Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 29Июн
    Cəmiyyət Комментарии к записи Nazirlər Kabinetində koronavirusla mübarizənin vəziyyəti müzakirə olunub отключены

    İyunun 27-də Azərbaycan Respublikası Baş Naziri Əli Əsədovun sədrliyi ilə keçirilmiş videomüşavirədə ölkəmizdə pandemiya ilə mübarizəyə dair son vəziyyət müzakirə olunub. Müzakirədə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Birinci vitse-prezidentin köməkçisi Andrey Sipilin, Səhiyyə naziri Oqtay Şirəliyev, Səhiyyə nazirinin müavini Viktor Qasımov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Sumqayıt ŞİH-nin başçısı Zakir Fərəcov, Gəncə ŞİH-nin başçısı Niyazi Bayramov, Masallı RİH-nin başçısı Şahin Məmmədov, Cəlilabad RİH-ninbaşçısı Namiq Zeynalov, həmin şəhər və rayonların baş həkimləri, habelə Bakı şəhərinin koronavirus xəstələrinin müalicəsinə cəlb olunmuş dörd böyük xəstəxanasının rəhbərləri iştirak ediblər.

    Daha ətraflı »

  • 29Июн
    Cəmiyyət Комментарии к записи ÜST: Koronavirusla əlaqəli qarşıda hələ uzun yol var отключены

    “Koronavirusun yayılmasının qarşısı alınana qədər xəstəlik həyatımızda olmağa davam edəcək. Ona görə də virusla yaşamağa öyrəşmək lazımdır”.
    Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
    ÜST rəsmisi qeyd edib ki, qarşıda hələ uzun yol var: “Xoşumuza gəlməyən və alışqın olmadığımız, hətta bizə çətin olan işləri etmək məcburiyyətində qalacağımız aylar var. Çünki bunun başqa və hər hansı qısa yolu yoxdur. Hamı fiziki məsafəni qorumalı, əlləri yumalı, qoruyucu tibb maskadan istifadə etməlidir.

    Daha ətraflı »

  • 29Июн
    Cəmiyyət Комментарии к записи İcazə sisteminə dəyişikliklər edilib отключены

    Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq edilən xüsusi karantin rejiminin icazə sistemində dəyişikliklər edilib.

    Nazirlər Kabinetinin qərarına əsasə, fəaliyyətinə icazə verilən bir sıra sahələrdə işçilərin sayı azaldılmalıdır. Belə ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.

    Daha ətraflı »

  • 29Июн
    Cəmiyyət Комментарии к записи Bakı və bölgələr üzrə koronavirusa yoluxma göstəricisi açıqlanıb — STATİSTİKA отключены

    Azərbaycanda COVID-19-a yoluxma hallarının bölgələr üzrə statistikası açıqlanıb.
    Yoluxmanın 53,4%-i Bakının payına düşür.
    Sonrakı yerlərdə 15,8%-lə Abşeron, 9,4%-lə Gəncə-Qazax, 7,8%-lə Aran, 6,1%-lə Lənkəran, 1,7%-lə Quba-Xaçmaz, 1,4%-lə Şəki-Zaqatala, 1,2%-lə Yuxarı Qarabağ, 1,4%-lə Dağlıq Şirvan, 0,03%-lə isə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.

    Daha ətraflı »

  • 27Июн
    Cəmiyyət Комментарии к записи Güclü lider, güclü ordu və güclü hərbi sənaye böyük qələbənin təminatıdır отключены

    Tarix sübuta yetirib ki, peşəkar ordusu olan xalqın müstəqilliyi də əbədi olur. Döyüşün, yağı düşmənə qarşı mübarizənin az qala milli yaşam tərzinə çevrildiyi qədim dövrlərdən Azərbaycan mübariz, qorxmaz, vətən uğrunda canından belə keçməyə hazır olan insanların tarixi vətəni kimi tanınıb.
    Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir. Məhz bu səbəbdən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fəaliyyətində ordu quruculuğu birinci yerdə dayanır. Ermənistanın təcavüzü ilə üzləşmiş Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərtərəfli təchiz olunmuş ordunun formalaşdırılması istiqamətində atılan addımlar ildən ilə daha da intensivləşir. Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğularla tam təchiz edilib.

    Daha ətraflı »

  • 27Июн
    Cəmiyyət Комментарии к записи Mehriban Əliyeva Azərbaycanın hərbi qulluqçularını və veteranları təbrik edib отключены

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Silahlı Qüvvələr günü münasibətilə özünün “Instagram” səhifəsində paylaşım edib.
    “Report” xəbər verir ki, paylaşımda deyilir:
    “Ölkəmizin bütün hərbi qulluqçularını və veteranlarını təbrik edirəm! Hər kəsə möhkəm cansağlığı, Vətənimizə – sülh və əmin-amanlıq arzulayıram!”.

    Daha ətraflı »

  • 27Июн
    Cəmiyyət Комментарии к записи Prezident: Azərbaycanda ilk “Yaşıl şəhər” layihəsi Gəncədə həyata keçiriləcək отключены

    Ölkəmizdə birinci “Yaşıl şəhər” layihəsi mənim göstərişimlə Gəncə şəhərində həyata keçiriləcək. Bu məqsədlə biz Avropa Yenidənqurma və İnkişaf Bankından təqribən 70 milyon avro dəyərində kredit götürürük. Bu barədə Prezident İlham Əliyev Gəncə şəhərində modul tipli xəstəxananın açılışından sonra bir qrup tibb işçisi ilə görüşündə məlumat verib. Daha ətraflı »

  • 25Июн
    Cəmiyyət Комментарии к записи İlham Əliyev Gəncə şəhərinə səfərə gəlib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərinə səfərə gəliblər. Dövlətimizin başçısı və birinci xanım ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.
    Qeyd edək ki, bu, Prezident İlham Əliyevin Gəncəyə 16-cı səfəridir. Belə səfərlər zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı dövlətimizin başçısının verdiyi göstərişlər, imzaladığı sərəncamlar şəhərin hərtərəfli inkişafına zəmin yaradır.

    Daha ətraflı »

  • 25Июн
    Cəmiyyət Комментарии к записи Prezident İlham Əliyev Gəncə İdman Sarayının tikintisi ilə tanış olub отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Gəncə İdman Sarayının tikintisi ilə tanış olub.
    Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Gəncə şəhərində daha bir möhtəşəm idman kompleksi tikilməkdədir. Gəncə İdman Sarayının 2022-ci ildə istismara verilməsi nəzərdə tutulur. İkimərtəbəli bu qurğuda böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq şahmat turnirlərinin keçirilməsi üçün zal, şahmat, güləş, boks və digər idman növləri üzrə məktəblər, boulinq və atıcılıq zalları, istirahət və iaşə obyektləri fəaliyyət göstərəcək. İdman sarayı ən müasir avadanlıqla təchiz olunacaq.

    Daha ətraflı »

  • 25Июн
    Cəmiyyət Комментарии к записи Gəncədə yeni “ASAN xidmət” mərkəzi tikiləcək — SƏRƏNCAM отключены

    Gəncə şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
    1. Gəncə şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.4-cü yarımbəndində göstərilmiş 5,0 (beş) milyon manat Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılsın.

    Daha ətraflı »