Baş Nazir Əli Əsədov Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Qərar imzalayıb. Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetindən məlumat verilib.
Qərara görə, Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.
-
23ИюнCəmiyyət Комментарии к записи Nazirlər Kabineti xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlarda birdəfəlik ödəmənin verilməsi haqqında Qərar qəbul edib отключены
-
23ИюнCəmiyyət Комментарии к записи 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır отключены
Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.
Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. -
23ИюнCəmiyyət Комментарии к записи Həmid Nəsirov: «Ölkəmizdə dövlət qulluğu sahəsində islahatlar düşünülmüş surətdə və müəyyənləşdirilmiş proqramlara uyğun aparılır» отключены
Azərbaycan dövlətinin sürətli inkişafı, dünyanın nüfuzlu iqtisadi qurumları tərəfindən tanınan nailiyyətləri, ilk növbədə, ölkə rəhbərliyinin həyata keçirdiyi ardıcıl və davamlı islahatların nəticəsidir və bu islahatların səmərəsini hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında hiss edir, əldə olunan uğurlardan bəhrələnir.
Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. -
23ИюнCəmiyyət Комментарии к записи Gəncə üçün bu günün hava proqrnozu отключены
-
22ИюнCəmiyyət Комментарии к записи İlham Əliyev Bakının Neapol küçəsindəki yerüstü piyada keçidinin açılışında iştirak edib отключены
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Bakının Xətai rayonunun Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov piyada keçidinin texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, yüksək zövq, tam fərqli görkəm, müasir texnologiyalar əsasında inşa olunan bu keçid paytaxtda yeni piyada keçidlərinin tikintisi ilə bağlı aparılan kompleks işlərin tərkib hissəsidir. -
22ИюнCəmiyyət Комментарии к записи Gəncə sakinlərini saf və sərin su ilə təmin edən “Üçbulağın” su təminatı bərpa edilib отключены
Gəncənin Gülüstan yaşayış massivində yerləşən məşhur “Üçbulaq” bir çoxuna tanışdır. Bu bulaq uzun illər şəhər sakinlərini saf və sərin su ilə təmin edib. Bir neçə il əvvəl burada əsaslı təmir-bərpa işləri aparılıb.
Nəticədə bulaq müasir görkəmə salınıb, ərazisi genişləndirilib. Eyni vaxtda daha çox insanın su götürməsi üçün bulaqların sayı artırılaraq 3-dən 10-a çatdırılıb. Bununla belə bir neçə müddət idi ki, bulağa su fasilələrlə verilirdi. Bu isə sakinlərin haqlı narazılığına səbəb olurdu.
-
22ИюнCəmiyyət Комментарии к записи Gəncədə abadlıq təmizlik işləri davam edir отключены
Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyinin tapşırığı və MKTİB-nin rəisi İlham Quliyevin göstərişi ilə şəhərdə görülən abadlıq işləri davam edir.
İşlərin nəzarəti rəis müavinləri Elşad Əsgərova, İlqar Əsədova və baş mexanik Naqif İbişova həvalə olunub. Gəncə şəhərində bir neçə gündür ki, görülən ənənəvi abadlıq-quruculuq və təmizlik işləri bu gün də geniş miqyasda vüsət alıb. Bu işlərə MKTİB-nin xeyli sayda canlı qüvvəsi və texnikası cəlb olunub. Belə ki, bu gün də işlər bir neçə istiqamətdə aparılıb. -
22ИюнCəmiyyət Комментарии к записи Gəncədə istismar müddətini başa vuran sərnişin liftlərinin yenilənməsi başa çatıb отключены
Gəncədə uzun illərdir fəaliyyət göstərən və istismar müddətini başa vuran sərnişin liftlərinin yenilənməsi başa çatdırılıb. Əksəriyyəti sovet dönəmindən qalan və istifadəsi təhlükəli hesab edilən köhnə liftlərin dəyişdirilməsinə bu ilin yanvar ayından başlanılıb.
İlkin mərhələdə 72 liftin dəyişdirilməsi nəzərdə tutulsa da daha sonra ətraflı təftiş olunaraq 93 liftin yenilənməsinə qərar verilib. Bu məqsədlə Gəncə şəhər lift təsərrüfatı idarəsinə gətirilən qurğuların hamısı qısa müddət ərzində quraşdırılaraq istifadəyə verilib. -
22ИюнCəmiyyət Комментарии к записи Gəncədə aparılan genişmiqyaslı dezinfeksiya işləri davam etdirlir отключены
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Gəncədə tədbiq olunan 2 həftəlik sərt karantin rejimi nəzərə alınaraq, şəhərdə həyata keçirilən tibbi-profilaktiki tədbirlər daha da genişləndirilib. Şəhərin mərkəzi hissəsində, o cümlədən qəsəbə və yaşayış massivlərində aparılan dezinfeksiya işləri davam edir.
Yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən işlərə Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunublar. -
20ИюнCəmiyyət Комментарии к записи Demokratiya şuarı altında totalitarizm və ya Paşinyanın siyasi qabiliyyətsizliyi отключены
Son aylarda Ermənistanda baş verən hadisələr Nikol Paşinyanın siyasi qabiliyyətsizliyinin açıq-aşkar göstəricisidir. Onun ölkədə müxalifət liderlərinə, özündən qabaqkı dövlət başçılarına və hökumət üzvlərinə, eyni zamanda Ermənistanın onun siyasətinə qarşı olan bəzi milyonçularına göstərdiyi mənfi münasibət, tətbiq etdiyi güc, həbslər, hətta naməlum qətllər onun qısa zamanda erməni ictimaiyyətində gözdən düşməsinə səbəb oldu. Halbuki, iki il bundan qabaq öz saqqallı obrazı ilə meydanlara atılıb on minləri arxasınca aparanda, həm erməni əhalisi arasında, həmdə beynəlxalq ictimaiyyət qarşısında kifayət qədər özünə və Ermənistana demokratik imic formalaşdıra bilmişdi.
Yeni ismarıclar