Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 28Июл
    Cəmiyyət Комментарии к записи Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik отключены
    Hörmətli həmvətənlər!
    Sizi və dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.
    İnsanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir. Müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.

    Daha ətraflı »

  • 28Июл
    Cəmiyyət Комментарии к записи İlham Əliyev Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

    Dövlətimizin başçısı qəbulda çıxış edib.

    Prezident İlham Əliyevin çıxışı

    -Bu gün siz Təhsil naziri vəzifəsinə təyin olunursunuz. Sizə çox böyük etimad göstərilir. Bu etimadı siz öz işinizlə doğrultmalısınız. Siz gəncsiniz, sizin təyinatınız, eyni zamanda, gənclərə göstərilən etimadın növbəti təzahürüdür.

    Daha ətraflı »

  • 28Июл
    Cəmiyyət Комментарии к записи Niyazi Bayramov: «Qəmbər Hüseynlinin məzarı köçürülməyəcək» отключены

    Bir neçə gün öncə Əməkdar incəsənət xadimi, bəstəkar Qəmbər Hüseynlinin qəbirüstü hekəlinin yerləşdiyi ərazi hasara alınıb. Bu hadisədən narahatlıq keçirən Gəncə ziyalıları və şəhər sakinləri şəhər icra hakimiyyətinin başcısı Niyazi Bayramova müraciət ünvanlayıblar. Müraciətdə bildirilibki, onlar bəstəkarın məzarının ərazidən köçürüləcəyi və onun yerində çoxmərtəbəli bina tikiləcəyi ilə bağlı xəbərlərdən narahatdırlar.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər sakinlərinin narahatlığına son qoyaraq bildirib ki, görkəmli bəstəkarımız Qəmbər Hüseynlinin məzarı köçürülməyəcək və həmin ərazidə çoxmərtəbəli bina tikintisinə imkan verilməyəcək. 

    Daha ətraflı »

  • 28Июл
    Cəmiyyət Комментарии к записи Müşfiq Cəfərov: «Ermənilər «Sərsəng» su anbarını işğal altında saxlamaqla ekoloji müstəvidə də müharibə aparır» отключены

    “İllərdir müzakirə olunan müharibə su səbəbiylə ortaya çıxara bilərmi? Mütəxəssislər suyun müharibəyə səbəb olacağını düşünmürlər. Tamamilə dəyişdirilməyən bir mənbə olmaqla, su bütün canlılar üçün çox vacib bir təbii qaynaqdır. Son 20 ildə artan əhali və ehtiyacların diversifikasiyası qlobal su böhranına səbəb olsa da, ekspertlər bununla razılaşmırlar. Dünyanın sürətlə artan əhalisi və su tələbatı ilə iqtisadi, siyasi və ekoloji mövzularda mübarizə və qarşıdurmalar daha geniş yayılmış və ciddi ölçülərə çatmışdır”.

    Daha ətraflı »

  • 28Июл
    Cəmiyyət Комментарии к записи Gəncədə «Qarabağ Azərbaycandır!» adlı videokonfrans keçirilib отключены

    Gəncədə “Qarabağ Azərbaycandır!» adlı videokonfrans formatında şagirdlərlə maarifləndirici görüş olub. İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Qərb Regional Nümayəndəliyi tərəfindən təşkil edilən videokonfransda məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə alması, Qarabağ haqqında bilgilərinin artırılması və son 1 ildə bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin dünya siyasətində qazandığı uğurları iştirakçılara çatdırmaq olub.

    Daha ətraflı »

  • 28Июл
    Cəmiyyət Комментарии к записи Gəncədə Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçiriləcək отключены

    Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri keçiriləcək. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq, ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.

    Daha ətraflı »

  • 27Июл
    Cəmiyyət Комментарии к записи Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı отключены

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatı texnikasına, texnoloji avadanlığa, suvarma sistemləri və soyuducu anbar dəstlərinə, damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi ilə əlaqədar maliyyə vəsaitinə yaranmış ehtiyacın qarşılanması məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20,0 (iyirmi) milyon manat ayrılsın.

    Daha ətraflı »

  • 27Июл
    Cəmiyyət Комментарии к записи DİN-də videokonfrans formatında Kollegiya iclası keçirilib отключены

    Daxili İşlər Nazirliyində (DİN) 2020-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib. Ölkədəki epidemik vəziyyətlə əlaqədar kollegiya videokonfrans formatında baş tutub.

    DİN-in Mətbuat Xidmətindən «Report»a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının və Daxili Qoşunların ötən altı ayda böyük bir iş həcmini yerinə yetirdiyini və müxtəlif istiqamətlərdə müsbət nəticələr əldə etdiyini vurğulayıb. Nazir xidməti fəaliyyətdə innovasiyaların tətbiqi üzrə həyata keçirilən tədbirlərlə “Karantin dövründə buraxılışların qeydiyyatı”, “Mobil Axtarış Portalı”, “Yoxlamaların vahid məlumat reyestri”, “Ezamiyyətlərin qeydiyyatı”, Polis Akademiyasında “Elektron imtahan” informasiya sistemlərinin yaradılaraq istimara verildiyini, eləcə də bir sıra infrastruktur yeniliklərinin həyata keçirildiyini nəzərə çatdırıb.

    Daha ətraflı »

  • 27Июл
    Cəmiyyət Комментарии к записи 4 əsr sonra Gəncədən açılan qapı — VİDEO отключены

    Gəncə Uğurlu Xan və Şah Abbas Karvansaralarına səyahətimiz başlayır. Tarixi mənbələrə görə binanın inşasına Səfəvi hökmdarı I Şah Abbasın göstərişi ilə 1606-cı ildə başlanıb.

    “Şah Abbas” karvansarayı 1663-1664-cü illərdə Gəncə bəylərbəyi olmuş Murtuza Qulu xan Ziyad oğlunun qardaşı oğlu Uğurlu xanın vəsaiti ilə inşa olunub.

    Daha ətraflı »

  • 27Июл
    Cəmiyyət Комментарии к записи Azərbaycan Dövlət Aqrar Universiteti: Son 7 ilə qısa baxış отключены

    Azərbaycan Dövlət Aqrar Universitetinin bir əsrlik tarixi var və əsri formalaşdıran illərin hər biri də özünə məxsus inkişafı ilə zaman-zaman diqqəti cəlb edib. Son 7 ildə isə bu təhsil müəssisəsi daha dinamik inkişaf ömrü yaşayıb, hətta Avropa unuversitetləri ilə müqyisə ediləcək səviyyəyə çatıb.

    Daha ətraflı »