Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 06Ноя
    Cəmiyyət Комментарии к записи Gəncədə koronavirusun kütləvi yayılmasının qarşısının alınması üçün reyd keçirilib отключены

    Gence 061120 2Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.

    Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki iri supermarketlərdə, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirir.

    Daha ətraflı »

  • 03Ноя
    Cəmiyyət Комментарии к записи Erməni terroru nəticəsində hər iki valideynini itirmiş uşaqlara psixoloji yardım göstərilib отключены
    Kjhgfd

    Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ağır artilleriya və raket hücumları nəticəsində hər iki valideynlərini itirmiş uşaqlara Müvəkkilin təşəbbüsü ilə psixioloji yardım göstərilib.

    Ombudsman Aparatından bildirilib ki, Ermənistan silahlı qüvvələrinin beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud şəkildə pozaraq Gəncə şəhərinə ağır artilleriya və raket hücumları nəticəsində mülki evlərə, tarixi-mədəni abidələrinə, iri ticarət mərkəzlərinə və digər ictimai obyektlərə ciddi ziyan dəyib, şəhər sakinləri arasında çoxsaylı ölənlər və yaralananlar olub.

    Daha ətraflı »

  • 03Ноя
    Cəmiyyət Комментарии к записи Ombudsman Gəncədə ziyan dəymiş tarixi-dini memarlıq abidələrinə dair aralıq hesabat hazırlayıb отключены
    Hesabat

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raketlərlə atəşinə tutması nəticəsində ciddi ziyan dəymiş tarixi-dini memarlıq abidələrinə dair aralıq hesabat hazırlayıb.Bu barədə Ombudsman Aparatından məlumat verilib.

    Hesabat Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raketlərlə atəşə tutması nəticəsində ciddi ziyan dəymiş “İmamzadə Ziyarətgah” Kompleksi və Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində Ombudsman tərəfindən həyata keçirilmiş monitorinqlər zamanı yerində toplanmış faktları özündə əks etdirir.

    Daha ətraflı »

  • 03Ноя
    Cəmiyyət Комментарии к записи Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyinin və şəhər sakinlərinin təşəkkürü отключены
    IMG 7405

    Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində zərər görmüş şəxslərə Azərbaycanın Rusiya Federasiyasındakı səlahiyyətli və fövqəladə səfiri Polad Bülbüloğlunun təşəbbüsü ilə Rusiyada yaşayan soydaşlarımız tərəfindən göndərilən humanitar yardıma görə Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyi və şəhər sakinləri adından dərin təşəkkürümüzü bildiririk.

    Daha ətraflı »

  • 03Ноя
    Cəmiyyət Комментарии к записи Londonda ermənilərin Gəncə və Bərdədə törətdikləri terror qurbanları yad edilib отключены
    IMG 3570

    Böyük Britaniyada yaşayan azərbaycanlılar “London Eye”ın qarşısında ermənilərin Gəncə, Bərdə və digər şəhərlərdə törətdikləri terror aktları nəticəsində həlak olan şəxslərin xatirəsini yad ediblər.

    Tədbirində cənubi azərbaycanlılar və Britaniya vətəndaşları da iştirak ediblər. İşğalçı Ermənistan ordusunun Gəncə və Bərdəyə etdiyi raket hücumları nəticəsində həlak olan mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Daha ətraflı »

  • 03Ноя
    Cəmiyyət Комментарии к записи Müşfiq Cəfərov: Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti ilə yanaşı ekoloji təcavüz də aparır отключены
    4857fff9 Musfiq Ceferov

    “27 sentyabrdan başlayaraq Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti ilə yanaşı ekoloji təcavüz də aparır”. Bunu Millət Vəkili Müşfiq Cəfərov bildirib. O, qeyd edib ki, beynəlxalq hüququn müvafiq müddəaları və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə baxmayaraq işğal etdiyi Azərbaycan ərazilərində ətraf mühit və təbii sərvətlərii istismar edən Ermənistanın bu siyasəti bölgənin dayanıqlı inkişafı və tərəqqisinə münasibətdə tutduğu laqeyd və qeyri-konstruktiv mövqeyini bir daha bariz şəkildə nümayiş etdirib.

    “30  ilə yaxındır ki, işğala məruz qalan Azərbaycan ərazilərindəki meşələrdə və quru otlaq sahələrində yanğınların baş verməsi də adi hala çevrilib. Yanğınlar adətən odlu silahlardan açılan atəş və minaların partlayışı nəticəsində baş verir.

    Daha ətraflı »

  • 30Окт
    Cəmiyyət Комментарии к записи «Xalqımız ətrafınızda sıx birləşib» — Prezidentə yazırlar отключены

    "Xalqımız ətrafınızda sıx birləşib" - <b style="color:red">Prezidentə yazırlar</b>

    Türkiyədən, Rusiyadan, eləcə də respublikanın müxtəlif yerlərindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlir.

    Berkut Gencay Sarıkızdan, Balıkesir, Türkiyə

    “Hörmətli cənab Prezident.

    Mən məktəbliyəm. Azərbaycanı çox sevirəm. Düşünürəm ki, atamın mənə məktəb ləvazimatı almaq üçün verdiyi 100 türk lirəsini Azərbaycanın Silahlı Qüvvələrinə bağışlamağım, İnşallah, əsgərlərimizə mənim töhfəm olar. Mən isə hələlik köhnə dəftərimdən, qələmlərimdən istifadə edə bilərəm.

    Daha ətraflı »

  • 29Окт
    Cəmiyyət Комментарии к записи Ombudsmanın MPQ üzvləri Gəncə şəhər Uşaq Evinə baş çəkiblər отключены

    Gence Usaq Evi 281020 1Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Gəncə şəhər Uşaq Evinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçirilib.

    Ombudsman Aparatından Trend-ə bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya»sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, müəssisədə saxlanılan valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

    Daha ətraflı »

  • 29Окт
    Cəmiyyət Комментарии к записи Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı отключены

    7ffe2a4b Af83 3b58 Bfb0 B8af3f3d9ce1 850Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-dək uzadılıb. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb.

    Daha ətraflı »

  • 29Окт
    Cəmiyyət Комментарии к записи Gəncə üçün bu günün hava proqrnozu отключены

    Cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Gəncədə havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 7-11, gündüz 15-20dərəcə təşkil edəcək.

    Atmosfer təzyiqi gecə 761, gündüz 758 mm civə sütunu, nisbi rütubət gecə 56, gündüz 54 faiz olacaq.

    Daha ətraflı »