Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,788
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 08Июн
    Cəmiyyət Комментарии к записи Ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsi: Azərbaycan — Türkiyə отключены
    Ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsi:Tarixin müxtəif dönəmlərində olduğu kimi Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra da dost və qardaş ölkə Türkiyə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir. Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. 
    Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

    Daha ətraflı »

  • 07Июн
    Cəmiyyət Комментарии к записи Gəncədə gənc rəssamların bacarıqları yoxlanılıb отключены

    Gəncədə Nizami Gəncəvinin 880 illiyinə həsr olunan rəsm müsabiqəsi keçirilib. Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutan müsabiqədə gənc rəssamlar öz bacarıqlarını nümayiş etdiriblər.

    Dahi şairin portiretini və poemaĺarındakı personajları çəkən gənc rəssamlar, münsiflər tərəfindən qiymətləndiriliblər. Açıq havada təşkil olunan müsabiqənin gənc istedadlarına, Gəncəni təmsil edən millət vəkilləri də dəstək olublar. Müsabiqənin qalibi təşkilatçılar tərəfindən mükafatlandırılıb.

    Daha ətraflı »

  • 07Июн
    Cəmiyyət Комментарии к записи Gəncədə “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans işə başlayıb отключены

    İyunun 4-də Gəncədə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “PAŞA Holdinq”in baş sponsorluğu ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların 3-cü Beynəlxalq Elmi Konfransı işə başlayıb.

    AZƏRTAC xəbər verir ki, “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən və iyunun 7-dək davam edəcək konfrans “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusuna həsr olunub. Bütövlükdə onlayn təşkil edilən konfransın rəsmi açılışı nüfuzlu qonaqların iştirakı ilə Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində olub.

    Konfransda təhsil naziri Emin Əmrullayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, UNEC-in rektoru Ədalət Muradov, həmçinin Milli Məclisin deputatları, dövlət qurumlarının əməkdaşları və elm xadimləri iştirak ediblər.

    Daha ətraflı »

  • 07Июн
    Cəmiyyət Комментарии к записи Təhsil aldığı məktəbdə şəhid Hüseyn Quliyevin xatirə güşəsi yaradılıb отключены

    Gəncə şəhər M.Mehtizadə adına 4 nömrəli tam orta məktəbdə şəhid Quliyev Hüseyn Həsən oğlunun xatirəsinə həsr olunan güşəsi yaradılb. Xatirə güşəsi şəhidin ailə üzvlərinin təşəbbüsü ilə quraşdırılıb. Güşənin təqdimatında şəhid ailəsinin dəvəti ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev, şəhər rəsmiləri, orta məktəbin kolektivi və şəhidin ailə üzvləri iştirak ediblər.

    Niyazi Bayramov və şəhidin atası Həsən Quliyev Hüseyn Quliyevin xatirəsinə hörmət əlaməti olaraq, güşənin önünə tər çiçəklər düzüblər. 4 nömrəli tam orta məktəbin dəhlizində yaradılan xatirə güşəsində şəhid Hüseyn Quliyevlə bağlı məlumatlar qeyd olunub. Burada onun təltif və medalları, kitab və digər şəxsi əşyaları yerləşdirilib.

    Daha ətraflı »

  • 03Июн
    Cəmiyyət Комментарии к записи “Hədiyyə karvanı” Gəncədəki şəhid övladlarını sevindirib отключены

    “YAŞAT” Fondunun və Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən “Hədiyyə karvanı” layihəsi Gəncədə olan şəhid övladlarınıda sevindirib.

    Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin, Ailə və Sosial Xidmətlər Nazirliyinin və Balıkəsir Böyükşəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə reallaşdırılan layihənin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin övladlarına dəstək olmaq, onların intelektual inkişafı üçün müəyyən anlama və həlletmə bacarıqları tələb edən oyuncaqlar hədiyyə etmək, eləcə də idman geyim dəstləri paylamaqdır.

    Daha ətraflı »

  • 03Июн
    Cəmiyyət Комментарии к записи Azərbaycan və Türkiyənin Baş prokurorlarının Gəncəyə səfəri başlayıb отключены
    Azərbaycan və Türkiyənin Baş prokurorlarının Gəncəyə səfəri başlayıb

    Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Baş prokuroru Kamran Əliyevlə birlikdə Gəncə şəhərinə səfəri başlayıb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hər iki Baş prokuror ilk olaraq Gəncənin girişində yerləşən Nizami məqbərəsini ziyarət edirlər.

    Bəkir Şahin və Kamran Əliyev Nizami məqbərəsini ziyarət etdikdən sonra şəhərin mərkəzi meydanında ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyacaqlar.

    Daha ətraflı »

  • 02Июн
    Cəmiyyət Комментарии к записи Azərbaycan dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunmasının tərəfdarıdır отключены
    Azərbaycan dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunmasının tərəfdarıdır
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74 cü sessiyasında çıxış edərək bildirmişdir ki, ”Pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər görülmüşdür. COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir.
    Pandemiya ilə mübarizənin hazırki mərhələsində əsas prioritet əhalinin vaksinasiyasıdır. Ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılmışdır.

    Daha ətraflı »

  • 02Июн
    Cəmiyyət Комментарии к записи Pandemiya ilə mübarizə işi ölkəmizdə planlı şəkildə aparılır отключены
    Pandemiya ilə mübarizə işi ölkəmizdə planlı şəkildə aparılır
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il mayın 31-də Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında iştirak etmişdir. Sesseiyada çıxış edən Prezident İlham Əliyev Azərbaycanda pandemiya şəraitində dövlətin gördüyü işlər haqqında danışarkən bildirmişdir ki, pandemiya ilə mübarizə işinin effektiv təşkili üçün ölkənin bütün imkanları səfərbər olunmuşdur.
    Pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər görülmüşdür. COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir.

    Daha ətraflı »

  • 25Май
    Cəmiyyət Комментарии к записи “100 İLİN İŞIĞINDA” KİTABININ TƏQDİMATI отключены

    Şəhər İcra Hakimiyyətində “Gəncənin səsi” qəzetinin Baş redaktoru, “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, Ali media mükafatları laureatı, “Tərəqqi” medallı yazıçı-jurnalist Rəfiqə Sadıqovanın müəllifi olduğu “100 ilin işığında” kitabının təqdimatı keçirilib. Təqdimatda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA Gəncə Regional Bölməsinin sədri Fuad Əliyev, Əməkdar müəllim, tarix elmləri doktoru, professor Həsənbala Sadıqov, AYB-nin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, “Novosti Gyandi” qazetinin redaktoru İrina 

    Kalaşnikova, struktur, müəssisə, təşkilat rəhbərləri və şəhərin ziyalıları iştirak ediblər.

     

    Niyazi Bayramov çıxış edərək bildirib ki, kitab Gəncə Şəhər İcra Hakimiyyətinin mətbu orqanı olan “Gəncənin səsi” qəzetinin 100 illik yubileyinə həsr olunub. Yeni nəşr sadəcə qəzetin deyil, eyni zamanda Gəncənin də bir əsrlik tarixinə işıq tutur.

    Daha ətraflı »

  • 21Май
    Cəmiyyət Комментарии к записи Döyüşdə olmasa da, alnına şəhidlik yazılıbmış… отключены

    Cəbhə xəttindən xeyli kənarda olmasına baxmayaraq qismətinə şəhidlik  yazılmış gənclərimizdən biri də Tunar Qoşqar oğlu Əliyevdir. Ailənin yeganə oğul övladı olan Tunar düşmən tərəfindən Gəncəyə atılan ilk raketin qurbanı olub. Həmin hadisəni böyük acı ilə xatırlayan şəhid atası Qoşqar Əliyev: «Bəlkə də  döyüşdə olsaydı mənə bu qədər ağır gəlməzdi. Özü öz qisasını alıb deyə təsəlli tapardım. Amma Tunar cəbhə xəttindən kənarda, öz evinin yanında, maşınının içində şəhid oldu. Düşmənin də mərdi, namərdi olurmuş. Bizim qismətimizə namərd düşmən düşüb.

    Belə olmasaydı döyüş bölgəsindən xeyli kənarda yerləşən Gəncə kimi böyük şəhərə, dinc əhaliyə bu cür qadağan olunmuş silahlarla hücum etməzdilər, namərdcəsinə raket atəşinə tutmazdılar. Bu atəşin ilk qurbanı mənim oğlum oldu. Növbəti dəfə isə daha çox dinc sakin hədəfə alındı. Bəlkə də Tunar həyatda olsaydı bütün olanları qorxulu bir yuxu hesab edərdim. Amma təəssüf ki, bu, yuxu deyil.

    Daha ətraflı »

Səhifə 1 - 8612345...102030...»