Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,761
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 14Апр
    Cəmiyyət Комментарии к записи Bu gün müqəddəs Ramazan ayı başlayır отключены

    16183458862408458212 1000x669Azərbaycan ərazisində təzə Ay (hilal) aprelin 13-də göründüyündən Ramazan ayının 1-i 2021-ci il 14 aprel tarixindən başlayır.

    Ramazan təqviminə əsasən, ilk Əhya gecəsi mayın 1-nə, ikinci Əhya gecəsi mayın 3-nə, üçüncü Əhya gecəsi mayın 5-nə, sonuncu Əhya gecəsi isə mayın 9-na təsadüf edəcək.

    Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir.

    Şəvval ayının 1-i (13 may) Fitr bayramıdır.

    Daha ətraflı »

  • 14Апр
    Cəmiyyət Комментарии к записи Gəncədə özəl tibb müəssisələrinin işçiləri təltif ediliblər отключены

    03b76cdb 2337 43c1 A2fc 03b170fec645Gəncədə COVİD-19 infeksiyası ilə mübarizədə, eləcə də Vətən müharibəsi dövründə səmərəli əmək fəaliyyətinə görə özəl tibb müəssisələrinin bir qrup işçisi mükafatlandırılıblar. Gəncə Şəhər İcra Hakimiyyətində baş tutan tədbirdə Vətən müharibəsi zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, pandemiya, habelə 44 günlük Vətən müharibəsi dövründə, o cümlədən Gəncənin raket atəşinə tutulması zamanı yaralanan şəxslərin müalicəsində fədakarlıq göstərdiklərinə görə tibb işçilərinə təşəkkür edib.

    Daha ətraflı »

  • 14Апр
    Cəmiyyət Комментарии к записи «YAŞAT» Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir отключены

    16183199735229662584 1000x669Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.

    Daha 2 şəhidimizin yeni doğulan övladlarının, şəhidimiz Sübhan Məmmədlinin Bakı şəhərində doğulan övladı Sübhanənin , şəhidimiz Amin Rüstəmovun Gəncə şəhərində doğulan övladı Şöhrətin zəruri xərcləri Fond tərəfindən qarşılanıb.

    Bu məqsədlə 1000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq.

    Daha ətraflı »

  • 14Апр
    Cəmiyyət Комментарии к записи Unutsaq, unudularıq отключены

    Füzuli uğrunda döyüşlərdə şəhid olan Amal Əhmədov

    6f2e5141 Dgdfg

    Əhmədov  Amal Rauf oğlu 3 may 1996-cı ildə Rusiyanın Tver şəhərində doğulub. 2002-2013-cü illərdə Gəncə şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-cü ildə Gəncə Texniki Kollecinə daxil olub. 2014-cü ildə  təhsilini dayandıraraq hərbi xidmətə yollanıb. 10 yaşından atasını itirən Amal daha sonra ailənin bütün yükünü çiyinlərində daşıyıb.

    Anası Mehriban Əhmədova deyir: “Başqa analar oğullarını çayxanadan çağıranda, mən onu məcbur edirdim ki, get dostlarınla vaxt keçir, gəzintiyə çıx.

    Daha ətraflı »

  • 14Апр
    Cəmiyyət Комментарии к записи Gəncədə bir qrup gənc mükafatlandırılıb отключены

    FB IMG 1618320191034Beynəlxalq Olimpiya Komitəsinin və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə əməkdaşlığı ilə 22-27 noyabr 2020-ci il tarixlərində «İdman Menecmenti» adlı onlayn təlim keçirilib. Təlimdə Gəncə şəhərindən 7 nəfər gənc iştirak edib və Beynəlxalq Sertifikatla təltif olunublar.

    Sertifikatlar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov tərəfindən təqdim olunub.  

    Daha ətraflı »

  • 14Апр
    Cəmiyyət Комментарии к записи Oruc tutanlara orqanizmdə susuzluq yaratdığına görə duzlu-ədviyyatlı yeməkləri rasiondan çıxarmaq tövsiyə olunur отключены

    1618383422647310441 1000x669Ramazan günlərində 16 saata yaxın oruc tutmaq, ac-susuz qalmaq bədənin enerjisini alır və temperaturu yüksəldir.

    Ona görə də lazımi vitamin və mineralların kifayət qədər qəbul olunması vacibdir.

    Həkimlər bildirirlər ki, gün ərzində susuz və tox saxlaya bilən qidaları qəbul etmək həm bədəni gücdən düşməyə qoymur, həm də susuzluğa qarşı müqaviməti artırır. İftarla imsaq arasında ən azı 12 stəkan su içmək və meyvə-tərəvəzləri süfrədən əskik etməmək lazımdır.

    Həkim-diyetoloq Sevinc Həsənzadə deyib: “İmsaq zamanı daha çox süd məhsulları, yulafdan hazırlanan qidalar və sıyıq yemək lazımdır.

    Daha ətraflı »

  • 09Апр
    Cəmiyyət Комментарии к записи Psixoloji problemlərlə bağlı Fövqəladə Hallar Nazirliyinin Akademiyasında seminar keçirilib отключены
    1617939437612319826 1000x669

    Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

    Aprelin 8-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında ali təhsil müəssisəsinin əməkdaşları və kursantlar üçün “Dəyərsizlik, yetərsizlik, özgüvən, mükəmməllilik, başqasından asılı olmaq və digər psixoloji xəstəliklər” mövzusunda seminar keçirilib.

    Seminarda akademiya rəisinin müavini polkovnik İlham Babaşov, fakültə və bölmə rəisləri və türkiyəli psixoloq Səlcuq Dəmirbaş iştirak edib.

    Daha ətraflı »

  • 09Апр
    Cəmiyyət Комментарии к записи Milli Məclisin deputatı Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə bir araya gəlib отключены

    0feea2ed Rag 9074 Min 1024x683Millət vəkili tərəfindən mütəmadi olaraq həyata keçirilən vətəndaş qəbulu, sakinlərin irad və təkliflərini dinləməyə və onları narahat edən məsələlərin həllinə xidmət edir. Budəfəki görüşdə də millət vəkili qəbula gələn vətəndaşları, qazi və şəhid ailələrini ayrı-ayrılıqda qəbul edərək, onları narahat edən məsələləri dinləyərək, yaxından tanış olub.

    Təhsil, sosial, hüquqi və tibbi yardımların göstərilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, özlərinin və ya ailə üzvlərinin işlə təmin edilməsinə köməkliyin göstərilməsi kimi müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb. Səsləndirilən bəzi müraciətlərin araşdırılması və tez bir zamanda həll olunması üçün, qeydlər götürülərək, bununla bağlı aidiyyatı qurumlara məlumat veriləcəyi diqqətə çatdırılıb.

    Daha ətraflı »

  • 02Апр
    Cəmiyyət Комментарии к записи Gəncə Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib отключены

    Image 41Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti vətəndaş qəbulunu keçirib. I Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin də iştirak etdiyi qəbulda, vətəndaşları narahat edən məsələlər dinlənilib, dilə gətirilən problemlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb.

    Görüşdə səsləndirilən məsələlər arasında işlə təminat, müalicə üçün göndərişin verilməsi, fərdi yaşayış evinin inşası üçün torpaq sahəsinin ayrılması, qaz və su ilə bağlı yaranan çətinliklərin aradan qaldırılması kimi məsələlər üstünlük təşkil edib.

    Sakinlərin müraciətlərini tək-tək dinləyən şəhər rəhbəri, səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə öz həllini tapıb. Belə ki, müalicə üçün müraciət edən iki nəfərə müvafiq qaydada göndərişlər verilib, ehtiyacı olan bir neçə şəhid ailəsinə isə maddi yardım göstərilib.

    Daha ətraflı »

  • 01Апр
    Cəmiyyət Комментарии к записи Döyüşə qisas hissi ilə atılan qazimiz отключены

    Ölkəmizin zəfər tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəyə öz sağlamlığı bahasına imza atan qəhrəman döyüşçülərimizdən biri də 19 yaşlı qazimiz Orxan Mustafayevdir.

     Orxan Elşad oğlu Mustafayev 2001-ci il iyul ayının 12-də Gəncə şəhərində dünyaya göz açıb. 2008-ci ildə Gəncə şəhər 26 saylı tam orta məktəbin birinci sinfinə gedib. 2017-ci ildə 9-cu sinfi başa vuraraq  Mingəçevir Turizm kollecinə qəbul olub. 2019-cu ildə kolleci bitirib və həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yola düşərək Ağcabədidə yerləşən «N» saylı hərbi hissədə əsgəri xidmətə başlayıb. Əsgərlik dövründə nümunəvi xidmətinə görə dəfələrlə komandanlığın yazılı və şifahi təşəkkürnamələrinə layiq görülüb.

     2020-ci il sentyabr ayının 27-də başlayan Vətən müharibəsi ölkəmizin əksər gəncləri kimi Orxanın da həyatında böyük dönüş yaratdı. O, rabitəçi idi. Xidməti otağı döyüş meydanından kənarda yerləşirdi. Müharibə başlayandan bir neçə saat sonra rabitəçi olaraq aldığı xəbər onu sarsıtdı:

    Daha ətraflı »

Səhifə 3 - 8512345...102030...»