Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 11Сен
    Cəmiyyət Комментарии к записи Nizami bələdiyyəsi “COVİD-19”la bağlı maarifləndirmə tədbirlərini davam etdirir отключены

    Gəncə şəhər Nizami bələdiyyəsinin könüllülərdən ibarət mobil qrupları COVİD-19 pandemiyası ilə bağlı tədbirlərini davam etdirirlər. Bununla əlaqədar olaraq onlar Nizami rayonu ərazisində maarifləndirmə işləri aparıblar.

    Mobil qrupların üzvləri ərzaq mağazalarında, marketlərdə, geyim dükanlarında olub, sakinlərlə maarfiləndirici söhbətlər aparıblar. Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, tibbi maskadan və dezinfeksiyaedici məhlullardan istifadə etmək, sosial məsafə saxlamaq tövsiyə edilib.

    Daha ətraflı »

  • 11Сен
    Cəmiyyət Комментарии к записи DİQQƏT: Gəncə sakinlərinin nəzərinə! отключены

    Sentyabr ayının 12-si səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

    Bununla əlaqədar, maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

    Daha ətraflı »

  • 11Сен
    Cəmiyyət Комментарии к записи Gəncənin küçə və prospektlərində abadlıq işləri aparılıb отключены

    Gəncədə aparılan abadlıq işləri çərçivəsində bir sıra küçə və prospektlərdə təmizlik, budanma və asvalt örtüyünün bəzi nahamar hissələrinin yenilənməsi işləri aparılıb. Bununla yanaşı, Heydər Əliyev prospektində, Şah İsmayıl Xətai prospektində və bir neçə başqa küçələrdə təmizlik işləri görülüb.Təmizlik işlərinə 6,7 və 11 saylı MİS-nin əməkdaşları cəlb olunub.

    Görülən bütün işlər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığı əsasında, MKTİB-nin əməkdaşları tərəfindən aparılır. 

    Daha ətraflı »

  • 11Сен
    Cəmiyyət Комментарии к записи Bu gün parlament komitəsi yeni cəriməni müzakirə edəcək отключены

    Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçiriləcək. İclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlərə dair hesabat dinləniləcək,  payız sessiyası üçün iş planının layihəsi təsdiqlənəcək.

    Bundan  başqa   iclasın gündəliyinə  7 digər  məsələlərin birinci  oxunuşda müzakirəsi daxil edilib. Komitənin toplantısında “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalının təsis

    Daha ətraflı »

  • 10Сен
    Cəmiyyət Комментарии к записи «Gəncə Avtomobil Zavodu» İstehsalat Birliyinin nümayəndələri Türkiyəyə səfər edib отключены

    Bu barədə müəssisənin Mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov məlumat verib. Onun sözlərinə görə, səfərin məqsədi zavodun istehsal etdiyi elektrobusları qonşu ölkənin bazarına çıxarmaqdır. 

    «Türkiyə tərəfi Azərbaycan istehsalı olan eloktobusları bəyənib və hazırda ixracla bağlıı danışıqlar ilkin mərhələdədir. Razılıq əldə edilsə, görüşlər çərçivəsində  müqavilə imzalanacaq. Onu da deyim ki, «Gəncə Avtomobil Zavodu»nun Türkiyədə nümayəndəliyi fəaliyyət göstərir. Bu isə Türkiyə bazarını daha yaxşı araşdırmağa imkan verir», — deyə M.Rəhimov qeyd edib. 

    Daha ətraflı »

  • 10Сен
    Cəmiyyət Комментарии к записи UTECA növbəti beynəlxalq layihədə — ECAR отключены

    Azərbaycan Texnologiya Universiteti Avropa Komissiyası tərəfindən təşkil olunan Erasmus+ KA2 — potensialın artırılması layihələrindən daha birində iştirak edəcək. Avropa komissiyası tərəfindən maliyyələşdiriləcək “Azərbaycanda Rektorlar Konfransının yaradılması” – ECAR adlı layihə 3 il müddətində həyata keçiriləcək.

    Layihənin əsas məqsədi Azərbaycanda Rektorlar Konfransının yaradılması və bununla da universitetlər və digər tərəfdaşlar arasında sıx əməkdaşlığın yaradılmasına və inkişaf etdirilməsinə nail olmaqdır. ECAR milli layihə olmaqla təhsilin beynəlmilliləşməsi, həmçinin rəqəmsal və innovativ iqtisadiyyatda ali təhsil müəssisələrinin rolunu artırmaq məqsədilə universitetlərarası əlaqələrin təmin olunmasına dəstək verəcək. Layihənin koordinatoru Bakı Biznes Universitetidir.

    Daha ətraflı »

  • 10Сен
    Cəmiyyət Комментарии к записи Gəncənin Qala divarlarında təmir-bərpa işləri aparılıb отключены

    Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin təmir-bərpa və tikinti şöbəsinin əməkdaşları tərəfindən şəhərin Qala divarlarının təmir-bərpa işləri aparılıb. Nizami Gəncəvi məqbərəsi yaxınlığında yerləşən bu divarların bir hissəsi üzərində əsaslı təmir işləri görülüb.

    Divarlar ön tərəfdən kərpiclə hörülüb, alt hissəsi isə betonlanıb, bəzi hissələri isə sökülərək yenidən tikilib. Tikilinin ön hissəsinin kərpiclə hörülməsi ümumilikdə 130 kvadrat metri əhatə edib. Bundan əlavə hörgüdə sement beton, qum və armatur istifadə olunaraq divarların alt hissəsində bərkitmə və qalalara beton kəmərin verilməsi işləri də görülüb.

    Daha ətraflı »

  • 10Сен
    Cəmiyyət Комментарии к записи Gəncədə «İnsanlar dəyişərmi» adlı vebinar keçirilib отключены

    Gəncə Gənclər evi pandemiya dövründə öz fəaliyyətini onlayn olaraq davam etdirməkdədir. Həftəlik və aylıq tədbirlər planı çərçivəsində tədbirlər və dərslər həyata keçirilir, eyni zamanda onlayn olaraq gənclərlə görüşlər hazırlanır.

    Vebinar «Gəncə Gənclər Evi»nin və «LB Group»un təşkilatçılığı ilə baş tutub.  «İnsanlar dəyişər mi?» adlı vebinar Xuraman Qənbərovanın  təqdimatında keçirilib. Vebinarda təlimçimiz İnsanlar necə dəyişir?, Dəyişmək üçün nələr edirlər?, Həqiqətən insanlar dəyişə bilər mi? mövzularına toxunub. Habelə vebinar zamanı özgüvən artırma texnikaları qeyd  edilib, terapiya üsullarından Psixodinamik Psixoterapiya, Koqnitiv Davranış Terapiya, Pozitiv Psixoterapiya metodları haqqında danışılıb.

    Daha ətraflı »

  • 09Сен
    Cəmiyyət Комментарии к записи İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib.

    Bu yerüstü piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, məktəbin mövcudluğu, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Keçid Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində inşa edilib.

    Daha ətraflı »

  • 09Сен
    Cəmiyyət Комментарии к записи Gəncədə Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları maarifləndirmə tədbirlərini davam etdirirlər отключены

    Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yenidən geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər davam etdirilir. Bu məqsədlə Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq maarifləndirmə işləri aparırlar.

    Tərkibində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının da olduğu 32 mobil qrupun üzvləri əhalinin sıx toplaşdığı ərazilərdə fərdi qaydada izahetmə işləri həyata keçirirlər. Daha ətraflı »