Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,761
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 14Апр
    Səhiyyə Комментарии к записи Yaz fəslində orqanizmdə yaranan narahatlıqlar отключены

    Yaz fəslinin gəlişi ilə orqanizmdə vitamin çatışmazlığı, yuxusuzluq, halsızlıq, oynaq və əzələ ağrıları kimi problemlər yaranmağa başlayır. Mütəxəssislər bildirirlər ki, bu xəstəliklər əsasən mövsüm dəyişikliyi zamanı orqanizmdə baş verən proseslərlə əlaqədardır. Yazda həmin problemlərin yaranması isə saç və dırnaqların kövrəkləşməsinə səbəb olur, vaxtında müdaxilə edilmədikdə mədə-bağırsaq traktı və ürək-damar sisteminin pozulması ilə nəticələnə bilər. Eyni zamanda, boyun fəqərələrindəki ağrılar tədricən osteoxondroza çevrilməyə başlayır.

    AZƏRTAC xəbər verir ki, Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva deyib: “Yaz mövsümü insan immunitetinin zəifləyən dövrüdür.

    Daha ətraflı »

  • 14Апр
    Səhiyyə Комментарии к записи İcbari tibbi sığorta kağız üzərində qalacaq, yoxsa?.. отключены
    Milyonlarla insanın illərdir gözlədiyi proses hələ ki, tam işlək deyil

    Təqaüdçü Mehparə Əlixanlı aprelin 1-dən tətbiq edilən icbari tibbi sığorta sistemindən faydalanmaq arzusundadır, lakin ondan necə istifadə edəcəyini bilmir, milyonlarla digər həmvətəni kimi…

    2550 sayda tibbi xidmətdən ödənişsiz yararlanma fürsəti

    Xroniki xəstəliyi üzündən həkimə tez-tez müraciət etmək məcburiyyətində qalan Sumqayıt şəhər sakini M.Əlixanlının dediyinə görə, icbari tibbi sığorta xidmətlərindən istifadənin pulsuz olduğunu eşidib. Lakin aldığı məlumatlar səthi olduğundan bundan yararlanmaq üçün haraya və necə üz tutacağını bilmir.

    Əslində Mehparə xanım kimi icbari tibbi sığortadan istifadə qaydalarını dəqiq bilməyən çox sayda insan var. Şübhəsiz ki, sistemin ölkə üzrə tətbiqinə yeni başlanıldığından ilkin mərhələdə əhali arasında belə məlumatsızlıqların olacağı gözlənilən idi.

    Daha ətraflı »

  • 19Мар
    Səhiyyə Комментарии к записи Niyazi Bayramov «COVID-19» əleyhinə peyvənd olunub отключены

    MG 2“Azərbaycan Respublikasında «Covid-19» xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-də başlanan peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən hazırda 50 yaş və daha yuxarı şəxslərin «Covid-19» xəstəliyinə qarşı vaksinasiyası aparılır.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da “COVİD-19”-a qarşı peyvənd olunub. Ona ikinci doza vaksin vurulub. İcra başçısı vaksin vurulduqdan 30 dəqiqə sonra özünü yaxşı hiss etdiyi üçün xəstəxanadan buraxılıb.

    Daha ətraflı »

  • 22Фев
    Səhiyyə Комментарии к записи Gəncədə koronavirusa qarşı vaksinasiya işləri uğurla davam edir отключены
    Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün ölkədə olduğu kimi Gəncədə də koronavirus pandemiyasına qarşı vaksinləşmə prosesi uğurla davam edir. Hazırda 50, 60 yaş və ondan yuxarı olan risk qrupuna daxil edilən insanlar arasında koronavirus pandemiyasına qarşı vaksinləşmə işi həyata keçirilir.

    Gəncədə “COVID-19”-a  qarşı vaksinasiya ilə əlaqədar olaraq  6 tibb məntəqəsi yaradılıb. 2, 5 və 6 saylı şəhər poliklinikalarında, habelə Gəncə Beynəlxalq Xəstəxanası, Yeni Gəncə Tibb Mərkəzi və Gəncə Mərkəzi Klinika Xəstəxanasında yerləşən tibb məntəqələrində xüsusi otaqlar hazırlanıb.

    Daha ətraflı »

  • 02Фев
    Səhiyyə Комментарии к записи Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin vaksinasiyası başladı отключены
    B6cad470 A449 3738 Ae9c 0fa121a56035 850Bu gündən Azərbaycanda yaşı 65-dən çox olan şəxslərin koronavirusa qarşı vaksinasiya olunmasına başlanılıb. Artıq bir neçə poliklinikada peyvənd olunmaq üçün müraciətlər var. 2 nömrəli Şəhər Poliklinikasından “Report”a bildirilib ki, səhər saatlarından başlayaraq vaksinasiya start verilib: “Artıq 5 nəfər sakin vaksin olunmaq üçün müraciət edib və onlara peyvənd vurulub. Vəziyyətləri yaxşıdır”.

    Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

    Daha ətraflı »

  • 02Фев
    Səhiyyə Комментарии к записи Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr отключены
    Bal, çobanyastığı, duz, kəsmik — bu və digər vasitələr ev şəraitində öskürəyə qarşı çox təsirli ola bilər.
    AZƏRTAC tibbi saytlara istinad edərək öskürəyə qarşı ev şəraitində istifadə edilən müalicə üsullarını diqqətinizə çatdırır.
    Bal ilə süd. Südə bal əlavə olunarsa öskürəyi azaldır. Yatmadan əvvəl qəbul edildikdə yaxşı yuxu gətirir.
    Soğan suyu. Ən təsirli digər ev vasitəsidir. Təzə soğanın sıxılmış suyu bir az bal ilə qarışdırılmalı və qəbul edilməlidir.

    Daha ətraflı »

  • 11Дек
    Səhiyyə Комментарии к записи ÜST Azərbaycanda münaqişədən zərər çəkmiş bölgələrdə ehtiyacları öyrənir отключены

    8361797a 191e 31cf 822e D29c7002b716 850ÜST-nin Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyası son hərbi əməliyyatların mülki əhali üzərindəki təsirlərini öyrənmək üçün Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində öz işinə başlayıb.

    Missiya çərçivəsində nümayəndə heyəti yerli icra hakimiyyəti orqanlarını və səhiyyə müəssisələrini ziyarət edəcək, tibb işçiləri və digər şəxslərlə ÜST-nin lazımi dəstək göstərə biləcəyi sahələri müəyyənləşdirmək üçün müzakirələr aparacaq.

    Daha ətraflı »

  • 24Ноя
    Səhiyyə Комментарии к записи ÜST Avropada koronavirus pandemiyasının üçüncü dalğası barədə xəbərdarlıq edib отключены

    16060482195046422276 1000x669Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti David Navarro gələn ilin əvvəlində Avropada koronavirus pandemiyasının üçüncü dalğası barədə xəbərdarlıq edib.

    Ekspert ilk dalğadan sonra yay aylarının nisbətən sabit keçdiyini və həmin dövrdə Avropada müvafiq infrastrukturun yaradılmadığını diqqətə çatdırıb. Məhz buna görə də hazırda ikinci dalğa Avropada tüğyan edir. Həyata keçirilən sərt karantin rejimi nəticəsində infeksiyanın yayılmasının qarşısının alınmasına səy göstərilir, lakin karantin qaydaları yumşaldılandan sonra növbəti problem meydana çıxa bilər.

    Daha ətraflı »

  • 10Сен
    Səhiyyə Комментарии к записи Gəncədə könüllü şəxslərdən seroloji test nümunəsi götürülüb отключены

    Bakıda 1000, Sumqayıt və Gəncədə 100-dən çox könüllüdən seroloji test nümunəsi götürülüb. Ölkəmizdə ilk dəfə olaraq Bakıda keçirilən seroloji testlər yekunlaşmaq üzrədir. Güman edirik ki, bu həftə testlər başa çatacaq və onun ilkin nəticələri barədə məlumat verə biləcəyik.

    Bu barədətibb üzrə fəlsəfə doktoru, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova deyib. Onun dediyinə görə, artıq təsadüfi seçilmiş 1000-dən artıq könüllü test edilib və onların qan zərdabında virus əleyhinə anticisimlərin yaranıb-yaranmadığı aşkar ediləcək.

    Daha ətraflı »

  • 20Июл
    Səhiyyə Комментарии к записи Mehriban Əliyeva 12 şəhid hərbçi ilə bağlı tapşırıq verdi отключены

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun nümayəndələri Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələrində olub.
    Ğtən gün Heydər Əliyev Fondunun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət edib. Azərbaycan dövlətinin dəstəyi ilə yanaşı Heydər Əliyev Fondu tərəfindən də hər zaman şəhid ailələrinə yüksək diqqət göstərildiyi vurğulanıb.

    Daha ətraflı »

Səhifə 1 - 3123