Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 14Авг
    Cəmiyyət Комментарии к записи Erməni tərəfi atəşkəs rejimini pozmaqla təcavüzkar siyasətini davam etdirir отключены

    Cənubi Qafqaz regionunda Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı əsassız ərazi iddiasında olan, eləcə də Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayan Ermənistanın təcavüzkar siyasəti davam edir. Buna sübut olaraq, iyulun 12-də Tovuz istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizə qarşı törədilən növbəti hücumu göstərmək olar.

    Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırladığını göstərən faktlardan biri də odur ki, döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib.

    Daha ətraflı »

  • 14Авг
    Cəmiyyət Комментарии к записи Baş Nazir tapşırıq verdi отключены

    Baş Nazir Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib. Məktubda dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb: 

    1. İclasların, müşavirələrin və toplantıların yalnız telefon rabitəsi (selektor), mobil və internet vasitəsilə keçirməsinə üstünlük verilsin;

    Daha ətraflı »

  • 14Авг
    Cəmiyyət Комментарии к записи Gəncədə şimşək çaxacağı, yağış yağacağı gözlənilir отключены

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Gəncədə qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-23°, gündüz 28-32° isti olacağı bildirilir.

    Daha ətraflı »

  • 14Авг
    Cəmiyyət Комментарии к записи Gəncədə COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir отключены

    Sərt karantin rejiminin yumşalmasına baxmayaraq şəhərdə mütamadi olaraq maarifləndirmə tədbirləri keçirilir. Bu gün Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyevin, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyevin, Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayevin, Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədovun, polis idarəsinin əmkdaşlarının və rəsmi nümayəndələrinin iştirakı ilə şəhərin müxtəlif ərazilərində reydlər keçirilib.

    Reyd Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq tapşırığına əsasən reallaşıb.

    Daha ətraflı »

  • 13Авг
    Cəmiyyət Комментарии к записи Gəncədə Comərd Qəssab türbəsinin ətrafında abalıq işləri aparılacaq отключены

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığı ilə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Təsərrüfat işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamran Məhərrəmov, şəhərin baş memar vəzifəsini icra edən Elxan Məmmədov və digərləri Natəvan -2 adlanan əraziyə baxış keçiriblər. Məsələ ilə əlaqədar olaraq ərazidə Gəncəçay məcrasının tikinti tullantılarının daşınması və abadlaşdırılması barədə müvafiq tapşırılqar verilib.

    Daha ətraflı »

  • 13Авг
    Cəmiyyət Комментарии к записи Gəncədə «Gənclik Günü» adlı onlayn görüş keçirilib отключены

    Gəncə Gənclər evi pandemiya dövründə öz fəaliyyətini onlayn olaraq davam etdirməkdədir. Həftəlik və aylıq tədbirlər planı çərçivəsində tədbirlər və dərslər həyata keçirilir, eyni zamanda onlayn olaraq gənclərlə görüşlər hazırlanır. 12 Avqust tarixində isə «Beynəlxalq Gənclər Günü»nə həsr edilən «Gənclik Günü» adlı növbəti onlayn görüş keçirilib.

    Görüşü çıxış sözü ilə açan  Gəncə Gənclər Evinin rəhbəri Amil Qurbanov gənclərimizi və iştirakçıları Beynəlxalq Gənclər Günü münasibəti ilə təbrik  edib və pandemiya dövründə fəaliyyətlərdə yaxından iştirak edən gənclərə təşəkkürünü bildirib.

    Daha ətraflı »

  • 13Авг
    Cəmiyyət Комментарии к записи Müşfiq Cəfərov karantin qaydalarına əməl edərək vətəndaşları qəbul edib отключены

    Gəncədən seçilən Milli Məclisin deputatı Müşfiq Cəfərov karantin qaydalarına əməl edərək vətəndaş qəbulu keçirib. Qəbula gələn insanlar məişət problemləri ilə yanaşı müxtəlif mövzularda müraciətlər də ediblər. Bir neçə məsələ yerindəcə həllini tapıb. Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.

    Seçicilərin fərdi və ümumi problemləri dinləndikdən sonra həlli istiqamətində lazımı dövlət strukturlarına müraciətlər ünvanlanması qərara alınıb.

    Daha ətraflı »

  • 13Авг
    Cəmiyyət Комментарии к записи Gəncənin qəsəbələrində iməcilik işləri aparılıb отключены

    Gəncə şəhəri Kəpəz rayonu Natavan qəsəbəsində MKTİB-nin təmizlik şöbəsi iməcilik təşkil edib. Əraziyə çoxlu sayda canlı qüvvə və texnika cəlb olunub. Uzun müddət bu sahəyə müxtəlif yerlərdən məişət tullantıları gətirilib yığılıb.

    Bu səbəbdən ərazi zibil yığnağına çevrilmişdir. Təmizlik şöbəsinin əməkdaşları tərəfindən aparılan iməcilik demək olar ki, Natavan qəsəbəsinin yollarını əhatə edib. Yol kənarında olan bütün zibil yığnaqları yığılaraq ərazidən uzaqlaşdırılıb.

    Daha ətraflı »

  • 13Авг
    Cəmiyyət Комментарии к записи Gəncədə könüllülər tərəfindən sosial aksiya keçirilib отключены

    Gəncədə koronavirus pandemiyasına qarşı maarifləndirmə məqsədilə könüllülər tərəfindən növbəti sosial aksiya təşkil edilib.

    Sosial aksiyada ‘Bir könüllü’ , Aqrar İnkişaf Könüllüləri, F1(formula 1) və TGT qruplarının könüllülərindən ibarət 16 gənc iştirak edib.  Onlar yeraltı keçidlərin giriş çıxış xətləri, banklar və sıx yerlərdə stikerlər (Bir-birimizi qoruyaq, məsafə saxla və s.) yapışdırıblar, tibbi maska və əlcəklər paylayaraq koronavirus (COVİD-19)  pandemiyasına qarşı mübarizədə qaydalara riayət olunması barədə sakinləri məlumatlandırıblar.

    Daha ətraflı »

  • 13Авг
    Cəmiyyət Комментарии к записи Gəncədə yağış yağacağı gözlənilir отключены

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Gəncədə qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 28-33° isti olacağı bildirilir.

    Daha ətraflı »