əlavə zəmanət verir отключены

    W 1616120182354901451327 1000x669Türkiyə Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirməklə yanaşı dünya miqyasında da güc mərkəzinə çevrilib. Dünyada müstəqil siyasət yürütməsi, bir sıra beynəlxalq əhəmiyyətli qərarların verilməsində özgür iradə nümayiş etdirməsi bu faktı təstiqləyən vacib amillərdəndir. Danılmaz faktdır ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında apardığı siyasət qardaş ölkənin yüksək nüfuzunu daha da artırmış oldu.

    Hazırda Türkiyə əksər bölgələr, xüsusilə də Cənubi Qafqaz regionunda müsbət rol oynayır ki, bu da bölgənin sabitliyi üçün olduqca önəmlidir. Bu baxımdan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması da çox vacib amildir.

    Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Azərbaycanın Ağdam rayonunun Mərzili kəndində yerləşir. Yerləşdirmə nöqtəsi tərəflərin təmas xəttindən 8 kilometr, Xankəndidən düz xətt üzrə təxminən 30 kilometr, avtomobil yolu boyunca isə 41 km məsafədədir.

    Daha ətraflı »

  • 18Фев
    Siyasət Комментарии к записи Prezident İlham Əliyev Belarusun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  YENİLƏNİB отключены
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun etimadnaməsini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Andrey Ravkov dedi:

    — Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti, icazə verin, Sizi salamlayım. Belarus Respublikasının Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkonun etimadnamələrini Sizə təqdim etməyi özümə şərəf sayıram.

    Daha ətraflı »

  • 18Фев
    Siyasət Комментарии к записи Azərbaycan vətəndaşları Türkiyəyə bu sənədlərlə gedə biləcək – SİYAHI отключены
    Azərbaycan vətəndaşları Türkiyəyə bu sənədlərlə gedə biləcək – SİYAHI

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə qanunu imzalayıb.

    “Report”un xəbərinə görə, sənəddə Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib.

    Daha ətraflı »