Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,761
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 10Ноя
    Siyasət Комментарии к записи Türkiyə və Rusiya XİN başçıları Dağlıq Qarabağı müzakirə ediblər отключены
    Türkiyə və Rusiya XİN başçıları Dağlıq Qarabağı müzakirə ediblərTürkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

    APA-nın xəbərinə görə, bu barədə CNN Türk məlumat yayıb.

    XİN başçıları telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

    Daha ətraflı »

  • 09Ноя
    Siyasət Комментарии к записи Prezident İlham Əliyev: «Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə zərbə endirdiyini soruşmur» отключены

    391f4587 Deab 3657 9f5d Ff6faf538be1 850“Biz Qərb mediasını yaxından müşahidə edirik və bu qırx gün ərzində mənim bəlkə də, otuz müsahibəm olub. Onların hamısı çox aqressiv idi, sanki bu, müsahibə deyildi, sanki bir ittiham idi”.

    Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində deyib.

    “Ermənistan tərəfində heç nə baş vermir. Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə zərbə endirdiyini soruşmur. Nəyə görə o, 92 nəfəri qətlə yetirib? Nəyə görə o, Tərtərdə dəfn mərasiminə hücum edib?

    Daha ətraflı »

  • 09Ноя
    Siyasət Комментарии к записи Pərvin Kərimzadə: «Ay-ulduzlu, üçrəngli bayrağım zirvələrdə əzəmətlə dalğalanır» отключены

    Pərvin KərimzadəBütün dünyaya müstəqil dövlətimizin varlığını bəyan edən, 180-dən çox dövlətinin bayraqları ilə bir sırada dalğalan Azərbaycan bayrağı bu gün müzəffər ordumuzun rəşadəti sayəsində ölkəmizin işğaldan azad edilən hər bir kəndində, hər bir şəhərində əzəmətlə dalğalanır.

    Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, uğrunda qan tökülən, can verilən, mübarizə aparılan, silahdan da kəsərli olan üçrəngli bayrağımız işğaldan azad edilmiş şəhər və rayonlarımızın, kənd və qəsəbələrimizin ilk qələbə müjdəsinə, milli kimliyimizin ən böyük tərənnümçüsünə çevrilib.

    Daha ətraflı »

  • 06Ноя
    Siyasət Комментарии к записи İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib отключены

    001 (1)Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib.

    Həmin müsahibəni təqdim edirik.

    – Sabahınız xeyir, cənab Prezident. Bizimlə söhbət etmək, bizə müsahibə vermək üçün vaxt ayırdığınıza görə təşəkkür edirik.

    – Bu imkana görə təşəkkür edirəm.

    — Hazırda Dağlıq Qarabağdakı müharibənin altıncı həftəsi başlayır. Cəbhədə hazırda vəziyyət necədir?

    Daha ətraflı »

  • 05Ноя
    Siyasət Комментарии к записи Ön cəbhədə olduğu kimi, ölkəmiz informasiya cəbhəsində də mübarizə aparır отключены
    001

    Artıq bir aydan çoxdur ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad olunması uğrunda həyata keçirilən uğurlu əks-hücum əməliyyatı davam edir. Azərbaycan Ordusu bu mübarizədə böyük qətiyyət və şücaət göstərir. Ön cəbhədə olduğu kimi, ölkəmiz informasiya cəbhəsində də mübarizə aparır.

    Sentyabrın 27-dən başlayaraq Prezident İlham Əliyev dünyanın ən aparıcı media qurumlarına müsahibələr verir, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırır. Diqqət çəkən məqam budur ki, Azərbaycan Ordusu cəbhədə yeni uğurlar əldə etdikcə, Qərbin təxribatçı jurnalistləri daha qərəzli suallar verir, prokuror ədası ilə danışırlar.

    Daha ətraflı »

  • 05Ноя
    Siyasət Комментарии к записи Azərbaycan həmişə sülh planına sadiq olub отключены

    00230 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu işğal altındadır. BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsindən tutmuş müxtəlif beynəlxalq təsisatlara qədər, bütün sivil dünya Qarabağın Azərbaycanın ərazisi olduğunu və Ermənistan tərəfindən işğal edildiyini dəfələrlə rəsmi hüquqi sənədlərdə açıq mətnlə təsbit edib. Bütün bunlara baxmayaraq, Ermənistan hər zaman beynəlxalq müqavilələrdən irəli gələn və üzərinə düşən öhdəlikləri yerinə yetirməli olduğu halda bunu icra etməkdən boyun qaçırıb. Bu azmış kimi işğalçı dövlət davamlı və məqsədyönlü şəkildə Azərbaycana qarşı təxribatlar törədib.

    Daha ətraflı »

  • 05Ноя
    Siyasət Комментарии к записи Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Eren Gəncəyə gəlib отключены

    G72A7105Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Eren Gəncəyə səfər edib. Onu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov müşayət edib. Səfər cəbhə zonasından xeyli kənarda yerləşən Gəncədə erməni terrorunun izləri ilə tanışlıq məqsədi daşıyıb.

    Qonaqlar Ermənistanın Gəncəni raket atəşinə tutması səsbilə dağılan və zərər görən ərazilərə baş çəkib, Erməni terrorunun ağır nəticələri ilə yerində tanış olublar.

    Daha ətraflı »

  • 05Ноя
    Siyasət Комментарии к записи Fuad Muradov: Azərbaycan və Türkiyə icmaları dünyanın 50-dən çox ölkəsində birgə fəaliyyət göstərir отключены

    G72A7172Biz Gəncədə baş verən erməni terroru ilə bağlı buradayıq. Türkiyə həmişə Azərbaycanın yanında olub. Eyni zamanda, bizim bu haqq işimizdə xaricdə yaşayan türk icmaları da Azərbaycan icmalarına dəstək veriblər. Bunu Gəncədə səfərdə olarkən jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

    Fuad Muradov qeyd edib ki, Azərbaycan və Türkiyə icmaları dünyanın 50-dən çox ölkəsində birgə fəaliyyət göstərir: “Bu gün bizim haqlı mücadiləmizə qarşı yalan məlumatların yayılmasında ermənilər xüsusi canfəşanlıq edirlər. Biz bununla bağlı da birgə mübarizə aparırıq.

     

    Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren buradan qayıdarkən bütün türk icmalarına, xaricdə yaşayan soydaşlarına erməni vəhşiliyi barədə məlumat verəcək. Bizim birgə yol xəritəmiz var və bu istiqamətdə işlərimiz davam edir. Bu gün Türkiyədə elə bir insan yoxdur ki, Gəncənin, Bərdənin, Naftalanın, ümumiyyətlə hərbi obyektlərin olmadığı şəhərlərin bombalanmasını pisləməsin”.

    Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyini deyən F.Muradov qeyd edib ki, türkiyəli qonaqlar general-mayor Polad Həşimovun və Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidovun ailələrini də ziyarət ediblər.

    Fuad Muradov İzmirdə baş verən zəlzələ nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyib və ilk gündən Azərbaycanın İzmirlə birlikdə olduğunu bildirib.

    Xaricdəki Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Erenlə birlikdə Gəncəyə səfər edib. Səfər cəbhə zonasından xeyli kənarda yerləşən Gəncədə erməni terrorunun izləri ilə tanışlıq məqsədi daşıyıb.

  • 05Ноя
    Siyasət Комментарии к записи İşğaldan azad edilmiş şəhər və kəndlərimiz — SİYAHI отключены

    12444 Fkkid014s5Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 4-dək 4 şəhər, 3 qəsəbə və 199 kənd işğaldan azad edilib.

    İndiyədək Cəbrayıl şəhəri və rayonun 77 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 46 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 23 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.

    Daha ətraflı »

  • 03Ноя
    Siyasət Комментарии к записи Azərbaycan tək deyil отключены
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

    -Xoş gəlmisiniz. Şadam sizi görməyimə.

    Binəli Yıldırım: Xoş gördük. Sağ olun. Necəsiniz? Yaxşısınız?

    Prezident İlham Əliyev: Sağ olun, hər şey yaxşıdır. İşlər yaxşı gedir.

    Binəli Yıldırım: Maşallah.

    Daha ətraflı »

Səhifə 6 - 31«...45678...2030...»