Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 27Июл
    Cəmiyyət Комментарии к записи YAP Gəncə şəhər təşkilatı “Mobilografiya” adlı onlayn təlimə start verib отключены

    Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə mobiloqrafiya mövzusunda onlayn təlim keçirilib. Müasir texnologiyaların gündəlik həyatımızdakı rolu, xüsusəndə mobil telefonlardan səmərəli istifadə etməklə müxtəlif yaradıcı foto və videomaterialların hazırlanmasına həsr olunan onlayn təlimə, təlimatçı qismində qatılan,bu işə illərini verən, peşəkar fotoqraf, dünyanın nüfuzlu informasiya agentliklərində fəaliyyət göstərən Ceyhun Abdulla öz təcrübəsini iştirakçılarla bölüşüb.

    Daha ətraflı »

  • 27Июл
    Cəmiyyət Комментарии к записи Bayram münasibəti ilə Azərbaycanda 4 gün qeyri-iş günüdür отключены

    Bu həftə müsəlman dünyası Qurban bayramını qeyd edəcək. Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

    1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust — bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.

    Daha ətraflı »

  • 24Июл
    Cəmiyyət Комментарии к записи İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib отключены

    İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib.Dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açdı.

    Prezident İlham Əliyevin giriş nitqi

    — Bu gün biz su təsərrüfatında mövcud olan problemləri müzakirə edəcəyik, görüləcək işlər haqqında danışacağıq. İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır. Biz ölkəmizdə bütün infrastruktur layihələrini ardıcıl şəkildə icra edirik. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib. Əgər biz bu layihələri icra etməsəydik, bu gün ölkəmizin dayanıqlı inkişafı mümkün ola bilməzdi.

    Daha ətraflı »

  • 24Июл
    Cəmiyyət Комментарии к записи Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı onlayn vətəndaş qəbulu keçirib отключены

    Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev Rayon İcra Hakimiyyətinin inzibati binasında onlayn vətəndaş qəbulu keçirib. Qəbulda Kəpəz Rayon İcra Hakimiyyəti başçısının müavini, Kəpəz Rayon Bələdiyyəsinin sədri və sahə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak ediblər.
    Müraciətlər arasında kənd təsərrüfatı ilə bağlı arayışın alınmasına köməklik, torpaq məsələləri, işlə təmin olunma və digər sosial problemlər olub.

    Daha ətraflı »

  • 24Июл
    Cəmiyyət Комментарии к записи X.Fətiyev: Azərbaycan Ali Baş Komandanın rəhbərliyi altında ermənilərin istənilən həmləsinə cavab verməyə qadirdir отключены

    “İyulun 18-də ölkəmizin Avstraliyadakı səfirliyinə qarşı törədilən vandalizm aktı onun göstəricisidir ki, ermənilər həm cəbhədə, həm də informasiya savaşında Azərbaycana məğlub olduqlarından həmişə olduğu kimi öz çirkin əməllərini gizlincə, əl altından həyata keçirməyə çalışırlar. Azərbaycanın xaricdəki diplomatik missiyalarına qarşı son zamanlar ermənilərin hazırladığı iyrənc təxribatlar bunu söyləmə tam əsas verir”. Bu açıqlamanı Gəncə avtomobil zavodu İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyev verib.

    Daha ətraflı »

  • 24Июл
    Cəmiyyət Комментарии к записи Praqanın mərkəzi körpüsündən ‘Qarabağ Azərbaycandır!’ posteri asılıb отключены

    Çexiyanın paytaxtı Praqa şəhərinin mərkəzi körpülərindən birində «Qarabağ Azərbaycandır!» şüarı yazılmış iri poster asılıb.
    Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya Çexiyada yaşayan azərbaycanlı gənclərin təşəbbüsü ilə gerçəkləşdirilib.
    Çex dilində yazılmış posteri Çexiyanın Prezident Sarayına, ölkənin Baş nazirinin iqamətgahına və Nazirlər Kabinetinin inzibati binasına aparan yolun üzərindəki körpüdə yerləşdirilib.

    Daha ətraflı »

  • 24Июл
    Cəmiyyət Комментарии к записи DYP: 930 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib отключены

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. 

    Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 23.07.2020-ci il saat 00:00-dan 24.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 857 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 73 nəfər olmaqla ümumilikdə 930 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

    Daha ətraflı »

  • 24Июл
    Cəmiyyət Комментарии к записи DİN-də videokonfrans formatında Kollegiya iclası keçirilib отключены

    Daxili İşlər Nazirliyində (DİN) 2020-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib. Ölkədəki epidemik vəziyyətlə əlaqədar kollegiya videokonfrans formatında baş tutub.

    DİN-in Mətbuat Xidmətindən «Report»a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının və Daxili Qoşunların ötən altı ayda böyük bir iş həcmini yerinə yetirdiyini və müxtəlif istiqamətlərdə müsbət nəticələr əldə etdiyini vurğulayıb.

    Daha ətraflı »

  • 23Июл
    Cəmiyyət Комментарии к записи Azərbaycan dövləti vətəndaşının yanındadır отключены

    Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan hərbiçilərin ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir. Dövlətimiz Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır.

    Daha ətraflı »

  • 23Июл
    Cəmiyyət Комментарии к записи Prezident İlham Əliyev KİV nümayəndələrini təltif edib отключены

    Azərbaycan Respublikasının kütləvi informasiya vasitəri nümayəndərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Səncamı.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

    2-ci dəli “Və xidmə görə” ordeni ilə

    Ağayev Mir Şahin Mirdilavər oğlu

    Daha ətraflı »