Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 25Авг
    Cəmiyyət Комментарии к записи Niyazi Bayramov şəhərdə aparılan abadlıq işləri ilə tanış olub отключены

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov aidiyyatı qurumların rəsmi nümayəndələri ilə birgə şəhərin bir sıra ərazilərində aparılan abadlıq, təmir-bərpa və tikinti işləri ilə yerində tanış olub. Şəhər rəhbərinə məlumat verilib ki, Gəncədə abadlıq quruculuq işləri mütamadi olaraq davam edir. Şəhərin müxtəlif ərazilərində yollar asfaltlanır, işıqlandırma sistemi yenilənir, yaşıllıq zolaqları bərpa edilir.

    Gün ərzində bir sıra ərazilərdə təmir-tikinti işləri görülür, iməciliklər təşkil olunaraq təmizlik işləri aparılır. O cümlədən bildirilib ki, indiki zamanda pandemiya qaydalarına uyğun olaraq dezinfeksiya işləri və digər qabaqlayacı tədbirlər davam etdirilir. 

    Daha ətraflı »

  • 25Авг
    Cəmiyyət Комментарии к записи “TRT World” Ermənistanın Tovuz istiqamətində törətdiyi hərbi təxribatla bağlı geniş reportaj yayıb отключены

    Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı — “TRT World” Ermənistanın ötən ay Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı geniş reportaj yayıb. Kanalın heyəti Ermənistanın təxribatına məruz qalan ərazilərdə çəkiliş aparıb.

    “TRT World”ün müxbiri Oubai Şahbandar dünyanın ən həssas sərhədlərindən birində baş vermiş toqquşmanın onu yenidən Azərbaycana – illər ərzində daha yaxından tanıdığı ölkəyə gətirdiyini deyir. O, tamaşaçılara Ermənistan silahlı qüvvələrinin təxribatı barədə ətraflı məlumat verir. Bildirir ki, toqquşma zamanı hər iki tərəf itki verib.

    Daha ətraflı »

  • 25Авг
    Cəmiyyət Комментарии к записи Gəncə Şəhər İcra Hakimiyyətinin məlumatı отключены

    Gəncə Şəhər İcra Hakimiyytindən KİV nümayəndələrinə bildirilir ki, icra hakimiyyətinin memarlıq şöbəsinin sabiq müdirləri işləmiş Məharət Mustafayev və Əli Rüstəmlinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbsi barədə əməliyyat şəhər İcra Hakimiyyətinin inzibatı binasında keçirilməmişdir.

    Gəncə Şəhər İcra Hakimiyyəti KİV nümayəndələrindən xahiş edir ki, bəzi xəbər başlıqlarında yalnışlığa yol verilməməsi üçün məlumatı rəsmi qaydada təqdim etsinlər.

    Daha ətraflı »

  • 25Авг
    Cəmiyyət Комментарии к записи Gəncə sakinləri «Qan ver, yaşat» şüarı ilə aksiyaya qoşulublar отключены

    «Qan ver, yaşat». Gəncə sakinləri Məhərrəm ayında məhz bu şüarla qanvermə aksiyasına qoşulublar. Mərkəzi Qan Bankının Gəncə bölməsində bu gündən başlayaraq təşkil olunan aksiyada donorlar fəallıq göstərirlər. Avqustun 21-dən başlayan Məhərrəmlik matəm ayı olduğundan hər il insanlar bu ayı kütləvi tədbirlərlə, təziyə mərasimləri ilə qeyd edirlər.

    Bu il isə koronavirus pandemiyası ilə əlaqədar olaraq müsalman ölkələrində, eləcə də Azərbaycanda məscid və ziyarətgahlarda kütləvi tədbirlərin keçirilməsi dayandırılıb.

    Daha ətraflı »

  • 25Авг
    Cəmiyyət Комментарии к записи Gəncədə hava əsasən yağmursuz keçəcək отключены

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Gəncədə şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 23-28° isti olacağı bildirilir.

    Daha ətraflı »

  • 20Авг
    Cəmiyyət Комментарии к записи Prezident İlham Əliyev Sərəncam imzalayıb отключены

    Sərəncama əsasən M.Kosta “Dostluq” ordeni ilə təltif edilib.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Marqerita Kosta “Dostluq” ordeni ilə təltif edilsin.

    Daha ətraflı »

  • 20Авг
    Cəmiyyət Комментарии к записи Gəncə Şəhər Təhsil İdarəsinin müraciəti! отключены

    Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq Gəncə Şəhər Təhsil İdarəsində vətəndaşların qəbulunu 2020-ci il avqust ayının 31-dək dayandırılıb. Buna uyğun olaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinfinə şagirdlərin qeydiyyatı yalnız vətəndaşlar (valideynlər və ya digər qanuni nümayəndələr) tərəfindən mektebeqebul.edu.az saytı, şagird yerdəyişməsi isə sy.edu.az saytı vasitəsilə aparılır.

    Məlumat üçün qeyd edək ki, elektron qeydiyyat zamanı dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində 077-300-01-79 nömrəsinə və ya mektebe.qebul@ganja-sti.edu.az elektron ünvanına müraciət edə bilərsiniz.

    Daha ətraflı »

  • 20Авг
    Cəmiyyət Комментарии к записи Gəncə gəncləri «Vətənpərvərlik milli-mənəvi dəyərimizdir» adlı videokonfrans keçirib отключены

    YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Vətənpərvərlik milli-mənəvi dəyərimizdir” adlı onlayn videokonfrans keçirilib. Gənclərində vətənpərvərlik hissinin aşılanması məqsədilə keçirilən konfransda YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev, Elm üzrə Prezident mükafatçısı, YAP Gəncə şəhər təşkilatının sədr müavini, tədqiqatçı-alim Elnur Həsənov və 100-ə yaxın fəal gənclər iştirak edib.

    Millət vəkili Naqif Həmzəyev videokonfransda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının aktuallığından danışıb, gənclərə vətənpərvərlik hissinin aşılanmasının hər bir xalqın sabahını təmin edən amillərdən olduğu qeyd edib. Millət vəkili xüsusi ilə vurğulayıb ki, ölkəmizdə gənclərin bu istiqamətdə tərbiyə olunmasına Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrlərdən başlanılıb.

    Daha ətraflı »

  • 20Авг
    Cəmiyyət Комментарии к записи Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının MÜRACİƏTİ отключены

    Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəm ayının başlaması iə əlaqədar dindarlara müraciət edib. Müraciətdə deyilir: «Bismillahir-rəhmanir-rəhim! Möhtərəm mömin qardaş və bacılarımız! Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri nəzərinizə çatdırır ki, Hicri-qəməri təqvimi ilə 1441-ci il başa çatır, yeni 1442-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2020-cü il avqust ayının 21-nə təsadüf edir».

    Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir. Bu ay Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura günü İmam Hüseyn əleyhissəlam tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi Əhli-Beyt (ə) tarixinə kədərli, lakin, eyni zamanda, inanclı insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuşdur.

    Daha ətraflı »

  • 20Авг
    Cəmiyyət Комментарии к записи Gəncədə pandemiya əleyhinə qabaqlayıcı tədbirlər davam edir отключены

    Gəncədə COVİD-19 virusunun yayılmasının qarşısını almaq məqsədi ilə mütəmadi olaraq maarifləndirmə, təbliğat tədbirləri həyata keçirilir. Bildiyimiz kimi, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət etməklə açıq hava məkanlarında iaşə müəssisələrin fəaliyyət göstərməsinə icazə verilib.

    Bu məqsədlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşlarından ibarət mobil qruplar yaradılıb.  Mobil qrup üzvləri şəhərdə fəaliyyətinə icazə verilən obyektlərə reyd keçiriliblər, sakinlərlə söhbətlər aparıblar.

    Daha ətraflı »