Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 09Ноя
    Cəmiyyət Комментарии к записи Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur отключены

    Be97bce0 F990 3e8a 8ad2 3001eb341e48 850Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir. Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

    Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

    Daha ətraflı »

  • 09Ноя
    Cəmiyyət Комментарии к записи Gəncədə Şuşanın işğaldan azad olunması böyük coşqu ilə qarşılanıb отключены

    RAG 5631Bu gün Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azd edildiyini elan edib. Prezident İlham Əliyevin çıxışı Gəncə şəhərinin Heydər Əliyev adın meydanında quraşdırılan monitor vasitəsilə də yayımlanıb. 28 ildir bu şad xəbəri gözləyən Gəncə sakinləri küçəyə çıxıblar.

    Onlar əllərində Azərbaycan bayrağı, böyük ruh yüksəkliyi və coşqu ilə azadlıq xəbərini qeyd ediblər. Həmçinin, Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə şəhərdə avtomobil yürüşü də keçirilib. Daha ətraflı »

  • 06Ноя
    Cəmiyyət Комментарии к записи Gəncədə gündəlik dezinfeksiya işləri qrafikə uyğun olaraq davam etdirilir отключены

    IMG 20201105 WA0000Koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Gəncənin küçə və prospektləri ilə yanaşı çoxmənzilli binalarda da dezinfeksiya işləri davam etdirilir. Gündəlik olaraq həyata keçirirlən dezinfeksiya işləri Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, habelə Gəncə Şəhər Mənzil Kommunal Təsərrfüatı İstehsalat Birliyinin işçiləri tərəfindən aparılır.

    Dezinfeksiya işləri əsasən insanların gediş-gəlişinin çox olduğu yerlərdə, çoxmərtəbəli binaların girişləri, blok və liftlərində aparılır. Qeyd olunan yerlərə xüsusi dezinfeksiyaedici məhlull çilənir.

    Daha ətraflı »

  • 06Ноя
    Cəmiyyət Комментарии к записи Gəncənin Şıxzamanlı və Cavadxan qəsəbələrindəki yeni yaşayış massivlərinə qaz çəkilir отключены

    80539bcf E363 3ac9 Aa6b 6ae32e12dba5 850Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi payız-qış mövsümünə hazırlıqla bağlı qazlaşma işləri aparılan yaşayış məntəqələrində fəaliyyətini bir qədər də sürətləndirib. “Azəriqaz”dan “Report”a verilən məlumata görə, qazlaşma işləri aparılan yaşayış məntəqələrində qaz açılışları təmin edilir. Bu həftə Tovuz rayonu Çatax kəndində 70 fərdi yaşayış evinə qaz verilib.

    Daha ətraflı »

  • 06Ноя
    Cəmiyyət Комментарии к записи Biz birlikdə güclüyük! — 8 yaşlı Mustafa da orduya dəstək aksiyasına qoşulub отключены
    IMG 20201030 WA0054 01   копия

    Artıq bir aydan çoxdur ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad olunması uğrunda həyata keçirilən uğurlu əks-hücum əməliyyatı davam edir. Ordumuzun qısa müddətdə əldə etdiyi ardıcıl qələbələr xalqımızın döyüş ruhunun daha da yüksəlməsinə səbəb olur.

    Bu gün Azərbaycan xalqı bir yumruq halını alıb — həm ön, həm də arxa cəbhədə bu birlik his olunur. Bu tarixi günlərdə hamı bacardığı qədər əsgərlərimizə yardım etməyə can atır, təşəbbüs göstərir. Xeyirxah və səxavətli xalqımız, ön cəbhədə düşmənlə üz-üzə dayanan əsgər və zabitlərimizə dəstəyini əsirgəmir. 7-dən 77-yə hər kəs — kimliyindən, sosial statusundan və yaşından asılı olmayaraq…

    Daha ətraflı »

  • 06Ноя
    Cəmiyyət Комментарии к записи ŞƏHİD ABDULLA отключены

    (İkinci Qarabağ savaşının ilk şəhidi Paşayev Abdulla Sultan oğlunun xatirəsinə)

    Vətən üçün döyüş yolunu seçdin,

    Qarabağ uğrunda canından keçdin.

    Qəhrəman əsgərtək dünyadan köçdün,

    Xalqın iftixarı şəhid Abdulla.

     

                             Səninlə fəxr edir doğma elimiz,

                             Fərəhlə döyünür ürəklərimiz.

                             Heç zaman tükənməz sənə sevgimiz,

                             Xalqın iftixarı şəhid Abdulla.

    Daha ətraflı »

  • 06Ноя
    Cəmiyyət Комментарии к записи 6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür отключены

    1509952116 Radio V Televiziya1926-cı il 6 noyabr tarixində Bakı şəhərində radiostansiyanın istismara verilməsi ilə ölkəmizdə ilk dəfə radio proqramı efirdə yayımlanıb.

     Məhz bu gün Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd olunur. Polad bloklardan yığılmış 180 metrlik ilk Televiziya qülləsi Bakı şəhərində 1956-cı ildə qurulub. 1956-cı ilin 14 fevralında ilk dəfə TV vericisi vasitəsilə ağ-qara təsvirdə AzTV1 proqramı efirə çıxıb. 1957-ci ilin 28 iyununda ilk dəfə olaraq səyyar televiziya vasitəsilə respublika stadionundan canlı yayım həyata keçirilib.

    Daha ətraflı »

  • 06Ноя
    Cəmiyyət Комментарии к записи Fikrimiz cəbhədə olduğu üçün xalq olaraq pandemiyanı ikinci plana atmışıq отключены
    Modern.az W 1615689830085203227347 1000x669 255

    Mövzu barədə Milli Məclisin deputatı Musa Quliyev danışıb.

    Keçən ilin sonlarından yayılmağa başlayan koronavirus pandemiyası dünyanı çənginə alıb. Pandemiya ilə mübarizədə hər bir ölkədə olduğu kimi, Azərbaycanda da karantin rejimi tətbiq olunur. Koronavirusa yoluxmanın bir müddətlik azalması insanlarda məsuliyyətsizliyə və arxayınlaşmağa gətirib çıxardı.

    Mövzu barədə Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, fikrimiz cəbhədə olduğu üçün xalq olaraq pandemiyanı ikinci plana atmışıq: “Fevral ayından başlanan pandemiya iyun-iyul aylarında sürətlə yayıldı.

    Daha ətraflı »

  • 06Ноя
    Cəmiyyət Комментарии к записи Cəbhədə noyabrın 6-na olan son vəziyyət отключены

    E9ce97d74dd066d5493bc58d67099e63Hazırda döyüş əməliyyatları davam edir. Noyabrın 5-i gün ərzində və 6-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

    Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

    Daha ətraflı »

  • 06Ноя
    Cəmiyyət Комментарии к записи Gəncə üçün bu günün hava məlumatı отключены

    Şimal-qərb küləyi əsəcək.
    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Gəncədə havanın dəyişkən buludlu olacağı, axşam saatlarında yağış yağacağı gözlənilir. 

    Daha ətraflı »