Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 16Июл
    Hadisə Комментарии к записи Müdafiə Nazirliyi: Ermənistana məxsus taktiki PUA məhv edilib отключены

    Bu barədə məlumatı Müdafiə Nazirliyi bildirib.
    İyulun 16-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri «X-55» taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

    Daha ətraflı »

  • 16Июл
    Hadisə Комментарии к записи Vaqif Dərgahlı: Azərbaycan tankı vurulmayıb отключены

    Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyanın guya Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan tankının vurulduğu barədə yaydığı məlumatı təkzib edib.

    “Bu yanlış məlumatdır. Azərbaycan Ordusunun bütün tankları sıradadır.

    Daha ətraflı »

  • 15Июл
    Hadisə Комментарии к записи Düşmənin növbəti hərbi obyekti darmadağın edildi — VİDEO отключены

    Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin dəqiq zərbəsi ilə Ermənistan silahlı qüvvələrinə məxsus növbəti bölüyün dayaq məntəqəsi darmadağın edilib.

    Daha ətraflı »

  • 14Июл
    Hadisə Комментарии к записи Ermənistan silahlı bölmələri Tovuzun Dondar Quşçu kəndini artilleriya atəşinə tutub отключены

    Bu barədə Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
    Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.
    Kənd sakinlərinə heç bir ziyan dəyməyib.

    Daha ətraflı »

  • 13Июл
    Hadisə Комментарии к записи FHN Gəncədəki partlayışla bağlı məlumat yaydı отключены

    Fövqəladə Hallar Nazirliyinin (FHN) «112» qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

    FHN-dən verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

    Daha ətraflı »

  • 13Июл
    Hadisə Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 70 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 70 dəfə pozub.
    Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Daha ətraflı »

  • 13Июл
    Hadisə Комментарии к записи Cəbhədə döyüşlər davam edir, Azərbaycan Ordusunun baş leytenantı şəhid olub отключены

    Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
    «Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

    Daha ətraflı »

  • 12Июл
    Hadisə Комментарии к записи Güclü yağış Gəncədə bir sıra fəsadlar törədib отключены

    Bu gün səhər saatlarından yağmağa başlayan güclü yağış Gəncənin Məhsəti qəsəbəsi və Gülüstan yaşayış massivində bir sıra fəsadlar törədib.
    Yağış suları evlərin zirzəmisinə dolub və həyətləri su basıb. Yaranmış problemin həlli istiqamətində aidiyyatı qurumlar tərəfindən təxirəsalınmaz tədbirlər görülüb. Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları gün ərzində sözügedən ərazilərdə evlərin zirzəmilərinə dolan suyun çəkilməsi istiqamətində iş aparıblar.
    Gəncənin Gülüstan yaşayış massivində isə iş hazırda da davam edir.

    Daha ətraflı »

  • 04Июн
    Hadisə Комментарии к записи Gəncədə əl qumbarası və patronlar tapılıb отключены

    Agentliyin mütəxəssisləri və Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları əraziyə baxış keçiriblər.
    İyunun 3-də saat 14:05-də Daxili İşlər Nazirliyinin 102 — Zəng Mərkəzi Sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncədə Nizami Gəncəvi küçəsi 1-ci döngə ev 20 “A” ünvanında qazıntı işləri aparılarkən silah və əl qumbarasının tapılması barədə məlumat daxil olub.
    ANAMA-dan bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin və Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (TTTYS) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Daha ətraflı »

  • 27Май
    Hadisə Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
    Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Ağdam rayonunun işğal altında olan Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

    Daha ətraflı »