Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 17Июл
    Cəmiyyət Комментарии к записи İlham Əliyev «Böyükşor» yarımstansiyasının açılışında iştirak edib отключены

    İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yeni tikilən “Böyükşor” yarımstansiyasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım yarımstansiya ilə tanış oldular.

    “Azərenerji” ASC-nin sədri Baba Rzayev yarımstansiyanın texniki göstəriciləri barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi.

    Daha ətraflı »

  • 17Июл
    Cəmiyyət Комментарии к записи Nizami Gəncəvi yaradıcılığı ilə bütünləşən alim ömrü — Xəlil Yusifli! отключены

    Xəlil Yusifli! Bu ad ölkəmizdə tələbə adını qazanaraq ali məktəblərin filologiya fakültəsinə daxil olan hər bir Azərbaycan gəncinin elmi əsərlərindən istifadə edib yaddaşında silinməz izlər buraxdığı kimi, (Bu mənada Gəncə Dövlət Universitetinin tələbləri daha şanslıdırlar, çünki Xəlil müəllimdən canlı Ustad dərsi alırlar) Azərbaycan humanitar elminin, xüsusən Azərbaycan ədəbiyyatının qədim və orta əsrlər dövrünün təqiqi ilə məşğul olan bir çox alimin də istinad etdiyi, bəhrələndiyi mütəfəkkir alimlərdən biridir.Xəlil Yusifli Azərbaycan ədəbi-mədəni mühitinə bütün ruhu,varlığı ilə bağlanan və ona şərəflə xidmət edən bir insandır.

    Daha ətraflı »

  • 17Июл
    Cəmiyyət Комментарии к записи Vaqif Dərgahlı: Erməni hərbçiləri pis döyüşdükləri qədər pis də saxtalıqlar yaradırlar отключены

    «Bu günlər ərzində Ermənistan müdafiə nazirliyi onlarla saxta və dezinformasiya xarakterli məlumatlar hazırladı».
    Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərin ikinci günündəcə Ermənistan müdafiə nazirliyinin hazırkı mətbuat katibini praktiki olaraq arxa planda qoyan sabiq mətbuat katibinin reinkarnasiyası, təxmin etdiyimiz kimi, çoxsaylı saxta məlumatlar və dezinformasiyalar yaratmaq məqsədini güdürdü ki, bu baxımdan İrəvanda sabiq mətbuat katibinə bərabər tutulacaq ikinci bir adam yoxdur, — deyə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

    Daha ətraflı »

  • 17Июл
    Cəmiyyət, Hadisə Комментарии к записи Düşmənin avtomobil texnikası sərrast atəşlə məhv edilib — VİDEO отключены

    16 iyul Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı ehtiyat qüvvələrini düşmənin döyüş mövqelərinə çatdıran avtomobil texnikası bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

    Daha ətraflı »

  • 17Июл
    Cəmiyyət Комментарии к записи Müdafiə Nazirliyi: Düşmənin yalan xəbərlərini tirajlamamağa çağırırıq’ отключены

    Kütləvi informasiya vasitələrimizdə Ermənistanın İstintaq Komitəsinə istinadən son döyüşlərdə erməni tərəfinin guya 4 nəfər hərbi qulluqçusunu ölü və 36 nəfərini isə yaralı olaraq itirməsi barədə məlumat yayılıb. Bildiririk ki, bu xəbər tamamilə yalandır və reallığı əks etdirmir.
    Müdafiə Nazirliyindən bildirilir ki, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib. Həmişə olduğu kimi Ermənistan öz hərbi itkilərini ictimaiyyətindən gizlətməyə səylə çalışır. Ancaq bir müddət sonra həqiqət üzə çıxacaq və onlar itkiləri etiraf etmək məcburiyyətində qalacaqlar.

    Daha ətraflı »

  • 17Июл
    Cəmiyyət Комментарии к записи DİQQƏT: Gəncə sakinlərinin nəzərinə! отключены

    İyul ayının 18-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
    Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

    Daha ətraflı »

  • 16Июл
    Cəmiyyət Комментарии к записи Ermənilər azərbaycanlı smartfon istifadəçilərinin məlumatlarını ələ keçirməyə çalışır – Bu qaydalara əməl edin! отключены

    Ordumuzun Azərbaycan-Ermənistan sərhədi istiqamətində Ermənistan silahlı bölmələrinə sarsıdıcı zərbələr vurmasından sonra ermənilər intiqam almaq üçün güzsüzlüklərindən müxtəlif hiylələrə və təxribatlara əl atırlar.
    AZƏRTAC xəbər verir ki, düşmən daha bir məkrli niyyətini smartfonlar və mobil platformalar vasitəsilə həyata keçirməyə çalışır. Ona görə də smartfon istifadəçisi olan və müxtəlif mobil applikasiyalardan fəal istifadə edən vətəndaşlarımız bu məsələdə son dərəcə diqqətli olmalı, aşağıda qeyd olunan tövsiyələri ciddi şəkildə nəzərə almalıdırlar:

    Daha ətraflı »

  • 16Июл
    Cəmiyyət Комментарии к записи Qida təhlükəsizliyi sahəsində risklərin təhlili qaydaları hazırlanıb отключены

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi sahəsində elmi sübutlara əsaslanan risklərin təhlili sistemi formalaşdırılmaqla «Qida təhlükəsizliyi sahəsində risklərin təhlili Qaydaları» hazırlayıb.
    AQTA-dan verilən məlumata görə, qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti obyektləri ilə bağlı mövcud vəziyyət araşdırılıb, bu sahədə problemlərin müəyyənləşdirilməsi ilə bağlı işlər görülüb.
    Həmin nəzarət obyektlərində müəyyən edilmiş problemlərin obyektiv qiymətləndirilməsi üçün qida təhlükəsizliyi problemləri, heyvan sağlamlığına aid xəstəliklər və bitki sağlamlığına aid zərərvericilər üzrə 15 risk profili hazırlanıb.

    Daha ətraflı »

  • 16Июл
    Cəmiyyət Комментарии к записи Naqif Həmzəyev: Gəncəlilər dövlətə, Azərbaycan Ordusuna dəstək nümayiş etdirirlər отключены

    Gəncə və gəncəlilər hər zaman ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevi dəstəkləyib və ətrafında sıx birləşiblər. Bu gün Gəncə sakinləri dövlətə, Azərbaycan Ordusuna dəstək nümayiş etdirirlər. Bunu Xəzər TV-nin proqramına onlayn qoşulan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

    İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozmasının hər Azərbaycan vətəndaşı kimi gəncəliləri də narahat etdiyini qeyd edən millət vəkili gəncəlilərin də  könüllü olaraq lazım gələrsə döyüşə getməyə hazır olduqlarını söyləyib.

    Daha ətraflı »

  • 16Июл
    Cəmiyyət Комментарии к записи Gəncə şəhər Nizami rayon bələdiyyəsi onlayn iclas keçirib отключены

    Əvvəlcə Nizami rayon bələdiyyəsinin sədri Qoşqar Məmmədov 11 nəfər bələdiyyə üzvü ilə birlikdə 2020-ci il iyulun 12-dən başlayaraq işğalçı Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində şəhid olan zabit və əsgərlərimizin xatirəsini bir dəqiqəlik yad edərək onların ailələrinə baş sağlığı diləyiblər. Hər zaman Ali Baş Komandan cənab Prezident İlham Əliyevin, birinci Vitse Prezident Mehriban xanım Əliyevanın və Azərbaycan Ordusunun yanında olduqlarını və onları dəstəklədiklərini bildiriblər.

    Daha ətraflı »