Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,761
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 30Окт
    Siyasət Комментарии к записи Naqif Həmzəyev: Azərbaycan haqq işi uğrunda mübarizəsindən dönən deyil отключены
    Naqif Hemzeyev

    Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Qələbə yürüşü davam edir, döyüş meydanında tarixi ədalət bərpa edilir. 1988-1993-cü illərdə erməni vandalları tərəfindən işğal edilmiş yaşayış məntəqələrimiz düşmən tapdağından azad olunur. Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

    Millət vəkili qeyd edib ki, beş ilə işğal olunmuş əzəli, əbədi torpaqlarımızın, yurd yerlərimizin erməni vandalları tərəfindən təxminən 27 il ərzində güclü müdafiə-istehkam sistemi yaratdığı ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan Ordusunun qüdrətinin göstəricisidir.

    Daha ətraflı »

  • 30Окт
    Siyasət Комментарии к записи Gəncə terrorları zamanı 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub отключены
    229b082c E160 3a9b 9800 E3c7d64efaf6 850

    İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələrinin 04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Azərbaycanın ikinci böyük şəhəri, qədim tarix və mədəniyyət mərkəzi olan Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olmuş, 138 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

    Baş Prokurorluqdan «Report»a verilən məlumata görə, Ermənistan Azərbaycanın tarixi-mədəni irs mərkəzi olan qədim Gəncə şəhərinə raket zərbələri endirməklə nəinki Azərbaycanı, eyni zamanda dünya mədəni irsini, ümumbəşəri dəyərləri hədəf aldığını, özünün uzun illərdən bəri sürən vandalizm siyasətini bir daha nümayiş etdirib.

    Daha ətraflı »

  • 30Окт
    Siyasət Комментарии к записи Gəncədə Türkiyə Cümhuriyyətinin 97-ci ildönümü qeyd edilib отключены
    1603961240602 QU0ZeTOc

    Gəncədə Türkiyə Cümhuriyyətinin 97-ci ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, şəhər rəhbərliyinin nümayəndələri, şəhər ictimayyəti, ziyalılar və KİV nümayəndələri iştirak ediblər. Öncə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib. Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 97-ci ildönümü münasibətilə videotəbriki izlənilib.

    Daha ətraflı »

  • 30Окт
    Siyasət Комментарии к записи İşğaldan azad edilmiş şəhər və kəndlərimiz отключены
    Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 30-dək 4 şəhər, 3 qəsəbə və 184 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 72 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 42 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 17 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.

    Daha ətraflı »

  • 29Окт
    Siyasət Комментарии к записи İlham Əliyev İran Prezidentinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib отключены

    002Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

    -Xoş gəlmisiniz. Şadam sizi görməyimə.

    Artıq bir aydır ki, müharibə gedir. Bizim xalqımız üçün bu, Vətən müharibəsidir. Biz torpaqlarımızı işğalçılardan azad edirik. Bu, beynəlxalq hüququn və tarixi ədalətin bərpasıdır.

    Daha ətraflı »

  • 29Окт
    Siyasət Комментарии к записи Cəbhədə oktyabrın 29-na olan son vəziyyət отключены

    4aec9fa2 1fca 37b6 9202 1bdf82041e8c 850Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

    Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

    Daha ətraflı »

  • 28Окт
    Siyasət Комментарии к записи Ərdoğan: “Zəfər Azərbaycanındır!” отключены

    Ərdoğan: “Zəfər Azərbaycanındır!”<b style="color:red"></b>

    “Azərbaycan işğal altında olan torpaqlarının ciddi bir hissəsini azad edib”.

    APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.

    “İnanıram ki, Azərbaycan qısa müddət ərzində işğal altındakı digər ərazilərini də azad edəcək və azərbaycanlı qardaşlarımız öz doğma torpaqlarına geri qayıdacaq. İndiyə kimi Azərbaycanın yanında olduq, bundan sonra da Azərbaycanın yanında olacağıq.

    Daha ətraflı »

  • 28Окт
    Siyasət Комментарии к записи Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir отключены
    4aec9fa2 1fca 37b6 9202 1bdf82041e8c 850

    Humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 27-si gün ərzində və 28-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

    Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb, o, itki verərək geri çəkilib.

    Daha ətraflı »

  • 27Окт
    Siyasət Комментарии к записи Hikmət Hacıyev: «Ermənistanın baş naziri yenidən yalan danışır» отключены

    Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri D3c35d1b 5a92 3234 8d78 Cd5c36c4d80e 850şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində Ermənistanın əldə edilən humanitar atəşkəsi yenidən pozması ilə bağlı məlumat paylaşıb.

    Məlumatda deyilir: “Ermənistanın baş naziri yenidən yalan danışır. Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq saat 08:04-dən Tərtər rayonunu və kəndlərini atəşə tutmağa başlayıblar.

    Daha ətraflı »

  • 27Окт
    Siyasət Комментарии к записи Naqif Həmzəyev: «Prezident İlham Əliyev böyük lider olduğunu nümayiş etdirir» отключены
    Naqif Hamzayev

    Bu gün müzəffər Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı yağı tapdağından azad edir, hər gün yeni bir müjdə ilə xalqımızın qəlbini iftixar, qürur hissi ilə doldurur. Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən güc alan Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edərək 30 il əsirlikdə qalan torpaqlarımızı azadlığa qovuşdurur.

    Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, son günlər müstəqil Azərbaycan Vətən savaşında iradəsini, hökmünü bir daha göstərdi. Azərbaycanın uğurları, qələbələri döyüş meydanı ilə yekunlaşmır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğalçı Ermənistanı siyasi-diplomatik sferada da məğlubiyyətə uğradır.

    Daha ətraflı »

Səhifə 7 - 31«...56789...2030...»