Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,821
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 07Май
    Cəmiyyət Комментарии к записи Savaş yolu Aprel döyüşlərindən başlayan qazimiz отключены

    Xalqımızın 30 illik yurd həsrətinə son qoyulmasında, uzun illərdən sonra işğal altında olan torpaqlarımızın azad olunmasında xidməti olan,  möhtəşəm Qələbəyə qanı-canı bahasına imza atan igid döyüşçülərimizdən biri də Cavid Hüsaməddin oğlu Məlikovdur.

    Cavid Məlikov 1995-ci il noyabr ayının 1-də qədim və ulu Gəncədə anadan olub. 2002-ci ildə Gəncə şəhər İsrafil Məmmədov adına 27 saylı tam orta məktəbin birinci sinfinə gedib. 2012-ci ildə onuncu sinfi başa vurub və Gəncə Humanitar kollecinə qəbul olub. 2015-ci ildə kollecin maliyyə fakültəsini bitirib və elə həmin ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Naxçıvan MR-nın Sədərək rayonu ərazisində yerləşən xüsusi təyinatlı qüvvələrdə xidmətə başlayan Cavid Aprel döyüşlərinin fəal iştirakçısı olub. 2017-ci il yanvar ayının 1-də hərbi xidmətini uğurla başa vuraraq doğma Gəncəyə dönüb.

    Daha ətraflı »

  • 06Май
    Cəmiyyət Комментарии к записи «100 İLİN İŞIĞINDA» KİTABI ÇAPDAN ÇIXDI отключены

    Hər kitabın işıq üzü görməsi onun müəllifinə sonsuz sevinc bəxş edir. Lakin yeni nəşr olunmuş «100 ilin işığında» kitabını ərsəyə gətirmək təkcə sevinc deyil, həm də boynumun borcu idi.

    2 iqtisadi formasiya yaşamış, 3 dəfə əlifba dəyişikliyinə məruz qalmış, 7 dəfə adı dəyişdirilmiş «Gəncənin səsi» mənim ilk və yəqin ki, son iş yerim olacaq. Təyinatla gəldiyim bu redaksiyada özümü tapdım, peşəkar jurnalist kimi tanındım, 6 kitabın müəllifi oldum. Ona da şahidəm ki, məndən əvvəlki (Allah rəhmət eləsin) redaktorlar müxtəlif illərin qəzetlərini toplu halda saxlamaq qayğısına qalıblar. Demək olar ki, redaksiyada tam olmasa da, bir arxiv yaranıb. Əlbəttə, 10 il bu qəzetin baş redaktoru kimi işlədiyim üçün mənim də üzərimə vəzifə düşdüyünü düşündüm.

    Daha ətraflı »

  • 05Май
    Cəmiyyət Комментарии к записи Ermənistanın hərbi cinayətləri Meksika mətbuatında отключены

    Ecda4c68 7e19 353a Beef 26c739ef36c9 850Bu barədə Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən verilən məlumata görə, Meksikanın nüfuzlu mətbu orqanlarından olan “El Universal” qəzetində Azərbaycan Respublikasının bu ölkədəki səfiri Məmməd Talıbovun “Sülhə gedən yol dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmətdən keçir” başlıqlı məqaləsi dərc edilib.

    Ermənistan səfirinin Azərbaycanın guya erməni hərbi əsirlərini qaytarmaqdan imtina etdiyi haqda yazısına cavab olaraq hazırlanmış məqalədə ilk olaraq, qondarma qurumun Ermənistanın 30 ilə yaxın müddətdə işğalda saxladığı beynəlxalq qaydada tanınmış Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni rejim olduğu, o cümlədən təmsil etdiyi ölkə tərəfindən tanınmamış qondarma rejim haqda danışaraq Meksika auditoriyasını yanıltmağa çalışdığı bildirilir.

    Daha ətraflı »

  • 05Май
    Cəmiyyət Комментарии к записи Gəncədə DİTİB-in təşkilatçılığı ilə ərzaq yardımı paylanılıb отключены

    181499988 373970950599975 1738316099926760482 NGəncədə Diyanət İşləri Türk İslam Birliyinin təşkilatçılığı ilə Almaniyada yaşayan türk vətəndaşları tərəfindən aztəminatlı ailələrə ərzaq və digər zəruri tələbat malları paylanılıb. Yardım aksiyası Gəncə Şəhər İcra Hakimiyyətinin və Türkiyənin Gəncədəki Baş Konsulluğunun dəstəyi ilə gerçəkləşib.

    Konsulluqda reallaşan tədbirdə Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Türkiyə Səfirliyinin Din Xidmətləri Müşafirliyinin Bakı ofisinin rəhbəri Zeki Yavuzyılmaz, Gəncə Şəhər İcra Hakimiyyətinin, “CAVAD XAN” Tarix və Mədəniyyət Fondunun, Qeyri-Hökumət Təşkilatlarının, habelə dini qurumların nümayəndələri iştirak ediblər.

    Daha ətraflı »

  • 05Май
    Cəmiyyət Комментарии к записи Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsində Azad Rəhimovun vəfatı ilə bağlı anım tədbiri keçirilib отключены

    182135997 3744339475614911 2724169347748343165 NGənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar olaraq Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsində anım mərasimi keçirilib. Tədbirdə Baş İdarənin rəisi Həmid Nəsirov çıxış edərək cənab nazirin həyatı və fəalliyəti haqqında geniş məlumat verib, onun ailəsinə və yaxınlarına Baş İdarənin kollektivi, şəhərin gəncləri və idman ictimaiyyəti adından başsağlığı diləyib.

    Baş İdarə əməkdaşları Azad Rəhimovun dövlət gənclər və idman sahələri istiqamətində fəaliyyəti və həyat yolu barədə xoş sözlər söyləyiblər.

    Daha ətraflı »

  • 28Апр
    Cəmiyyət Комментарии к записи Gəncədə abadlıq işləri mütamadi olaraq davam edir отключены

    1619454003422Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin əməkdaşları tərəfindən abadlıq işləri çərçivəsində avtobus dayanacaqlarında və ətraf səkilərdə təmizlik işləri davam etdirilir.

    Bu gün təmizlik işləri Heydər Əliyev prospektində və Mirzə Abbas Abbaszadə küçəsində aparılıb. Dayanacaqlar, ətraf səkilər, çəpərlər, köşklər, işıq dirəkləri və reklam lövhələri yuyularaq təmizlənib. Bu işlərə MKTİB-nin əməkdaşları və texnikası cəlb olunub.
    Bir neçə gündür ki, şəhərin bəzi ərazilərinin mövcud olan narahat yollarında asfaltsalınma işləri gedir. Artıq asfaltsalınma işləri şəhərin mərkəzi prospekt və küçələri ilə yanaşı ara küçələrində də davam edir.

    Daha ətraflı »

  • 28Апр
    Cəmiyyət Комментарии к записи Gəncədə VI Respublika fənn müsabiqəsinin birinci mərhələsi keçirilib отключены

    179204322 977136933093059 921983928105387229 NAprelin 27-də fizika, kimya və biologiya fənnləri üzrə VII sinif şagirdləri arasında təşkil olunmuş VI Respublika fənn müsabiqəsinin birinci mərhələsi keçirilib. Aprelin 26-27-si tarixlərində keçirilən müsabiqənin I mərhələsində Gəncə şəhər ümumi təhsil müəssisələrindən ümumilikdə 890 nəfər şagird iştirak edib. Şagirdlər məntiqi təfəkkürü yoxlamaq məqsədilə tərtib olunan sualları cavablandırıblar.

    Fənn müsabiqələrinin yekun nəticələrinə (Respublika mərhələsinin nəticələrinə)  əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin dinləyiciləri müəyyən ediləcək. Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflər üzrə kontingentin formalaşdırılması da nəzərdə tutulur.

    Daha ətraflı »

  • 28Апр
    Cəmiyyət Комментарии к записи Mədəniyyət Nazirliyi “İslam irsimizi tanıyaq” layihəsini təqdim edib отключены

    MaxresdefaultMədəniyyət Nazirliyi müqəddəs Ramazan ayında “İslam irsimizi tanıyaq” layihəsinə start verir. Layihə çərçivəsində İslam mədəniyyəti abidələri (İslam memarlığının nümunələri olan məscidlər, türbələr, xanəgahlar, karvansaralar və s.) barədə qısa videoçarxların hazırlanması, nazirliyin rəsmi saytı, sosial media hesabları və kütləvi informasiya vasitələrində yayımlanması nəzərdə tutulur.

    Nazirlikdən bildirilib ki, layihə çərçivəsində hazırlanan ilk videoçarx Gəncə şəhərindəki İmamzadə ziyarətgah kompleksinə həsr olunub.

    Daha ətraflı »

  • 28Апр
    Cəmiyyət Комментарии к записи Azad edilən ərazilərdə 2 dövlət təbiət qoruğu və 4 yasaqlıq var отключены

    E2026837 4243 34a0 Bae8 Da4889dcde75 850İşğaldan azad edilən ərazilərdə olan dövlət təbiət qoruğu və dövlət təbiət yasaqlığının sayı açıqlanıb.

    Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi media tur zamanı jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda mühafizə olunan ümumilikdə 10 milli park, 10 təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var.

    Nazir müavini deyib ki, işğaldan azad edilən ərazilərdə iki dövlət təbiət qoruğu — Qaragöl və Bəsitçay dövlət təbiət qoruğu var:

    Daha ətraflı »

  • 28Апр
    Cəmiyyət Комментарии к записи Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 98 il ötür отключены

    Zərifə ƏliyevaBu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü qeyd olunur. Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

    Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var.

    Daha ətraflı »

Səhifə 4 - 88«...23456...102030...»