-
10АвгCəmiyyət Комментарии к записи Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müraciəti отключеныBir ildən artıq müddətdir ki, dünyada, eləcə də doğma Azərbaycanımızda yeni növ koronavirus infeskiyasına (COVİD-19) qarşı ciddi mübarizə aparılmaqdadır. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim əhalinin sağlamlığını düşünürlər və onların rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində insan amili dayanır.Məlumunuz olduğu kimi, cənab Prezident İlham Əliyevin göstərişi əsasında, Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi. Eyni zamanda, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi.
-
10АвгCəmiyyət Комментарии к записи Gəncədə yeni növ koronavirus infeksiyasına qarşı növbəti dezinfeksiya işləri aparılıb отключены
Son günlər COVİD-19 virusuna yoluxma hallarının artması səbəbilə infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün Gəncədə genişmiqyaslı dezinfeksiya işləri aparılıb.
Dezinfeksiya işləri şəhərin əsas küçə və prospektlərini, park və xiyabanlarını, habelə çoxmənzilli yaşayış binalarının giriş qəfəslərini və liftlərini əhatə edib. Sözügedən ərazilər xüsusi dezinfeksiyaedici məhlulla yuyulublar.
İşlərə Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, habelə Gəncə Şəhər Mənzil Kommunal Təsərrfüatı İstehsalat Birliyinin xeyli sayda texnika və xüsusi təlim keçmiş canlı qüvvəsi cəlb olunub. Daha ətraflı » -
10АвгCəmiyyət Комментарии к записи Gəncədə Aşura günü qan veriləcək məntəqənin ünvanı məlum oldu отключеныGəncə sakinləri S. Hacıyev küç 2. ünvanına yaxınlaşaraq aksiyada iştirak edə bilər.
Əlaqə nömrələri:
252 08 45
(994) 55 643 45 41
Digər bölgələrdə qan veriləcək məntəqələrin siyahısını təqdim edirik:
Mərkəzi Qan Bankı və bölmələrinin ünvanları
Mərkəzi Qan Bankı -
09АвгCəmiyyət Комментарии к записи QMİ Məhərrəm ayının başlaması ilə bağlı vətəndaşlara müraciət edib отключены“Report” QMİ-yə istinadən müraciət mətnini təqdim edir:
«Bismillahir-rəhmanir-rəhim!
Möhtərəm mömin qardaş və bacılarımız!
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri nəzərinizə çatdırır ki, Hicri-qəməri təqvimi ilə 1442-ci il başa çatır, yeni 1443-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə avqustun 10-na, Məhərrəm ayının 10-u — Aşura günü isə avqustun 19-na təsadüf edir.
-
09АвгCəmiyyət Комментарии к записи “Nizami Yurdu Gəncə gənc fotoqrafların gözü ilə” adlı fotomüsabiqə yekunlaşıb отключеныGəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Nizami Yurdu Gəncə gənc fotoqrafların gözü ilə” adlı fotomüsabiqədə iştirak edən yeniyetmə və gənclərin təltif olunub.13- 30 iyul 2021-ci il tarixlərində yeniyetmə və gənclər arasında elan edilən fotomüsabiqənin məqsədi gənclər arasında foto sənətinə marağın artırılması, bu sahədə yeni istedadların aşkar edilməsi, ətraf aləmin gənclər tərəfindən estetik dərk edilməsinin təşviq edilməsi, İstedadlı gənclərin üzə çıxarılması və onların yaradıçılıq potensialının inkişaf etdirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili idi.Təltifetmə mərasimi Gəncə Maarif Evində baş tutub. Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək iştirakçılara uğurlar arzulamış, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün belə müsabiqələrin davamlı olacağını vurğulayaraq, qalibləri təbrik edib.
-
04АвгCəmiyyət Комментарии к записи Niyazi Bayramov növbəti dəfə vətəndaşları qəbul edib отключены
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşları pandemiya qaydalarına uyğun olaraq onlayn formatda qəbul edib. Qəbulda Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin nümayəndələri, habelə digər məsul şəxslər iştirak ediblər.
Qazi və
şəhid ailələri üzvlərinin də qatıldığı qəbulda vətəndaşlar tək-tək çıxış edərək, öz şikayət və təkliflərini dilə gətiriblər. Müraciətlər arasında işlə təminat, müalicə üçün köməkliyin göstərilməsi, fərdi yaşayış evi üçün torpaq sahəsənin ayrılması, şəhərin müxtəlif ərazilərində ticarət köşklərinin yerləşdirilməsinə icazənin verilməsi və maddi yardımın edilməsi kimi məsələlər üstünlük təşkil edib. Daha ətraflı »
-
02АвгCəmiyyət Комментарии к записи Meksikalı jurnalistin Azərbaycan səfiri ilə müsahibəsi “ABC” radiosunun efirində отключены
Meksikanın nüfuzlu KİV-indən olan “ContraReplica” və “Valija Diplomática” qəzetlərində tanınmış meksikalı jurnalist Federiko Lamontun işğaldan azad olunmuş ərazilərimizə etdiyi səfərin təəssüratları barədə “Şuşa – Azərbaycanın azadlıq simvolu” və “Qarabağ odlar diyarı Azərbaycanındır” başlıqlı məqalələri dərc olunub.
Cəbrayıl, Füzuli, Gəncə, Ağdam və Şuşa şəhərlərində səfərdə olmuş jurnalist yazılarında ilk olaraq, Şuşanın hərbi-strateji əhəmiyyətindən, habelə ölkəmiz üçün daşıdığı tarixi, mədəni və rəmzi önəmdən danışır və Şuşa şəhərinin işğaldan azad edilməsinin Azərbaycanın ərazi bütövlüyünün bərpasının simvoluna çevrildiyini qeyd edir. -
02АвгCəmiyyət Комментарии к записи Gəncədə “ZƏFƏR” motoyürüşü və rok konserti təşkil olunub отключеныYürüş Gəncə şəhəri Gənclər Evi SXM, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin birgə əməkdaşlığı və Gəncədə ilk dəfə yaradılan «MotoDrive» motosiklet satış və xidmət mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.
Ümumi yığıncaqla başlayan “Zəfər” motoyürüşündə 30-a yaxın motosiklet sürücüsü iştirak edib. Onlar şəhərin əsas küçə və prospektlərində xüsüsi qaydada aşağı sürətlə şəhər içi yürüş həyata keçiriblər. -
29ИюлCəmiyyət Комментарии к записи Gəncədə gənclərlə işləyən əməkdaşlar üçün sosial mediadan səmərəli istifadəyə dair təlim kursu keçirilib отключеныAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Gəncədə Samux, Tovuz, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy rayonları, Gəncə, Mingeçevir və Yevlax şəhərlərinin Gənclər və İdman İdarələri, Gənclər Evlərinin əməkdaşları üçün “Sosial mediadan səmərli istifadəyə dair biliklərin təkmilləşdirilməsi” mövzusunda təlim kursu keçirilib.Təlim kursunun açılışında Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov və peşəkar təlimçi Süleyman Əliyev çıxış edərək təlimin gedişatına uğurlar arzulamışdırlar.
-
25ИюлCəmiyyət Комментарии к записи Fransa Milli Assambleyasının nümayəndə heyəti Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar отключены
Fransa Milli Assambleyasının nümayəndə heyəti Ermənistanın müharibə cinayətləri ilə yaxından tanış olmaq üçün Gəncədə səfərdə olublar. Nümayəndə heyətini Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Naqif Həmzəyev və Müşfiq Cəfərov müşayiət ediblər.
Səfərin məqsədi Dostluq Qrupunun üzvlərini Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ayrı-ayrı məkanlarında Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.
Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0
Ziyarətçilər
SON NÖMRƏMİZ
FOTOQALEREYA
BÖLMƏLƏR
DİGƏR KEÇİDLƏR
Yeni məqalələr
-
10-18-2021
-
10-17-2021
-
10-17-2021
-
10-17-2021
-
10-15-2021
Yeni ismarıclar