Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,788
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 27Янв
    Mədəniyyət Комментарии к записи Gəncə qarnizonunda Həzi Aslanovun 110 illiyinə həsr olunan kinofilmlər festivalı başlanıb отключены

    “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Müdafiə nazirinin təsdiq etdiyi Tədbirlər planına əsasən Gəncə qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunan bədii və sənədli kinofilmlər həftəsinə start verilib.

    Müdafiə Nazirliyinin rəsmilərinin, qarnizondakı hərbi hissələrin şəxsi heyətinin, müharibə veteranlarının və qəhrəmanın ailə üzvlərinin iştirak etdikləri tədbirdə yubiley təşkilat komitəsinin üzvü, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, ehtiyatda olan polkovnik Abdulla Qurbani Prezident Sərəncamının əhəmiyyətindən, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyətinin, eləcə də gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rolundan danışıb. Daha ətraflı »

  • 21Янв
    Mədəniyyət Комментарии к записи “Kəpəz Kuboku 2020” yarışması keçiriləcək отключены

    26 Yanvar 2020-ci il Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Gəncə Dövlət Dram Teatrında “Kəpəz Kuboku 2020” yarışması keçiriləcək. Yarışmanın təşkilatı dəstəyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəqs Assosiasiyası və "Jam Group"dur.

    Yarışma yaş kateqoriyasına görə keçirilir: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (7-10 yaşa kimi), yeniyetmələr (11-15 yaşa kimi), böyüklər (16 yaş və yuxarı).

    "İncəsənətimizi bölgələrdə inkişaf etdirib, istedadı olan hər bir gəncimizi irəli çəkib, öz arzularını reallaşdırmaqlarına kömək etmək, inkişafına təkan vermək lazımdır. Gənclər bizim gələcəyimiz və davamçılarımızdır. AGİ və ARA olaraq məqsədimiz bu imkanlardan istifadə edərək ölkəmizin şəhər və rayonlarında istedadlı gənclərimizdən ibarət keçiriləcək festival və müsabiqədə onlar arasında bir-birilərinə qarşı rəqabət apararaq, öz məharətlərini göstərməklərinə imkan yaratmaqdı", — deyə Azərbaycan Gənclər İttifaqının İdarə Heyyətinin üzvü Əziz Əzizov bildirib. Daha ətraflı »

  • 15Янв
    Mədəniyyət Комментарии к записи Nizami Gəncəvi almanaxının birinci cildi çapdan çıxıb отключены

    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsi tərəfindən “Nizami Gəncəvi almanaxı”nın birinci cildi nəşr edilib.

    İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “Kaspi nəşrləri” seriyasında işıq üzü görən almanax akademik Həmid Araslının 110 illik yubileyinə ithaf olunub.

    Almanaxın elmi redaktoru AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Birinci cildin redaksiya heyətinə akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nüşabə Araslı (elmi məsləhətçi), professor İmamverdi Həmidov, dosent Aygün Bağırlı, dosent Zəhra Allahverdiyeva (məsul redaktor) daxildir. Nəşrin məsul katibi Hürinisə Bəşirova, koordinatoru Məsumə Nuriyevadır. Daha ətraflı »

  • 07Янв
    Mədəniyyət Комментарии к записи Gəncədə Cavad xanın xatirəsi yad edilib отключены

    Gəncədə Cavad xanın rus qoşunlarına qarşı qeyri-bərabər döyüşdə həlak olmasının növbəti ildönümü ilə əlaqədar anım mərasimi təşkil olunub. Cavad xanın türbəsi önündə baş tutan anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət Vəkilləri Naqif Həmzəyev və Pərvin Kərimzadə, AMEA-nın Gəncə Regional bölməsinin sədri Fuad Əliyev, şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tədbirdə Gəncənin sonuncu xanı, Ziyadoğlular nəslinin nümayəndəsi Cavad xanın  şücaətindən söz açılıb, onun bütün Azərbaycan xalqının qürur mənbəyi olduğu bildirilib. Qeyd olunub ki, Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan 1804-cü ilin yanvarında general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə, oğulları ilə birlikdə qəhrəmancasına həlak olub. Daha ətraflı »

  • 28Дек
    Mədəniyyət Комментарии к записи Bu gün Beynəlxalq Kino Günüdür отключены

    Dekabrın 28-də dünyada Beynəlxalq Kino Günü qeyd olunur.

    1895-ci il dekabrın 28-də Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər. Filmlərin arasında 46 saniyəlik “Fəhlələrin Lümyer fabrikindən çıxması” filmi də var idi.

    Lümyer qardaşları hesab edirdilər ki, kino həyat səhnələrinin nümayişindən başqa bir şey deyil və olmayacaqdır. Ona maraq tezliklə sönəcəkdir. Lakin bəşəriyyət xroniki sinematoqraf xəstəliyinə tutuldu. Kino körpə uşaq kimi, əvvəlcə danışa bilmirdi. Tamaşaçıları aktyorların hərəkətləri, üz-gözünü büzməsi ilə əyləndirirdi.

    Çoxları kinonun yaranması ilə teatrın məhv olacağını deyirdi. Yaxşı ki, həyat bu ehtimalı təkzib etdi. Siyasəilər kinonun böyük gücə malik olmasını hamıdan əvvəl anlamışlar. Onlar Lümyer qardaşlarının ixtirasının köməyi ilə kütlələrə təsir etməyin mümkün olduğunu görürdülər. Daha ətraflı »

  • 07Ноя
    Mədəniyyət Комментарии к записи Gəncədə “Sovet dövründə Türkiyəni Vətən seçənlər” mövzusunda fotosərgi keçirilib отключены

    Sərgi Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Türkiyənin Gəncədəki konsulluğunun birgə təşkilatçılığı ilə baş tutub. Sərgi Urban mərkəzində nümayiş etdirilib.

    Tədbirdə Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, şəhər ziyalıları və KİV nümayəndələri iştirak edib. Baş konsul qonaqları salamayaraq bildirib ki, sərgini məqsədi  Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra vətənimizdən mühacir etmiş ziyalılarımızın, dövlət xadimlərimizin fəaliyyətini işıqlandırmaqdır. Zeki Öztürk: “Bununlada biz, Ulu öndər Heydər Əliyevin “İki dövlət, bir millət” ifadəsinə əsaslanaraq iki cəmiyyət arasındakı mədəni əməkdaşlığı inkişaf etdirərək, ortaq milli dəyərlərimizə sahib çıxırıq”. Daha ətraflı »

  • 28Окт
    Mədəniyyət Комментарии к записи EMİN Gəncədə minlərlə pərəstişkarı qarşısında konsert proqramı ilə çıxış edib отключены

    Oktyabrın 27-də Azərbaycanın Xalq artisti, tanınmış müğənni-bəstəkar EMİN Gəncədəki Heydər Əliyev Park Kompleksində konsert proqramı ilə çıxış edib.

    Konsertdə EMİN tamaşaçılar qarşısında məşhur hitlərini səsləndirib. Bunların sırasında, AMOR, “Nejnaya”, “Sinaya vecnost”, “Azərbaycanım” və digər sevilən mahnıları olub.

    Konsert Gəncə sakinlərinin böyük coşqusu və alqışları ilə qarşılanıb. Gəncədə ilk dəfə çıxış etdiyini deyən EMİN konsertdəki gözəl atmosferə görə pərəstişkarlarına minnətdarlığını bildirib.

    Qeyd edək ki, EMİN peşəkar musiqi karyerasına 2006-cı ildə başlayıb. Həmin ildə onun “STILL” adlı birinci studiya albomu çıxıb. Rusiyada bu diskin 70 000, MDB üzvü olan digər ölkələrdə isə 30 000 surəti satılıb. Debüt albomunun uğurundan sonrakı üç il ərzində EMİN daha üç ingilisdilli disk buraxıb: “Incredible” (2007-ci il), “Obsession” (2008-ci il) və “Devotion” (2009-cu il). Onların hər biri Moskvada və Bakıda canlı konsertlərlə müşayiət olunub. Daha ətraflı »

  • 23Окт
    Mədəniyyət Комментарии к записи AYB-nin Gəncə bölməsində “Nəsimi günü” adlı tədbir keçirilib отключены

    AYB-nin Gəncə bölməsində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş “Nəsimi günü” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-nin Gəncə bölməsinin sədri, şair-dramaturq, Əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova tədbirin əhəmiyyətindən danışıb.

    İmadəddin Nəsimi dühasının 650 ildir bəşəriyyəti heyran etdiyini söyləyən X.Hüseynova şairin həyatı və yaradıcılığı haqqında məlumat verib.

    Birinci vitse-prezident Mehriban Əliyevanın dahi mütəfəkkirin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə Gəncəbasar yazarlarının da qoşulacağını vurğulayıb.

    Yazıçı, Əməkdar jurnalist Qərib Mehdi, yazıçı-publisist Nüşabə Əsəd Məmmədli çıxışlarında Nəsimi təfəkküründən doğulan əsərlərin mahiyyətinin hələlik tam açılmadığını bildirib, Nəsiminin hər misrası üzərində düşünməyin lazım olduğunu diqqətə çatdırıblar. Daha ətraflı »

  • 23Окт
    Mədəniyyət Комментарии к записи Emin Ağalarov Gəncədə! отключены

    Hörmətli Gəncə sakinləri və şəhərimizin qonaqları, 27 oktyabr 2019-cu il tarixdə saat 19.00-da Gəncədəki Heydər Əliyev Park-kompleksində Azərbaycanın Xalq artisti Emin Ağalarovun solo konserti keçiriləcək. Konsert zamanı muğənni məşhur hitlərini təqdim edəcək. Giriş sərbəstdir. Hər birinizi konsert proqramına dəvət edirik. Hörmətlə, Gəncə Şəhər İcra Hakimiyyəti.

    Daha ətraflı »

  • 17Окт
    Mədəniyyət Комментарии к записи Gəncədə “18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü” münasibətilə flaşmob təşkil edilib отключены

    Gəncə Musiqi Kollecinin tələbələri “18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü” münasibətilə flaşmob təşkil ediblər. Flaşmob Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü və dəstəyi ilə reallaşıb. “Ganja Mall” ticarət mərkəzində baş tutan musiqili flaşmobda 100-dən artıq tələbə iştirak edib.

    Gəncə Musiqi Kollecinin 70-dən artıq tələbəsi bir araya gələrək, müxtəlif musiqi alətlərində, Azərbaycanın xalq və bəstəkar mahnılarını, milli rəqslərini ifa ediblər. 30-dan artıq tələbə isə Azərbaycan bayrağının rənglərini özündə əks etdirən geyimlərdə rəqs ediblər. Onların təqdim etdikləri “Yallı” rəqsi isə xüsusi maraq və alqışlarla qarşılanıb. Daha ətraflı »

Səhifə 5 - 6«...23456