İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 110/35/10 kilovoltluq “Ağcabədi-2” elektrik yarımstansiyasının yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verdi ki, istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə Ağcabədi rayonu ərazisində 35 kilovoltluq yarımstansiyada əsaslı yenidənqurma işləri aparılaraq, gərginlik sinfi artırılıb və 110/35/10 kilovoltluq “Ağcabədi-2” yarımstansiyası inşa edilməklə, yarımstansiyanın qoyuluş gücü 17,5 MVA-dan 40 MVA-ya çatdırılıb.
-
05ИюнCəmiyyət Комментарии к записи Prezident İlham Əliyev yenidən qurulan “Ağcabədi-2” elektrik yarımstansiyasının istifadəyə verilməsi mərasimində iştirak edib YENİLƏNİB отключены
-
05ИюнCəmiyyət Комментарии к записи Gəncədə abadlıq-quruculuq işləri davam etdirilir отключены
Gəncədə abadlıq, təmir-bərpa və tikinti işləri sürətlə davam etdirilir. Şəhərin bir sıra ərazilərində yollar asfaltlanır, işıqlandırma sistemi qurulur, yaşıllıq zolaqları bərpa edilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin bir sıra ərazilərini gəzərək, aparılan abadlıq, təmir-bərpa və tikinti işləri ilə yerində tanış olur. Bu dəfə şəhər rəhbəri Gəncənin Əziz Əliyev küçəsində olub, aparılan yenidən qurma işlərindən sonra buradakı vəziyyətlə maraqlanıb.
-
05ИюнCəmiyyət Комментарии к записи Unutmayaq ki, biz gözəgörünməz düşmənlə mübarizə aparırıq! отключены
Bildiyimiz kimi, yeni növ koronavirus (COVİD-19) pandemiyasına qarşı bütün ölkələrdə olduğu kimi Azərbaycanda da geniş mübarizə aparılır. Görülən bütün tədbirlərin məqsədi isə vətəndaşların
sağlamlığının və həyatının qorunmasıdır. Bəli, məhz vətəndaşların sağlamlığı və həyatının qorunması dövlətimizin, ələxüssus da cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin ən ali məqsədlərindən biridir. Əbəs yerə deyil ki, bütün çıxışlarında dövlət başçımız müraciət edərək hər birimizi diqqətli olmağa, sağlamlığımızın qayğısına qalmağa dair çağırışlar edir. -
05ИюнCəmiyyət Комментарии к записи Baş Nazir Əli Əsədov əhaliyə müraciət edib отключены
Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iyunun 4-də ölkəmizdə koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət edib.
Müraciətdə deyilir:
“Hörmətli həmvətənlər!
Məlum olduğu kimi, 2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və fevral ayından Azərbaycana da idxal olunan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlət və hökumət tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər görülüb və görülməkdədir. -
05ИюнCəmiyyət Комментарии к записи Koronavirusa qarşı tədbirlərin nəticə verməsi vətəndaşların sosial məsuliyyətindən bilavasitə asılıdır отключены
Azərbaycanın bu günədək əldə etdiyi bütün uğurların əsasında milli həmrəylik və xalq-iqtidar birliyi dayanır. Bu birlik və həmrəylik müxtəlif dövrlərdə ən mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyə, bütün sınaqlardan üzüağ, şərəflə çıxmağa imkan verib. Hazırda bütün dünya yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə aparır. COVİD-19la “müharibə”nin Azərbaycan cəbhəsində də gərgin “döyüş” gedir.
-
05ИюнCəmiyyət Комментарии к записи Bu yerlərdə maska taxmayanlar cərimələnəcək — SİYAHI отключены
Azərbaycanda karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimə tətbiq edilməsi barədə qanunvericiliyə edilən dəyişiklik bu gündən qüvvəyə minib.
Bundan sonra aşağıda qeyd edilən yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə məcburidir:
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələri (avtobus, taksi, metro, dəmiryolu və s.) -
05ИюнCəmiyyət Комментарии к записи Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Abşeronda sərt karantin rejimi tətbiq olunacaq — RƏSMİ отключены
«Qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir».
Bu fikirlər Baş Nazir Əli Əsədovun müraciətində yer alıb.
«Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacaq. -
04ИюнCəmiyyət Комментарии к записи “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı отключены
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” (bundan sonra – Strategiya) təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın həyata keçirilməsində əlaqələndirici orqan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən edilsin. -
04ИюнCəmiyyət Комментарии к записи Niyazi Bayramov Gəncədə aparılan abadlıq işlərinin gedişatı ilə yerində tanış olub отключены
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov abadlıq işlərinin aparıldığı Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektləri, habelə Məmməd Xələfov küçəsində olub. Burada işlərin gedişatı ilə maraqlanıb.
Adıçəkilən ərazilərdə çoxmənzilli binaların həyətləri abadlaşdırılır, yol kənarındakı yaşıllıq zolaqları yenilənir, qazon səpilir. Ağaclara aqrotexniki qulluq göstərilir, yola tərəf əyilərək yol nişanlarının qarşısını kəsən budaqlar budanır. Bununla yanaşı səkilərdə səligə-səhman yaradılır, yeni bardür daşları düzülür, ehtiyac olan hissələrin asfalt örtüyü bərpa edilir. Məmməd Xələfov küçəsinə də yeni asfalt örtüyü çəkilir. -
04ИюнCəmiyyət Комментарии к записи Şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq отключены
«Həftəsonları üçün sərtləşdirici tədbirlərin olması üçün alqoritm hazırlanırdı. Müraciətimiz dəyərləndirilib».
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, narıncı zonada (Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda) şənbə və bazar günləri tam küçəyə çıxma qadağası təklif edilib:
Yeni ismarıclar