
-
07ОктCəmiyyət Комментарии к записи Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir отключены
1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. Ötən müddət ərzində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymiş, Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmış və 52000 nəfər əhalisi olan,1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılmışdır.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz tərəfindən işğaldan azad edilmiş Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir və burada dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. -
06ОктCəmiyyət Комментарии к записи Şuşa azadlığa, özü isə şəhadətə qovuşdu отключены
Vətən müharibəsinin Qələbə salnaməsinə qanı, canı ilə imza atan oğullardan biri də Təqi Nizami oğlu Əsgərovdur. Cəmi on doqquz il ömür yaşayan Təqinin tərcümeyi-halını bir neçə sətrə yerləşdirmək nə qədər asandırsa, onun qısa olduğu qədər də şərəfli ömür yolunun mahiyyətini açıqlamaq bir o qədər çətindir. Təqi 2001-ci il aprel ayının 9-da qədim və ulu Gəncədə dünyaya gəlib. 2007-ci ildə C.Cabbarlı adına 6 saylı orta məktəbin birinci sinfinə gedib və 2017-ci ildə orta təhsilini başa vurub. 2019-cu ilin aprel ayında
həqiqi hərbi xidmətə çağırılıb və Ağcabədi rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmətə başlayıb. Əsgəri xidmətini başa vurmağa cəmi 4 gün qalmış – sentyabr ayının 27-də Ermənistanın təcavüzkar hücumuna qarşı əks-hücum əməliyyatına başlayan Azərbaycan ordusunun tərkibində döyüşlərə qatılıb. İlk döyüş yolu Füzuli bölgəsindən başlayıb. Daha sonra Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Son döyüş yeri Şuşa olan Təqi noyabr ayının 8-də qəhrəmancasına şəhid olub. Noyabr ayının 13-də Gəncənin Şəhidlər xiyabanında uğrunda canını fəda etdiyi torpağa tapşırılıb.
-
15СенCəmiyyət Комментарии к записи Gəncədə Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü qeyd olunub отключеныYürüşü Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Şəhər İcra Hakimiyyəti baçısının birinci müavini Səməd Tomuyev və Aparatın məsul işçiləri, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Millət Vəkilləri Pərvin Kərimzadə, Naqif Həmzəyev və Müşfiq Cəfərov, hüquq mühafizə orqanlarının rəhbərləri, o cümlədən şəhər ictimaiyyətinin nümayəndələri və gənclər izləyiblər.
-
15СенCəmiyyət Комментарии к записи Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin 134 illiyi qeyd olunub отключеныBu münasibətlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov və Bakı və Azərbaycan Yeparxiyası rəhbərinin birinci köməkçisi, Yeparxiyanın Qərb bölgəsi üzrə rəhbəri, Müqəddəs Məryəm Ananın Mövludu («Müqəddəs Məryəm – mövlud” pravoslav kilsəsi) kilsəsinin baş keşişi, proteiyerey Antoniy Dolinin kilsədə olub, kilsənin baş keşişi Varfolomey Denis Sotnikovla görüşüblər.
-
15СенCəmiyyət Комментарии к записи Gəncədə sakinlər asudə vaxtlarından səmərəli istifadə edirlər отключены
Qədim tarixə malik olan Gəncə hər zaman öz görünüşü ilə insanların rəğbətini qazanıb. Müasirliklə qədimliyin vəhdətini təşkil edən bu şəhərdə son illərdə yenidənqurma və abadlıq işləri geniş vüsət alıb. Demək olar ki, hər gün şəhərin Heydər Əliyev Park Kompleksində, Xan Bağında, Gəncə Park Bulvar Kompleksində, Heydər Əliyev meydanında və digər istirahət guşələrində iməciliklər və təmir-bərpa işləri aparlır. Görülən işlərin mərkəzində isə sakinlərin rahatlığı, asudə vaxtlarının səmərəli təşkili, istirahətləri dayanır.
Xüsusilə, günün axşam saatlarında parklarda quraşdırılan fəvvarələrin, uşaq əyləncə meydançalarının, idman qurğularının ətrafında sakinlərimizin istirahətini müşaidə etmək olar. Bununla yanaşı, Heydər Əliyev Park-Kompleksində və Xan Bağında açıq kitabxanalar da quraşdırılıb. Buradan hər bir sakin sərbəst şəkildə yararlana, zövqünə uyğun kitablardan yerində ödənişsiz istifadə edə bilər. -
13СенCəmiyyət Комментарии к записи Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində zərərçəkmiş sakinlərin müraciətləri dinlənilib отключены
Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində zərərçəkən sakinlərlə növbəti dəfə görüş keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutan görüşdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri podratçı şirkətlərin rəhbərləri ilə birlikdə sakinlərin şikayət və təkliflərini dinləyiblər.
Fərdi yaşayış evi və mənzillərində bərpa, təmir-tikinti işləri həyata keçirilən vətəndaşlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin sədr müavini İlqar Sadıqov və digər aidiyyəti qurumların nümayəndələri tərəfindən tək-tək dinləniliblər. Onlayn qaydada baş tutan görüşdə sakinləri narahat edən məsələlərə aydınlıq gətirilib və onları maraqlandıran suallar cavablandırılıb. Müzakirələr zamanı üzə çıxan problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. -
13СенCəmiyyət Комментарии к записи Gəncə Şəhər Baş Polis İdarəsində kadr dəyişikliyi olub отключеныBu vəzifəyə polis polkovnik-leytenantı Qoşqar Əliyev təyin edilib.
Qeyd edək ki, Q.Əliyev bundan öncə Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi işləyib. -
11СенCəmiyyət Комментарии к записи Gəncədə COVİD-19 virusuna qarşı mübarizə tədbirləri davam edir отключены
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə uyğun olaraq yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə Gəncədə həyata keçirilən kompleks tədbirlər davam etdirilir.
Bu gün Gəncədə növbəti dəfə genişmiqyaslı dezinfeksiya işləri aparılıb. İşlərə Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, habelə Gəncə Şəhər Mənzil Kommunal Təsərrfüatı İstehsalat Birliyinin xeyli sayda texnika və xüsusi təlim keçmiş canlı qüvvəsi cəlb olunub. -
10СенCəmiyyət Комментарии к записи Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə növbəti dəfə Vətən müharibəsi zamanı zərər görmüş evlərdə aparılan bərpa işləri müzakirə olunub отключеныGəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun, aparatın məsul işçilərinin, podrat işlərinin sifarişçisi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin sədr müavini İlqar Sadıqovun, podratçı şirkətlərin rəhbərlərinin və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın üzvü Müzadil Həsənovun iştirakı ilə keçirilən iclada bir sıra məsələlər müzakirəyə çıxarılıb.
İclasda şəhər rəhbəri tərəfindən zərərçəkmiş sakinlərin qaldırdıqları və onları narahat edən problemlərin həlli istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib. -
10СенCəmiyyət Комментарии к записи Gəncə Şəhər İcra Hakimiyyətində onlayn vətəndaş qəbulu keçirilib отключены
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə onlayn qaydada vətəndaşların müraciətlərini dinləyib.
Müraciətlər iş yerinin dəyişdirilməsi, fərdi yaşayış evinin dam örtüyünün təmiri, işlə təmin olunma, müavinətlərin təyinatı , maddi köməklik, eləcə də digər sosial müdafiə məsələlərini əhatə edib.
Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Yeni ismarıclar