Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,761
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 07Май
    Təhsil Комментарии к записи Məhəmməd Babadoost ADAU tələbələrinə mühazirə söyləyib отключены

    1620126391 182266483 126539372872384 527250756891526189 NAmerika Birləşmiş Ştatlarının İllinoys Universitetinin professoru Məhəmməd Babadoost Azərbaycan Dövlət Aqrar Universitetinin profesor-müəllim heyəti və tələbələri üçün “Bitki xəstəliklərinin idarə edilməsi” mövzusunda mühazirə söyləyib.

    Mühazirədə Universitetin bitki mühafizəsi, aqronomluq, torpaqşünaslıq və aqrokimya ixtisasları üzrə tələbələr, magistrantlar, doktorantlar və müəllimlər də iştirak ediblər.

    Daha ətraflı »

  • 07Май
    Təhsil Комментарии к записи Elmi Şuranın online qaydada növbəti iclası keçirilib отключены

    1 1024x585İclası açan GDU-nun rektoru professor Yusif Yusibov gündəlikdə duran məsələləri diqqətə çatdırmışdır. Rektor pandemiyanın davam etməsi ilə əlaqədar olaraq virusa qarşı təhlükəszliyin təmin edilməsi məqsədilə universitetdə tədrisin təşkili, karantin rejiminin tələblərinə ciddi riayət olunmasının təmin edilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparmış və bu istiqamətdə qarşıda duran vəzifələrlə bağlı tapşırıqlar vermişdir.

    Sonra gündəlikdə duran məsələlərlə bağlı Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədov “Microsoft Teams proqramı ilə onlayn dərslərin təşkili, qarşıya çıxan problemlər, onların həlli yolları, semestr imtahanlarına hazırlıq” , Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə “Doktorantura və dissertanturada mövcud vəziyyət.

    Daha ətraflı »

  • 05Май
    Təhsil Комментарии к записи ADAU TV-də 900-cü onlayn dərs keçirilib отключены

    1620193932 Adau Tv 900Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizin digər təhsil müəssisələrində olduğu kimi Azərbaycan Dövlət Aqrar Universitetində də (ADAU) təhsil, təlim-tərbiyə prosesi dayandırılmış və bununla bağlı tədbirlər təxirə salınmışdır.

    Bu dövr ərzində universitetin potensial imkanlarının səfərbər edilərək tələbələrə təhsil proqramının mənimsənilməsinin davam etdirilməsi məqsədilə tədris prosesinin məsafədən, o cümlədən ADAU TV internet televiziyası vasitəsilə təşkili qərara alınmışdır.

    Daha ətraflı »

  • 28Апр
    Təhsil Комментарии к записи Məktəbəhazırlıq və ibtidai sinif şagirdləri üçün tətil günləri açıqlanıb отключены

    20651de5 Ea6d 3b3f 9fc3 6c7e1d0f7fd5 850Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq və ibtidai sinif şagirdləri 1–5 may tarixləri tətil günləridir.
    Bu məsələ Nazirlər Kabinetinin qərarında əks olunub.

    Cari tədris ilində də 1–5 may tarixləri məktəbəhazırlıq və ibtidai siniflər üçün tətil günləri hesab olunur. Həmin günlərdə məktəbəhazırlıq və ibtidai siniflərdə tədris və təlim prosesi (əyani və ya distant) dayandırılır.

    Daha ətraflı »

  • 20Апр
    Təhsil Комментарии к записи Gəncə şəhər 3 nömrəli Uşaq musiqi məktəbi beynəlxalq müsabiqədə uğur qazanıb отключены

    175955355 2843275292669034 3595675461782139267 NGəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin “Bülbül” skripkaçalanlar ansamblı Beynəlxalq “World of klassik” müsabiqəsində uğur qazanıblar. Bəstəkar Antonin Dvorjakın 180 illik yubileyinə həsr olunan müsabiqə Çex və Qazaxstan Respublikalarının birgə təşkilatçılığı ilə onlayn formatda təşkil olunub.

    Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin “Bülbül” skripkaçalanlar ansamblı sözügedən müsabiqədə II dərəcəli laureat diplomuna layiq görülüb.

    Daha ətraflı »

  • 09Апр
    Təhsil Комментарии к записи ADAU «Eko» kulubun üzvləri ekoloji monitorinq keçirib отключены

    171078261 4002179616541630 3353414963050239085 N (1)Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) “Eko” kulubu ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər həmçinin müxtəlif ixtisaslardan olan tələbələrin bu sahəyə olan marağının artırılması məqsədilə silsilə tədbirlərə start verib.

    Bu məqsədlə ilk tədbir Universitetin Tədris-təcrübə təsərrüfatında Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosenti Məşədi Hüseynov ilə birlikdə həyata keçirilib. “Eko” kulubun könüllüləri ilə birlikdə əkin sahələrinə baxış keçirilib, qiymətləndirmələr aparılıb.

    Məşədi Hüseynov tələbələrə yaz qabağı əkinlərdə həyata keçirilən torpağın şumlanma prosesi, torpağın əkinə hazırlanması və bu zaman diqqət edilməli məqamlara aydınlıq gətirib.

    Daha ətraflı »

  • 02Апр
    Təhsil Комментарии к записи Gəncədə məktəblər bağlanır отключены
    0f00c4c2 4c6b 3c83 A76d A9e5c6d6699c 850

    Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda məktəblər bağlanır.

    Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır.

    Təhsil Nazirliyindən verilən məlumata görə, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur.

    Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

    Distant tədris zamanı dərslər «Virtual məktəb», eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə “Dərs vaxtı” teledərslərini izləmək tövsiyə olunur.

    Daha ətraflı »

  • 31Мар
    Təhsil Комментарии к записи Gəncənin 6 məktəbində ənənəvi təhsil bərpa olunub отключены

    UnnamedGəncədə koronavirus infeksiyasının aşkarlanması səbəbindən distant təhsilə keçən 6 məktəbdə ənənəvi təhsil bərpa olunub. Müəllim və şagirdlər arasında infeksiyaya yoluxma halı aşkar edildiyindən 12, 26, və 31 nömrəli məktəblərdə martın 9-dan 14 günlük qapanma elan olunaraq ənənəvi təhsildən distant təhsilə keçmək zərurəti yaranmışdır.

    Karantin müddəti başa çatan, qeyd olunan təhsil müəsisələrində martın 29-dan etbarən şagirdlərə, dərsləri yenidən doğma məktəblərində tədris olunub . Bu gündən isə infeksiya səbəbindən qapanmaya gedən şəhərin 13,30 və 36 nömrəli məktəblərdə ənənəvi təhsil bərpa olunub.

    Daha ətraflı »

  • 30Мар
    Təhsil Комментарии к записи Niyazi Bayramov tədris ili dövründə öz bilik və bacarığı ilə fərqlənən şagirdlərli mükafatlandırıb отключены
    Niyazi Bayramov tədris ili dövründə öz bilik və bacarığı ilə fərqlənən şagirdlərli mükafatlandırıbGəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədris ili dövründə öz bilik və bacarığı ilə fərqlənən şagirdlərlə görüşüb. Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin XI sinif şagirdi Rəsul Əliyev və M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əziz Hüseynov şəhər rəhbəri tərəfindən mükafatlandırılıblar.

    Niyazi Bayramov sagirdlərlə söhbət edərək, onları qazandıqları nailiyyətlərə görə təbrik edib. O bildirib ki, Azərbaycanın gələcəyi məhz belə istedadlı, bilikli gənclərin əllərindədir. Şəhər rəhbəri gənclərlə iştirak etdikləri yerli və beynəlxalq fənn olimpiadaları, müxtəlif müsabiqələrlə bağlı söhbət edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Görüşün sonunda şagirdlərə planşet hədiyyə olunub və xatirə şəkli çəkdirilib.

    Daha ətraflı »

  • 16Мар
    Təhsil Комментарии к записи Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qəbul imtahanları başa çatıb отключены
    Dim

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin V, VI, VII, VIII və IX sinfinə qəbul imtahanları keçirilib.

    DİM-dən bildirilib ki, imtahanlar Bakı (Yasamal, Binəqədi, Xətai, Xəzər, Suraxanı, Sabunçu, Qaradağ rayonlarında), Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şirvan, Salyan və Lənkəran şəhərlərində təşkil olunub. Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

    Daha ətraflı »

Səhifə 1 - 1612345...10...»