Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,788
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 30Мар
    Təhsil Комментарии к записи Niyazi Bayramov tədris ili dövründə öz bilik və bacarığı ilə fərqlənən şagirdlərli mükafatlandırıb отключены
    Niyazi Bayramov tədris ili dövründə öz bilik və bacarığı ilə fərqlənən şagirdlərli mükafatlandırıbGəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədris ili dövründə öz bilik və bacarığı ilə fərqlənən şagirdlərlə görüşüb. Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin XI sinif şagirdi Rəsul Əliyev və M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əziz Hüseynov şəhər rəhbəri tərəfindən mükafatlandırılıblar.

    Niyazi Bayramov sagirdlərlə söhbət edərək, onları qazandıqları nailiyyətlərə görə təbrik edib. O bildirib ki, Azərbaycanın gələcəyi məhz belə istedadlı, bilikli gənclərin əllərindədir. Şəhər rəhbəri gənclərlə iştirak etdikləri yerli və beynəlxalq fənn olimpiadaları, müxtəlif müsabiqələrlə bağlı söhbət edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Görüşün sonunda şagirdlərə planşet hədiyyə olunub və xatirə şəkli çəkdirilib.

    Daha ətraflı »

  • 16Мар
    Təhsil Комментарии к записи Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qəbul imtahanları başa çatıb отключены
    Dim

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin V, VI, VII, VIII və IX sinfinə qəbul imtahanları keçirilib.

    DİM-dən bildirilib ki, imtahanlar Bakı (Yasamal, Binəqədi, Xətai, Xəzər, Suraxanı, Sabunçu, Qaradağ rayonlarında), Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şirvan, Salyan və Lənkəran şəhərlərində təşkil olunub. Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

    Daha ətraflı »

  • 22Фев
    Təhsil Комментарии к записи GƏNCƏ DÜNYA Məktəbinin açılışı olub отключены
    150410683 3789914881078272 3852908794765612393 O

    Məktəbin açılışında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, XƏZƏR Universiteti və DÜNYA TƏHSİL KOMPLEKSİNİN təsisçisi professor Hamlet İsaxanlı, məktəbin şagird və müəllimləri iştirak ediblər.

    Tədbir Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra Vətən Müharibəsində canından keçən və düşmənin xain təcavüzü nəticəsində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Daha ətraflı »

  • 18Фев
    Təhsil Комментарии к записи Magistraturaya qəbul imtahanı ilə bağlı DİM-dən açıqlama отключены
    Magistraturaya qəbul imtahanının çətinlik dərəcəsi əvvəlki illərdən fərqli olmayacaq.

    Bunu Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Rövşən Əsədov bu il magistraturaya qəbul imtahanlarında məntiqi təfəkkürü yoxlayan testlərin çətinləşəcəyi ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

    Onun sözlərinə görə, kitabdakı test tapşırıqlarının hamısı yeni olduğu üçün əvvəlki illərin nəşrləri ilə imtahana hazırlaşan tələbələrdə çaşqınlıq yaradıb.

    Daha ətraflı »

  • 15Фев
    Təhsil Комментарии к записи ADAU-da “Yerli texnoloji startapların inkişafının təşviqi üzrə bilik və dəstək texniki yardımı” layihəsi отключены
    148686179 3837785066314420 7499692503733033836 O

    ADAU-da “Yerli texnoloji startapların inkişafının təşviqi üzrə bilik və dəstək texniki yardımı” layihəsi çərçivəsində növbəti onlayn görüş keçirilib.

    Azərbaycan  Dövlət Aqrar Universitetinin (ADAU) iştirak etdiyi Koreya Respublikasının “e-Asiya Bilik və Tərəfdaşlıq Fondu”nun qrantı əsasında həyata keçiriləcək layihə ilə bağlı növbəti müzakirə təşkil edilib. Görüşdə Steinbeis Transfer Menecment LTD-nin əməkdaşı Jürgen Razner, layihənin ekspertlərindən Turan Süleymanov, ADAU-nun tədris işləri üzrə prorektoru dosent  Anar Hətəmov, ADAU İnnovasiyalar mərkəzinin əməkdaşları Fərrux Rəhimov və Elvin Ağayev iştirak etmişlər.

    Daha ətraflı »

  • 02Фев
    Təhsil Комментарии к записи UTECA-nın Vətən müharibəsində iştirak edən məzununa diplom təqdim edilib отключены
    143481408 3934346106577451 1045466081927630555 OVətən müharibəsində göstərdiyi şücaətə görə 4 medala layiq görülən məzunumuza diplomu təqdim edilib. Tural Əliyev, UTECA-nın sənayenin təşkili və idarə olunması ixtisasının 2020-ci il məzunudur. Ona diplomu tədris işləri üzrə prorektor Vüqar İsmayılov təqdim edib.

    Laçın uğrunda gedən döyüşlərdə yaralanan Tural, “Cəbrayılın azad olunmasına görə”, Qubadlının azad olunmasına görə”, Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülüb.

    Daha ətraflı »

  • 12Янв
    Təhsil Комментарии к записи ADAU əməkdaşlarının yüksək reytinqli jurnallarda nəşr xərclərinin ödənilməsi barədə qərar qəbul olunub отключены
    1610106281 Elmi Sura

    Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. İclasda digər məsələlərlə yanaşı “Tədqiqat universiteti” statusunun əldə olunması məsələsi müzakirə olunub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək “Tədqiqat universiteti” statusunun əldə olunması üçün mövcud olan imkanlar, meyarlar, beynəlxalq təcrübə və qarşıda duran vəzifələr barədə danışıb.

    Bildirilib ki,  son illərdə universitetdə görülmüş işlər bu statusa nail olmaq imkanlarını xeyli genişləndirmişdir.

    Daha ətraflı »

  • 04Дек
    Təhsil Комментарии к записи ADAU-ya TEAS-Press Nəşriyyatı evi tərəfindən nəşr olunmuş kitablar hədiyyə olunub отключены

    1606834710 20201201 152459Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) kitabxana şəbəkəsinin genişləndirilməsi, yeni tədris korpusunda kitabxananın istifadəyə verilməsi, kitab bazasının zəngilnləşdirilməsi əsas vəzifələrdən biri kimi müəyyən edilməklə bu istiqamətdə xeyli işlər görülmüş, əməkdaşlıq əlaqələri genişləndirilmişdir.

    Bu işlərin nəticəsi olaraq son illərdə kitabxana fonduna hədiyyə olunan nəşrlərin sayı artmışdır.

    Daha ətraflı »

  • 30Ноя
    Təhsil Комментарии к записи ADAU-da «İşğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişaf perspektivləri» mövzusunda elmi-praktik konfrans keçirilib отключены
    1606394795 Img 20201126 Wa0001

    Azərbaycan Dövlət Aqrar Universitetində“İşğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişaf perspektivləri” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib. Konfransda universitetin rektoru İbrahim Cəfərov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq məktubuna əsasən, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə tam funksional fəaliyyətin təmin edilməsi və aqrar sahənin infrastrukturunun qurulması məqsədi ilə kənd təsərrüfatı təyinatlı layihələr barədə məlumatlar Nazirliyə təqdim olunmalıdır.

    Daha ətraflı »

  • 24Ноя
    Təhsil Комментарии к записи Dövlət qulluqçularının xidməti yeni qaydalarla qiymətləndiriləcək отключены
    Azerbaijan Parliament 300620 1

    Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası dəyişdirilir.

    bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan «Dövlət qulluğu haqqında» qanuna dəyişiklikdə öz əklsini taıpıb. Təklif edilən dəyişikliyə əsasən, qanuna aşağıdakı məzmunda 17.4-1 — 17.4-3-cü, 17.7-ci və 17.8-ci maddələr əlavə edilir:

    Daha ətraflı »

Səhifə 2 - 1612345...10...»