Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 04Июн
    Cəmiyyət Комментарии к записи Ramin Bayramlı: Həftəsonu məhdudiyyətləri mətbuat sahəsinə də şamil ediləcək отключены

    «Həftəsonu məhdudiyyətləri bütün sahələrdə olduğu kimi, mətbuat sahəsinə də şamil ediləcək».
    Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
    O bildirib ki, televiziya işçilərinin sayında da məhdudlaşma ola bilər.
    Daha ətraflı »

  • 04Июн
    Cəmiyyət Комментарии к записи Maska taxmayanların 50 manat cərimələnməsi qərarı qüvvəyə mindi отключены

    Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.
    Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

    Daha ətraflı »

  • 04Июн
    Cəmiyyət Комментарии к записи Gəncənin içməli su ilə təchizatı yaxşılaşdırılır отключены

    Gəncə şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihə uğurla davam etdirilir. Bu barədə “Azərsu” ASC-dən bildirilib. Məlumata görə, şəhərdə yeni içməli su və kanalizasiya infrastrukturlarının yaradılması Azərbaycan Hökumətinin Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi layihə çərçivəsində həyata keçirilir.
    Gəncə şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarının ehtiyatlarından istifadə olunması qərara alınıb.

    Daha ətraflı »

  • 02Июн
    Cəmiyyət Комментарии к записи Gəncədə dezinfeksiya işləri davam edir отключены

    Yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Gəncədə küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda dezinfeksiya işləri davam etdirilir. İşləri Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən həyata keçirilir.
    Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xüsusi təlimatlar almış əməkdaşları tərəfindən şəhərin Heydər Əliyev meydanında, Cavad xan küçəsində, Xan bağında, Gəncəçay Park-Bulvar Kompleksində və digər anoloji sahələrdə dezinfeksiya işləri aparılır.

    Daha ətraflı »

  • 02Июн
    Cəmiyyət Комментарии к записи Gəncədə mənşəyi məlum olmayan baytarlıq preparatları aşkarlanıb отключены

    Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.
    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birgə Gəncə şəhəri, Sadılı qəsəbəsi, Muxtar Abisarov küçəsində Tanrıverdiyev Nicat Zahid oğluna məxsus yük avtomobilinə baxış keçirilib.

    Daha ətraflı »

  • 02Июн
    Cəmiyyət Комментарии к записи Gəncə şəhər Nizami rayonu ərazisində karantin rejimi tələblərinin yerinə yetirilməsinə nəzarət olunur отключены

    Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mart ayından başlayan karantin rejiminin 15 iyunadək uzadılmasına baxmayaraq, qaydalar bir qədər yumşaldılıb və bir çox ticarət obyektləri, kafe və restoranlar fəaliyyətə başlayıb. Ancaq bununla belə yoluxma hallarının artması riski davam etdiyi dövrdə əhalinin şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməsi vacibdir.

    Daha ətraflı »

  • 01Июн
    Cəmiyyət Комментарии к записи Poçt rabitəsinin yaradılmasından 202 il ötür отключены

    1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb.
    Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə (XVI əsr) inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb. 1826-cı ildə Bakıda, 1828-ci il martın 12-də isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib. Rusiya ilə Zaqafqaziyanın ticarət əlaqələrini inkişaf etdirmək üçün 15 iyun 1830-cu ildə Şamaxı, Şuşa şəhərlərində 1-ci dərəcəli poçt kontorları, 1861-ci ildə ilk dəfə olaraq Xəzər dənizi ilə Qafqazın və İranın Rəşt və Astarabad limanları arasında dəniz poçt mübadiləsi yaradılıb.

    Daha ətraflı »

  • 01Июн
    Cəmiyyət Комментарии к записи Deputat Musa Quliyev cərimənin məbləğinin azaldılmasını təklif edib отключены

    Layihədə nəzərdə tutulan 50 manat uyğun məbləğ deyil”. Bunu Milli Məclisin Əmək və soail siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin müzakirəsi zamanı deyib.
    O bildirib ki, bu məbləği 20-25 manata endirməlidir:
    “Onu da qeyd edim ki, qanunu pozanlar çox vaxt elə pulu olmayan insanlar olur. Digər tərəfdən kurslarla bağlı məsələyə də baxılmalıdır. Ara məsafəsi gözlənilməklə, maskadan istifadə etməklə kurslar öz fəaliyyətini davam etdirməlidir”.

    Daha ətraflı »

  • 01Июн
    Cəmiyyət Комментарии к записи Mehriban xanım Əliyeva çox sadə bir mərama söykənib: Azərbaycan uşaqlarını bəxtəvər görmək отключены

    Heydər Əliyev: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”. Xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Bu səbəbdən də tarixən hər bir dövlət və cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib.
    Respublikamızda da bu mühüm məsələyə daim diqqət və qayğı ilə yanaşılır. Uşaqların hərtərəfli şəxsiyyət və layiqli vətəndaş olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir.

    Daha ətraflı »

  • 01Июн
    Cəmiyyət Комментарии к записи Bu gündən yaşı 8-dən yuxarı olan uşaqların fərdi təhsilə cəlb edilməsinə başlanılır отключены

    Bu gündən, iyunun 1-dən yaşı 8-dən yuxarı olan uşaqların fərdi təhsilə cəlb olunması üçün qeydiyyat başlayır.

    Bununla bağlı valideynlər www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra iyunun 1-dən yerli təhsili idarəetmə orqanlarında yaradılmış müvafiq komissiyaya müraciət etməlidirlər.

    Müraciətlərin qəbulu həftənin II və IV günləri yaşayış yerindən arayış, 2 ədəd 3×4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) həyata keçiriləcək.

    Daha ətraflı »