Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 18Фев
    Təhsil Комментарии к записи DİM sınaq və buraxılış imtahanları keçirib отключены

    DİM respublikanın 26 şəhər və rayonunda ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirib.

    İmtahanların idarə olunması üçün mərkəzdə operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. İmtahan iştirakçılarına öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.

    Qeyd edək ki, qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanında abituriyentlərə ixtisas qruplarına uyğun olaraq hər fənnə (3 fənn) aid 30 test tapşırığı (ümumilikdə 90 tapşırıq) təqdim olunub. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Daha ətraflı »

  • 12Фев
    Təhsil Комментарии к записи ADAU-da elmi-praktiki seminar keçirilib отключены

    ADAU-da “Qlobal iqlim dəyişməsi şəraitində otlaq və payızlıq əkinlərdə torpağın bəzi fiziki-kimyəvi göstəricilərinin qiymətləndirilməsi” mövzusunda elmi-praktiki seminar keçirilib.

    Aqronomluq fakültəsinin profressor-müəllim heyətinin və fermerlərin iştirakı ilə keçirilən görüşdə çıxış edərək universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, qlobal iqlim dəyişmələri bu gün dünyanı narahat edən əsas problemlərdən biridir və bu problem ölkəmizdə də  təsirsiz ötüşmür.

    Ekologiya və meşəçilik kafedrasının müdiri, professor Zakir İbrahimov və bitkiçilik və bitki mühafizəsi kafedrasının baş müəllimi Sahil Quliyev müxtəlif qruplarla ayrı-ayrı bölgələrdə əkin sahələrində və otlaqlarda apardıqları müşahidə və təcrübələr haqqında çıxışlar etdilər. Daha ətraflı »

  • 11Фев
    Təhsil Комментарии к записи Ali məktəblərə tələbə qəbulu qaydalarını dəyişdirilib отключены

    Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Bu qərar Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən imzalanıb.

    Nazirlər Kabineti qərara alıb ki, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 1 nömrəli əlavə — “İxtisas qrupları və ixtisaslar” yeni redaksiyada təsdiqlənsin. Daha ətraflı »

  • 07Фев
    Təhsil Комментарии к записи Magistraturaya ərizə qəbulu davam edir отключены

    Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edib.

    Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2020-ci il  fevralın 13-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsindəŞəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə etməlidir.

    Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 13 fevral saat 23.59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurub təsdiq etməlidir. Daha ətraflı »

  • 04Фев
    Təhsil Комментарии к записи GDU-da Elmi Şuranın 2020-ci il üçün ilk iclası keçirilib отключены

    Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun sədrliyi ilə ali təhsildə keyfiyyətin yaradılmasına, idarə edilməsinə və proqnozlaşdırılmasına, eləcə də keyfiyyətin qorunub saxlanmasında vacib amillərdən olan universitetdə əmək şəraitinin və daxili intizamın təşkilinə həsr olunan Elmi Şuranın 2020-ci il üçün ilk iclası keçirilib.

    İclasda prorektorlar, fakültə dekanları, kafedra və şöbə müdirləri, həmçinin tədrisin keyfiyyətinə nəzarət və universitetdaxili nizam-intizamın təşkilinə məsul komissiyaların üzvləri iştirak etmişlər.

    İlk olaraq rektor professor Yusif  Yusibov İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənova texnika elmləri üzrə, iqtisadiyyat-idarəetmə fakültəsinin müəllimi Fuad Abbasova iqtisad elmləri üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası  tərəfindən verilmiş fəlsəfə doktoru diplomlarını təqdim etmiş, Elmi Şura üzvləri adından  onlalara can sağlığı və elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulamışdır. Daha ətraflı »

  • 04Фев
    Təhsil Комментарии к записи Gəncədə əmək yarmarkası keçiriləcək отключены

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti fevral ayında 12 şəhər və rayonda (Balakən, Göyçay, Lənkəran, Qəbələ, Şəki, Beyləqan, Gəncə-Nizami, Goranboy, Neftçala, Şamaxı, Tovuz, Sumqayıt) əmək yarmarkasının keçirilməsini planlaşdırır.

    Nazirlikdən verilən məlumata görə, əmək yarmarkalarında həmin bölgələrdəki idarə, müəssisə və təşkilatlarda olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Onlara peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər veriləcək. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığı kurslarına cəlb olunacaq.

    Yarmarkalar zamanı işsiz və işaxtaranların istəkləri əsasında onların ödənişli ictimai işlərə, müvafiq potensialları olan şəxslərin özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı da aparılacaq. Daha ətraflı »

  • 23Янв
    Təhsil Комментарии к записи “MEDİATS” layihəsi çərçivəsində keçirilən təlimlər uğurla yekunlaşıb отключены

    Gəncə Dövlət Universitetinin tərəfdaş kimi iştirak etdiyi Avropa Komissyasının “Erasmus+” proqramının “MEDIATS” layihəsi çərçivəsində İspaniya Krallığının Mursiya şəhərində yerləşən San Antonio adına Katolik Universitetində intensiv təlim və tədris təcrübəsi formatında görüşlər təşkil edilib.

    “MEDİATS” layihəsinin əsas məqsədi universitetləri mediasiya sahəsində aparıcı qüvvələrə çevirmək  Azərbaycanda, Gürcüstanda və Ukraynada Avropa təcrübəsindən faydalanaraq münaqişələrin məhkəməyə qədər obyektiv həllini yaxşılaşdırmaqdan ibarətdir. 

    Tədbirdə Gəncə Dövlət Universitetinin əməkdaşları: Tədris şöbəsinin müdiri Elturan Yusifov, rektorun müşaviri İlqar Kubişev, İnformasiya texnologiyaları şöbəsinin müdiri Asif Həsənov, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və İnnovasiya texnologiyalarinin transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev iştirak ediblər. Altı ölkədən olan on universitetin təmsilçiləri bir araya gələrək “Mediasiya”- təlimin və cəmiyyətin transformasiyası” (MEDİATS) adlı layihənin üçünçü görüşündə iştirak ediblər. Daha ətraflı »

  • 23Янв
    Təhsil Комментарии к записи Trece Company şirkətinin nümayəndələri ADAU-da отключены

    Amerikanın Oklahoma ştatında yerləşən Trece Company şirkətinin rəhbəri Bill Lingrenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində olub. Səfər USAİD-in Özəl Sektorun İnkişafı layihəsi çərçivəsində reallaşıb.

    Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov görüşdən məmnunluğu bildirərək, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

    Trece Company şirkətinin rəhbəri  Bill Lingren kənd təsərrüfatı sahəsində istifadə olunan tutucu (feromon) tələlərin və alətlərin istifadə olunması eyni zamanda Trece Company şirkəti və ADAU ilə əlaqələrin inkişaf etdirilməsi barədə fikirlərini söyləyib. Daha ətraflı »

  • 23Янв
    Təhsil Комментарии к записи Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikasının Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 16Янв
    Təhsil Комментарии к записи ADAU-nun Baytarlıq Klinikasında təcrübəli baytarlar tələbələrlə birgə ev heyvanlarının qayğısına qalırlar отключены

    Respublikamızda yüksək ixtisaslı aqrar kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universitetinin son illərdəki inkişafı yüksək nailiyyətlərlə şərtlənib. Bu dövrdə universitetin infrastrukturu müasirləşdirilib, maddi-texniki bazası zənginləşdirilib, elmi, texniki kadr potensialı müasir təhsilli gənclər hesabına daha da yüksəldilib.

    Hazırda zəngin elmi tarixi keçmişini müasir inkişafı ilə harmonik şəkildə birləşdirməyi bacaran universitet nəinki Azərbaycanın, eləcə də Qafqazın və Şərqi Avropanın ən böyük ali təhsil müəssisəi kimi öz inkişafının yüksəliş dövrünü yaşayır.

    Eyni zamanda, universitetin kollektivi yaxşı başa düşür ki, canlı aləmin müdafiəsi və mühafizəsi bəşəriyyətin gələcəyinin zəmanətidir. Elə ona görə də hər bir insanın təbiəti sevmək və qorumaq kimi missiyası var. Azərbaycan Dövlət Aqrar Universiteti tələbələrinə bu sevgini aşılamaq və ali ixtisaslı peşəkar mütəxəssislər kimi yetişdirməklə yanaşı, həm də onları planetimizin müdafiəçisinə çevirir. Daha ətraflı »