-
23ИюлCəmiyyət Комментарии к записи Gəncədə media nümayəndələri təltif olunublar отключеныNiyazi Bayramov mətbuat işçilərinə gələcək fəaliyyətlərində uğurlar və peşələrində yüksəliş arazulayıb. 2020-ci ilin yaddaşlarda Zəfər ili olaraq qalacağını qeyd edən şəhər rəhbəri, bu qələbədə medianın xüsusi rolunun olduğunu vurğulayıb.
-
22ИюлCəmiyyət Комментарии к записи Gəncədə şəhid ailələrinə qurban əti paylanılıb отключены
Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan müqəddəs Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Gəncədə Qurban bayramı münasibətilə şəhid ailələrinə qurban əti paylanılıb.
Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələrini əhatə edən aksiya Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşıb. Kəsilən qurbanlar yaradılan komissiya tərəfindən tərtib olunmuş siyahıya əsasən aidiyyəti üzrə ünvanlara çatdırılıb. -
22ИюлCəmiyyət Комментарии к записи BU, BİZİK «GƏNCƏNİN SƏSİ» QƏZETİNİN KOLLEKTİVİ отключены
100 yaşımız pandemiyanın şərtlərinə uyğun olaraq məhdud səviyyədə qeyd olundu. Sağ olsunlar, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov başda olmaqla şəhər ziyalıları çox geniş şəkildə olmasa da, yubileyimizi və bu yubileyə şəxsi hədiyyəmiz olan «100 ilin işığında» kitabının çapdan çıxmasını qeyd etdilər.
Sələflərimizin 100 il ərzində Gəncənin inkişafını, quruculuğunu, respublikanın ikinci şəhəri statusunu inamla doğrultduğuna şahidlik edən və onu öz oxucuları ilə bölüşən qəzetə həsr olunmuş nəfis şəkildə tərtib edilən 5 fəsildən ibarət kitabı hazırlayıb oxucularımıza təqdim edə bildik.
-
16ИюлCəmiyyət Комментарии к записи Azərbaycan öz humanitar missiyasını məsuliyyətlə icra edir отключены
-
05ИюлCəmiyyət Комментарии к записи Gəncədə polis serjantına mənzil təqdim olunub отключены
Azərbaycan polisinin yaranmasının 103-cü il dönümü münasibətilə Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz Rayon İdarəsinin əməkdaşı, polis serjantı Hüseynov Kürdoğlu Xəlifə oğluna mənzil təqdim olunub. Təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev və digər hüquq mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, Azərbaycan polisi 103 il müddətində şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Həmçinin bildirilib ki, ölkədə asayişin qorunması istiqamətində var gücü ilə çalışan DİN işçiləri dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.
-
05ИюлCəmiyyət Комментарии к записи Gəncədə “Şəhidlik-şərəf,qeyrət rəmzidir» adlı onlayn görüş keçirlib отключеныGəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi II Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş Hüseynov Röyan Sübhan oğlunun ailəsi ilə “Şəhidlik-şərəf,qeyrət rəmzidir» adlı onlayn görüş keçirib. Tədbir şəhidlərin ruhuna bir dəqiqəlik sükutla başlayıb.Giriş sözü ilə tədbiri açıq elan edən şöbənin müdiri Ellada Rəhimova bildirdi ki, hər bir adamın qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Vətən sevgisi, vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətən sevgisi insana ana südü ilə verilir. Sonra iştirakçılara cəmi on doqquz il ömür yaşamış və şəhidlik zirvəsinə ucalan Röyan Hüseynovun həyatı və döyüş yolu haqqında məlumat verib. O qeyd edib ki, Azərbaycan Respublikasının sərəncamına əsasən qəhrəmanımız ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin və Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
-
30ИюнCəmiyyət Комментарии к записи Prezident İlham Əliyev “Courtyard by Marriott Baku” otelinin açılışında iştirak edib отключены
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım oteldə yaradılan şəraitlə tanış olublar.
Məlumat verildi ki, “Courtyard by Marriott Baku” otelində 365 otaq, iclas, idman zalları, restoran yaradılıb. Bu cür müasir otel kompleksinin istifadəyə verilməsi həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə olmaqla yanaşı, paytaxtın sosial-iqtisadi inkişafında mühüm rol oynayır, otel biznesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaradır.
-
30ИюнCəmiyyət Комментарии к записи Gəncədə erməni terroru nəticəsində mənzilləri yararsız vəziyyətə düşən sakinlərin bir qisminə kompensasiya ödənilib отключены
2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin “Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında”
Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası müvafiq işlər aparıb.
Belə ki, Gəncədə raket zərbələri nəticəsində zərərçəkən ailələrin bir qismi Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi 272 ünvanında yerləşən yeni yaşayış kompleksində tam təmirli mənzillərlə təmin ediliblər.
-
30ИюнCəmiyyət Комментарии к записи Hərbi cinayətlərdə ittiham edilən erməni hərbçilərlə bağlı növbəti məhkəmə iclası keçirilib — YENİLƏNİB отключены
AZƏRTAC xəbər verir ki, ictimaiyyətə açıq və şəffaf şəkildə keçirilən məhkəmə iclasında yerli və xarici media nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.
Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər dindirilib. Bu cinayət işi üzrə növbəti məhkəmə iclası iyulun 7-nə təyin edilib.
-
28ИюнCəmiyyət Комментарии к записи Niyazi Bayramov sakinlərin müraciətlərini dinləyib отключены
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla görüşüb, onların şikayət və təkliflərini dinləyibGörüşdə sakinləri narahat edən məsələlər dinlənilib, dilə gətirilən problemlərin həlli üçün müvafiq tədbirlər görülüb.
Səsləndirilən məsələlər arasında işlə təminat, müalicə üçün göndərişin verilməsi, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə köməkliyin göstərilməsi, kimi məsələlər üstünlük təşkil edib.
Sakinlərin müraciətlərini tək-tək dinləyən şəhər rəhbəri, səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə öz həllini tapıb. Digərləri isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüblər.
Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0
Ziyarətçilər
SON NÖMRƏMİZ
FOTOQALEREYA
BÖLMƏLƏR
DİGƏR KEÇİDLƏR
Yeni məqalələr
-
10-18-2021
-
10-17-2021
-
10-17-2021
-
10-17-2021
-
10-15-2021
Yeni ismarıclar