Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Səfir Nikolaos Piperiqkos: Zati-aliləri, fürsətdən istifadə edərək şəxsən Prezidentimin ən xoş arzularını və qarşılıqlı maraq kəsb edən bütün sahələrdə əməkdaşlığımızı genişləndirməklə bağlı Yunanıstanın güclü istəklərini Sizə çatdırıram.
Yeni ismarıclar