Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,761
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 04Май
    Mədəniyyət Комментарии к записи Gəncə Dövlət Dram Teatrı may repertuarını açıqlayıb отключены

    24504c88 Screenshot 1Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı may ayına olan virtual repertuarını açıqlayıb. Bu barədə teatrın feysbuk səhifəsində məlumat verilib. Tamaşalar saat 19:00-da sosial şəbəkələr vasitəsilə yayımlanacaq.

    Teatrın repertuarını təqdim edirik:

    01.05 — M.F Axundzadə “Hekayəti Müsyo Jordan və dərviş Məstəli şah”

    02.05 – C. Cabbarlı “Dönüş”

    09.05 – M. Cəlal “ Ərik ağacı”

    10.05 —  A. Murovdağlı “Alın yazısı”

    Daha ətraflı »

  • 09Апр
    Mədəniyyət Комментарии к записи UTECA tələbələrinin Xalq şairi Sabir Rüstəmxanlı ilə onlayn görüşü baş tutub отключены

    170362886 4136299246382135 1496244929881715333 NAzərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə Nizami ili çərçivəsində Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlı ilə tələbə və müəllimlərin “Müdriklik zirvəsi” adlı onlayn görüşü keçirilib. Görüşü açılış sözü ilə açan İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Hacıyeva vebinara böyük marağın göstərildiyini, Respublikanın müxtəlif guşələrindən, 15 universitetdən tələbə-müəllim heyətinin qatıldığını vurğulayıb.

    Daha sonra söz qonaqlardan Millət vəkili Müşfiq Cəfərova verilib. Millət vəkili Nizami ili çərçivəsində Gəncədə görüləcək işlər barədə danışıb. 

    Sabir Rüstəmxanlı haqqında qısa bir video çarxın nümayişindən sonra xalq şairi dərin və məzmunlu çıxış edib. Bədii söz xəzinəsinin incisi, 880 illik bəşəri sərvət Nizami Gəncəvidən bəhs edən Rüstəmxanlı uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzində olan Nizami irsindən danışıb.

    Daha ətraflı »

  • 24Ноя
    Mədəniyyət Комментарии к записи Turizm insanların vərdiş etdiyi həyat tərzidir отключены

    Turizm bütün dünyada ən geniş yayılmış sahələrdən biridir. Son illərdə respublikamızda da turizmə dövlət qayğısı xeyli artıb. Yeni turist marşrutları açılır, infrastruktur yaradılır, turizm obyektlərində xidmətin səviyyəsi daha da yaxşılaşır. Turizmin inkişafı yalnız iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan önəmlidir. Xarici ölkələrdən gələn turistlər istirahət etməklə yanaşı, ölkəmizin tarixi, milli xüsusiyyətləri, musiqisi, incəsənəti, mətbəxi və s. ilə yaxından tanış olurlar.

    Respublikamızın zəngin təbii imkanları və iqlim şəraiti turizmin inkişafına əlverişli zəmin yaradır.

    Daha ətraflı »

  • 19Ноя
    Mədəniyyət Комментарии к записи İşğaldan azad edilmiş ərazilərdə xristian abidələri bərpa olunacaq отключены

    Af95c933 D1b4 324f A060 Fc72e8fdf0aa 850Mədəniyyət Nazirliyi tərəfindən “Xristian irsimizi tanıyaq” adlı layihənin icrasına başlanılıb.

    Nazirlikdən verilən məlumata görə, layihə çərçivəsində Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələr və ibadətgahlara dair qısa videoçarxlar təqdim olunur. İlk videoçarx Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən Kiş Alban məbədinə həsr olunub.

    Azərbaycanda xristianlıq hələ İsa Məsihin həvariləri dövründə — eramızın I-II əsrlərində yayılmağa başlayıb.

    Daha ətraflı »

  • 29Окт
    Mədəniyyət Комментарии к записи “Eurovision” ulduzlarından Gəncə terroru barədə klip отключены

    E50926f1 8411 37a6 A4b9 12eef3b64c22 850“Eurovision” mahnı müsabiqəsinin ulduzları Elnur Hüseynov və Fidan Hüseynova Ermənistanın Gəncədə törətdiyi terror aktları barədə klip çəkiblər. “Say Hallelujah” mahnısına çəkilmiş videoklip Fidan Hüseynovanın rəsmi yutub kanalında təqdim edilib. Sənətçilər klip vasitəsi ilə həqiqəti bütün dünyaya çatdırmağa çalışıblar.

    Klipdə “Report” İnformasiya Agentliyinin hadisə yerində lentə aldığı kadrlar da yer alıb.

    Müğənni Elnur Hüseynov hisslərini bölüşüb:

    Daha ətraflı »

  • 28Окт
    Mədəniyyət Комментарии к записи Erməni terrorunu geniş auditoriyaya çatdıran sənədli film — MƏN GƏNCƏYƏM отключены
    425305050

    Ermənilərin Gəncəyə yönələn terror və hərbi cinayətlərdən bəhs edən “Mən Gəncəyəm” adlı sənədli film çəkilib. Filmdə Gəncədə yaşanan hadisələr, ilk dəfə bura gələn aktyorun apardığı müşahidə və qeydlər əsasında tamaşaçıya təqdim olunur. Erməni vəhşiliklərinin daha geniş auditoriyaya çatdırılması məqsədilə filmə ingilis dilində titrlar əlavə edilib.

    “Mən Gəncəyəm” filminin rejissoru Ramil Ağasıyev bildirib ki, oktyabrın 17-də növbəti dəfə Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutaraq dinc sakinləri hədəf alıb: “Bu hadisə media vasitəsi ilə dünyaya çatdırılsa da biz bunu film şəklində yerli və xarici dildə təqdim etmək istədik.

    Daha ətraflı »

  • 25Сен
    Mədəniyyət Комментарии к записи Gəncə Dövlət Dram Teatrında 126-cı mövsümün açılışı olub отключены

    Gəncə Dövlət Dram Teatrında 126-cı mövsümün açılışı olub. Mövsümün açılışı teatrının ikinci səhnəsi olan Nizami Poeziya teatrında açıq havada baş tutub. Tamaşaçısız açılan mövsüm yerli yazar Xəzangül Hüseynovanın “Xərabət gözəli” əsəri ilə başlayıb.

    Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov bildirib ki,Poeziya teatrı 1979-cu ildən ictimai əsaslarla fəaliyyətə başlayıb. 90-cı illərdən dövlət statusu alıb. O dövrdən indiyə kimi Nizami Gəncəvi irsinin təbliğ üçün səhnə teatrı olub. 2008-ci ildə isə teatrlar arasında gedən reforma ilə bağlı Poeziya teatrı da Gəncə Dövlət Dram Teatrının balansına verilib. Teatrın ikinci səhnəsi kimi mütamadi olaraq fəaliyyət göstərir. İldə bir tamaşanın burda oynanılması nəzərdə tutulub.

    Daha ətraflı »

  • 18Сен
    Mədəniyyət Комментарии к записи Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə «Instagram» da paylaşım edib отключены

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə «Instagram» hesabında paylaşım edib. Paylaşım mətnində deyilir: «Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada tanıdılması naminə əlindən gələni əsirgəməyən hər kəsə səmimi təbriklərimi yetirir, onlara bu işdə böyük uğurlar və nailiyyətlər arzulayıram!»

    «Bu gün 135 illiyini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. Arzu edirəm ki, milli musiqimiz öz ənənələrini qoruyub saxlayaraq yeni səslərlə, yeni ifalarla və yanaşmalarla daim zənginləşsin!»

    Daha ətraflı »

  • 18Сен
    Mədəniyyət Комментарии к записи Sentyabrın 18-i Milli Musiqi Günüdür отключены

    18 sentyabr — Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi tamam olur.

    Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Təəssüflər olsun ki, bu il bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı dahi bəstəkarın adını daşıyan festival və çoxsaylı tədbirlər təxirə salınıb.

    Daha ətraflı »

  • 17Сен
    Mədəniyyət Комментарии к записи Məhsəti Gəncəvi Mərkəzi – Şairənin rəngli dünyası отключены

    Hazırda saray kimi bir binanın önündə dayanmışıq. Və bu gün saraylara layiq bir xanımın, şairə Məhsəti Gəncəvinin dünyasına səyahət edəcəyik. Yəni 2020-ci ildən ayrılıb XII əsrə gedəcəyik. Binanın şərq və qərb üslubunu özündə əks etdirən əzəmətli duruşu onu daim diqqət mərkəzində saxlayır. Məhsəti Gəncəvi Mərkəzinin insanın ruhunu dincəldən, mənəvi rahatlıq verən zahiri görkəmi, binanın önündən ötüb keçənləri hörmətli qonaq kimi onu kəşf etməyə dəvət edir.

    XII əsrin Nizami dünyasından səslənən Məhsəti Gəncəvi müasir Azərbaycan insanına özünü təqdim etmək, kim olduğunu göstərmək, yaradıcılığı ilə tanış etmək üçün sanki tələsir.

    Daha ətraflı »

Səhifə 1 - 612345...»