Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 10Июн
    Cəmiyyət Комментарии к записи Karantinin ikinci günü çörək məhsullarının istehsalına icazə veriləcək отключены

    Çörək məhsullarının istehsalına iyunun 15-i saat 16:00-dan etibarən icazə veriləcək.
    İyunun 14-ü saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında tətbiq edilən qadağa müddətinin ikinci günü çörək məhsullarının istehsalına icazə veriləcək.

    Daha ətraflı »

  • 10Июн
    Cəmiyyət Комментарии к записи Gəncədə abadlıq işləri durmadan davam edir отключены

    Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyinin tapşırığı və MKTİB-nin rəisi İlham Quliyevin göstərişi ilə şəhərdə görülən abadlıq işləri durmadan davam edir. Qeyd edək ki, bu işlərin nəzarəti rəis müavini Elşad Əsgərova və baş mexanik Naqif İbişova əvalə olunub.
    Belə ki, Gəncənin Avropa parkında kütləvi gül əkini işlərinə başlanılıb. Parkın daha yaxşı görkəm alması üçün bura bir neçə növ dekorativ kol və gül-çiçək gətirilib. Bu dekorativ bəzək gül, kol və ağacların düzgün əkilməsi və becərilməsi üçün Bakı şəhərindən mütəxəssislər gətirilib. Burada çoxillik və mövsümü bitkilər əkilir.

    Daha ətraflı »

  • 10Июн
    Cəmiyyət Комментарии к записи Ölkə üzrə xüsusi karantin rejiminin iyulun 1-dək uzadılmasına qərar verilib отключены

    Azərbaycan Respublikası ərazisində yeni nov koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib və son günlərdə virusa yoluxma sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib.
    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda virusa ilk yoluxma faktının qeydə alındığı tarixdən bu günədək COVID-19 testi müsbət çıxmış 8191 nəfər aşkarlanıb, hazırda isə 3487 aktiv xəstə müalicəsini xüsusi karantin rejimli xəstəxanalarda davam etdirir.

    Daha ətraflı »

  • 08Июн
    Cəmiyyət Комментарии к записи Necdet Ünüvarın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı отключены

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
    Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Necdet Ünüvar «Dostluq» ordeni ilə təltif edilsin.

    Daha ətraflı »

  • 08Июн
    Cəmiyyət Комментарии к записи Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi başa çatdı отключены

    Azərbaycanın iri rayon və şəhərlərində iki günlük tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi başa çatıb. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi bu gün saat 06:00-da bitib.
    Qeyd edək ki, iyunun 4-də Nazirlər Kabineti «Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə» qərar verib.

    Daha ətraflı »

  • 08Июн
    Cəmiyyət Комментарии к записи AQTA: İctimai iaşə müəssisələrində ayda bir dəfə profilaktik dezinfeksiya və deratizasiya işləri aparılmalıdır отключены

     Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) karantin rejimindən mərhələli çıxış zamanı ictimai iaşə və ərzaq satışı müəssisələrində əməl edilməsi vacib olan qaydalar barədə maarifləndirici materiallar hazırlayıb.
    Materiallarda ictimai iaşə müəssisələrində işçilərin şəxsi gigiyena qaydalarına riayət etməsinin, mətbəxdə çalışan heyətin xüsusi iş geyimində olmasının, gündəlik ev geyiminin iş prosesində istifadəsinə yol verilməməsinin vacibliyi qeyd olunub.

    Daha ətraflı »

  • 08Июн
    Cəmiyyət Комментарии к записи Gəncə Gənclər Evində könüllü gənclərlə onlayn görüş keçirilib отключены

    Gəncə Gənclər evi pandemiya dövründə öz fəaliyyətini onlayn olaraq davam etdirməkdədir. Həftəlik və aylıq tədbirlər planı çərçivəsində tədbirlər və dərslər həyata keçirilir, eyni zamanda onlayn olaraq gənclərlə görüşlər hazırlanır.
    ZOOM programı vasitəsilə keçirilən görüşdə Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, Gəncə şəhər Gənclər və İdman baş idarəsinin sektor müdiri Rəşad Əlizadə, Gəncə Gənclər Evinin əməkdaşları və könüllüləri habelə, fəal gənclər iştirak ediblər.

    Daha ətraflı »

  • 08Июн
    Cəmiyyət Комментарии к записи DYP: Sərt karantin günlərində 2776 hərəkət iştirakçısı cərimələni отключены

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsi koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarını pozanların sayını açıqlayıb.

    Daha ətraflı »

  • 08Июн
    Cəmiyyət Комментарии к записи Millət vəkilləri Kolumbiyanın Azərbaycandakı səfiri ilə görüşüblər отключены

    Kolumbiya və Azərbaycan Dostluq qrupunun rəhbəri, Milli Məclisin deputatı Müşfiq Cəfərov, qrup üzvü Naqif Həmzəyev, Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini Babək Ağayev, şöbənin əməkdaşı Aydan Fərəcova, Kolumbiya Respublikasının Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenasla görüş keçirib. Söhbət zamanı parlamentin üzvü səfirə Dağlıq Qarabağ və Xocalı soyqırımı məsələsindəki ədalətli mövqelərinə görə təşəkkür edib.

    Daha ətraflı »

  • 08Июн
    Cəmiyyət Комментарии к записи Gəncədə “COVİD-19”a qarşı kompleks tədbirlər davam etdirilir отключены

    Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkənin 4 şəhər və 1 rayonunda iki günlük sərt karantin rejimi tədbiq olunur. Bununla əlaqədar olaraq Gəncə küçələrində də sakitlik hökm sürür. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən isə yeni növ koronavirus infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

    Daha ətraflı »