Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,761
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 14Сен
    Cəmiyyət Комментарии к записи Gəncənin 60 məktəblisi 600 bal və ondan yüksək nəticə əldə edib отключены

    Gəncə şəhər orta ümumtəhsil məktəblərinin məzunlarından 60 nəfər 600 bal və ondan yüksək nəticə əldə ediblər. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən GŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərindən ən yüksək nəticəni 31 nömrəli tam orta məktəbin məzunu Əli Quluyev göstərib. Əli IV ixtisas qrupu üzrə 683 bal toplayıb.

    Qeyd edək ki, 2019-2020-ci tədris ili üçün buraxılış imtahanı nəticələrinə əsasən Gəncə şəhər ümumtəhsil məktəblərindən 102 nəfər məzun 250 və ondan yüksək nəticə göstərib.

    Daha ətraflı »

  • 11Сен
    Cəmiyyət Комментарии к записи Prezident İlham Əliyev Sərəncam imzalayıb отключены

    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Daha ətraflı »

  • 11Сен
    Cəmiyyət Комментарии к записи Naqif Həmzəyev: «Pozitiv tendensiyanı qoruyub saxlayaq, məsuliyyətli olaq» отключены

    Ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq üçün zəruri və effektiv tədbirlər davam etdirilir. Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, müsbət dinamika ölkə Prezidenti İlham Əliyevin pandemiyaya qarşı effektiv mübarizə strategiyasının nəticəsində əldə edilib.

    Pandemiya dövründə yeni səhiyyə ocaqlarının, həmçinin modul tipli xəstəxanaların açılması və koronavirus xəstələrinin ixtiyarına verilməsi, laboratoriyaların, tibbi avadanlıqların, dərman preparatlarının alınması, qoruyucu vasitələrin istehsalının təşkili, testlərin keçirilməsinə görə ölkəmizin dünya miqyasında qabaqcıl yerlərdə olması qürurvericidir.

    Daha ətraflı »

  • 11Сен
    Cəmiyyət Комментарии к записи Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib отключены

    Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” təsdiq edib. Bu Qaydalar Ümumdünya Səhiyyə Təşkilatının “COVID-19-un yayılması ilə əlaqədar təhsil müəssisələrində sağlamlığın qorunması tədbirlərinə dair tövsiyələr”i və Azərbaycan Respublikasında COVID-19 infeksiyasına qarşı aparılan profilaktik və epidemioloji tədbirlər üzrə əldə edilmiş təcrübələr əsasında hazırlanıb.

    Bu Qaydaların əsas məqsədi xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində əyani formada tədris və təlim- tərbiyə prosesinin təşkilinə dair tələblərin müəyyən olunması və bu zamanı onun iştirakçılarının sağlamlığının qorunması üçün sanitariya və gigiyena qaydalarına əməl olunmasının təmin edilməsidir.  

    Daha ətraflı »

  • 11Сен
    Cəmiyyət Комментарии к записи İdarəetmənin keyfiyyətinin yüksəldilməsində yeni struktur islahatlarının əhəmiyyəti böyükdür отключены

    Şəhərlər də insan kimidir. Hərəsi öz taleyini yaşayır. Qayğı göstərildikdə böyüyüb inkişaf edir, baxımsızlıqdan bu yolda taleyi yarımçıq qalmış şəhərlər də olur. Azərbaycanın tarix və mədəniyyətində özünəməxsus yeri olan Gəncə şəhəri əsasən inkişaf edən şəhərlər sırasındadır.

    Keçmişi ilə əfsanələşən, zaman-zaman yadellilərin basqınına və talanlarına qarşı mətanətlə dayanan və Azərbaycanın qəhrəmanlıq salnaməsinə adını yazdıran bu qədim şəhərin siması tanınmaz dərəcədə dəyişmişdir. Bu yüksəliş Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi vaxtlardan başlamış, özünün yeni inkişaf dövrünə qədəm qoyaraq gündən-günə daha da gözəlləşib.

    Daha ətraflı »

  • 11Сен
    Cəmiyyət Комментарии к записи Nizami bələdiyyəsi “COVİD-19”la bağlı maarifləndirmə tədbirlərini davam etdirir отключены

    Gəncə şəhər Nizami bələdiyyəsinin könüllülərdən ibarət mobil qrupları COVİD-19 pandemiyası ilə bağlı tədbirlərini davam etdirirlər. Bununla əlaqədar olaraq onlar Nizami rayonu ərazisində maarifləndirmə işləri aparıblar.

    Mobil qrupların üzvləri ərzaq mağazalarında, marketlərdə, geyim dükanlarında olub, sakinlərlə maarfiləndirici söhbətlər aparıblar. Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, tibbi maskadan və dezinfeksiyaedici məhlullardan istifadə etmək, sosial məsafə saxlamaq tövsiyə edilib.

    Daha ətraflı »

  • 11Сен
    Cəmiyyət Комментарии к записи DİQQƏT: Gəncə sakinlərinin nəzərinə! отключены

    Sentyabr ayının 12-si səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

    Bununla əlaqədar, maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

    Daha ətraflı »

  • 11Сен
    Cəmiyyət Комментарии к записи Gəncənin küçə və prospektlərində abadlıq işləri aparılıb отключены

    Gəncədə aparılan abadlıq işləri çərçivəsində bir sıra küçə və prospektlərdə təmizlik, budanma və asvalt örtüyünün bəzi nahamar hissələrinin yenilənməsi işləri aparılıb. Bununla yanaşı, Heydər Əliyev prospektində, Şah İsmayıl Xətai prospektində və bir neçə başqa küçələrdə təmizlik işləri görülüb.Təmizlik işlərinə 6,7 və 11 saylı MİS-nin əməkdaşları cəlb olunub.

    Görülən bütün işlər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığı əsasında, MKTİB-nin əməkdaşları tərəfindən aparılır. 

    Daha ətraflı »

  • 11Сен
    Cəmiyyət Комментарии к записи Bu gün parlament komitəsi yeni cəriməni müzakirə edəcək отключены

    Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçiriləcək. İclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlərə dair hesabat dinləniləcək,  payız sessiyası üçün iş planının layihəsi təsdiqlənəcək.

    Bundan  başqa   iclasın gündəliyinə  7 digər  məsələlərin birinci  oxunuşda müzakirəsi daxil edilib. Komitənin toplantısında “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalının təsis

    Daha ətraflı »

  • 10Сен
    Cəmiyyət Комментарии к записи «Gəncə Avtomobil Zavodu» İstehsalat Birliyinin nümayəndələri Türkiyəyə səfər edib отключены

    Bu barədə müəssisənin Mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov məlumat verib. Onun sözlərinə görə, səfərin məqsədi zavodun istehsal etdiyi elektrobusları qonşu ölkənin bazarına çıxarmaqdır. 

    «Türkiyə tərəfi Azərbaycan istehsalı olan eloktobusları bəyənib və hazırda ixracla bağlıı danışıqlar ilkin mərhələdədir. Razılıq əldə edilsə, görüşlər çərçivəsində  müqavilə imzalanacaq. Onu da deyim ki, «Gəncə Avtomobil Zavodu»nun Türkiyədə nümayəndəliyi fəaliyyət göstərir. Bu isə Türkiyə bazarını daha yaxşı araşdırmağa imkan verir», — deyə M.Rəhimov qeyd edib. 

    Daha ətraflı »

Səhifə 20 - 85«...10...1819202122...304050...»