Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 09Сен
    Cəmiyyət Комментарии к записи «Vətənpərvərlik — dini radikalizm və ekstremizmə qarşı mübarizədə ən effektiv vasitələrdən biridir» gənclər rasında onlayn müzakirə отключены

    Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncə Gənclər Evi, Ombudsmanın Gəncə Regional Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə Regional Şöbəsinin birgə təşəbbüsü ilə «Vətənpərvərlik dini radikalizm və ekstremizmə qarşı mübarizədə ən effektiv vasitədir» adlı gənclərin iştirakı ilə onlayn müzakirə təşkil olunub. Onlayn müzakirə zamanı gənclərin radikal dini cərəyanların təsiri altına düşməkdən və dini radikalizmdən qorumağın, eyni zamanda, vətənpərvər ruhda tərbiyə olunmalarının vacibliyi haqqında müzakirələr aparılıb.

    Daha ətraflı »

  • 08Сен
    Cəmiyyət Комментарии к записи Naqif Həmzəyev: ‘Pandemiya dövrü: 150 ölkə arasında Azərbaycan yoxdur…’ отключены

    Dövlətin gücü hadisələri nəzarətdə saxlamaqla problemlərin öhdəsindən gəlmək qabiliyyəti ilə ölçülür. Pandemiyanın qara kabus kimi çökdüyü vaxtda Azərbaycan dövləti öz gücünü, qüdrətini göstərdi. Qazanılan uğurlar dövlətimiz öz dayanıqlığının qorunmasına imkan yaratdı. Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirb.

    O vurğulayıb ki, pandemiya dönəmində 150-dən çox ölkə Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına yardım üçün müraciət edib. Millət vəkili bu müraciətlər sırasında Azərbaycanın adının olmadığını bildirib:

    Daha ətraflı »

  • 08Сен
    Cəmiyyət Комментарии к записи Gəncədə arabir yağış yağacağı gözlənilir отключены

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Gəncədə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 17-21°, gündüz 27-31° isti olacağı bildirilir.

    Daha ətraflı »

  • 07Сен
    Cəmiyyət Комментарии к записи Prezident İlham Əliyev Sərəncam imzalayıb отключены

    İ.İ.Seçinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin inkişafında xidmətlərinə görə İqor İvanoviç Seçin “Dostluq” ordeni ilə təltif edilsin.

    Daha ətraflı »

  • 07Сен
    Cəmiyyət Комментарии к записи Gəncədə «Biznes necə qurulmalı» adlı vebinar keçirilib отключены

    Gəncə Gənclər evi pandemiya dövründə öz fəaliyyətini onlayn olaraq davam etdirməkdədir. Həftəlik və aylıq tədbirlər planı çərçivəsində tədbirlər və dərslər həyata keçirilir, eyni zamanda onlayn olaraq gənclərlə görüşlər hazırlanır.

    «Gəncə Gənclər Evi» və «LB Group» təşkilatçılığı ilə keçirilən «0-dan Biznes necə qurulmalı?» adlı vebinar Fatima Rzayevanın təqdimatında keçirilib. Vebinarda təlimçimiz  ideyasız biznes, sosial mediadan gəlir əldə etmək,  az büdcə ilə biznes necə qurulmalı?  mövzularda  fikirlərini gənclərlə bölüşüb. İdeyanı reallaşdırmağın mümkünlüyünü,  gənclərin daima həvəslə çalışmalarının önəmli faktor olması qeyd edilmişdir.

    Daha ətraflı »

  • 07Сен
    Cəmiyyət Комментарии к записи Günümüzün qəhrəmanları! отключены

    Gəncədə Niyazi Bayramovun tapşırığına əsasən, abadlıq quruculuq işləri geniş vüsət alıb. Şəhərdə demək olar ki, hər gün təmizlik işləri aparılır, park və xiyabanlarda qurumuş ağaclar budanır, yaşıllıqlar salınır, işıq dirəkləri yeniləri ilə əvəz olunur, səkilər, yollar məişət tullantılarınnan təmizlənir. Eyni zamanda COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün hər gün dezinfeksiya işləri görülür.

    Yuxarıda sadalanan bütün işlər Mənzil Kommunal Təsərrüfat İstehsalı Birliyininn əməkdaşları tərəfindən aparılır. Onlar artıq günümüzün qəhrəmanlarına çeviriliblər. Çünki dayanmadan,  gecə və gündüz, növbəli şəkildə şəhərimizin təmizliyinin keşiyini çəkirlər.

    Daha ətraflı »

  • 07Сен
    Cəmiyyət Комментарии к записи Gəncədə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir отключены

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Gəncədə şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti olacağı ehtimal edilir.

    Daha ətraflı »

  • 04Сен
    Cəmiyyət Комментарии к записи İlham Əliyev UNEC-in yenidən inşa olunan 3 saylı tədris korpusunun açılışında iştirak edib отключены

    Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Murtuza Muxtarov küçəsində yerləşən yeni tədris korpusunun açılışında iştirak ediblər.

    Dövlətimizin başçısı və birinci xanım tədris korpusunda yaradılan şəraitlə tanış oldular. Təhsil naziri Emin Əmrullayev və UNEC-in rektoru Ədalət Muradov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verdilər. Bildirildi ki, tikintisinə 2018-ci ildən başlanılan və müasir standartlara cavab verən yeni tədris korpusu köhnə binanın fasadı saxlanılmaqla inşa edilib.

    Daha ətraflı »

  • 04Сен
    Cəmiyyət Комментарии к записи Mirşahinin «Xainlər» filmi: «Siz heç ömrünüzdə xain görmüsüz» — VİDEO отключены

    Real TV-nin rəhbəri Mirşahin Ağayev yeni film hazırlayıb. “Xainlər” adlanan film Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərən daxili düşmənlərə həsr olunub. Filmdə Əlikram Hümbətovun ölkəni parçalamaq üçün yaratdığı separatçı şəbəkə və onun fəaliyyəti barəsində danışılır.

    Mirşahin Ağayev bildirir ki, 1993-cü ildə Əlikram Hümbətovun başçılıq etdiyi bir qrup separatçı «Cənub mirvarisi»ni Azərbaycandan ayırmaq və bununla da ölkənin parçalanmasına yeni dalğa vermək istəyib.

    Daha ətraflı »

  • 04Сен
    Cəmiyyət Комментарии к записи Prezidentin köməkçisi Gəncədə din xadimləri ilə görüşüb отключены

    Gəncə şəhərindəki İmamzadə dini kompleksində bir qrup din xadimi ilə görüş keçirilib. Görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, ayrı-ayrı regionlardan olan din xadimləri, respublikanın müxtəlif məscidlərinin imamları iştirak edib. Görüşdə çıxış edən Anar Ələkbərov müstəqillik illərində dövlət-din münasibətlərinin yeni müstəvidə formalaşdığını, Azərbaycanda dövlət səviyyəsində dinə xüsusi diqqət göstərildiyini qeyd edib.

    Bildirib ki, ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət daim bu sahəyə dəstək göstərir. Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu sahəyə xüsusi diqqət və həssaslıqla yanaşır.

    Daha ətraflı »