Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 22Фев
    Hadisə Комментарии к записи Xocalı soyqırımı insanlığa qarşı cinayətdir отключены

    Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

    Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçişovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixietnik torpaqlarından qovulması sovet dövründə davam etmişdir1948-1953- illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın KürAraz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Daha ətraflı »

  • 22Фев
    Hadisə Комментарии к записи Ermənistan silahlı qüvvələri sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 19Фев
    Hadisə Комментарии к записи Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 21 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Daha ətraflı »

  • 17Фев
    Hadisə Комментарии к записи Azərbaycanın hərbi qulluqçusu şəhid olub отключены

    Düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub...

    Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. 

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.

    Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir! Daha ətraflı »

  • 12Фев
    Hadisə Комментарии к записи Gəncədə yeraltı keçidə ziyan vurmuş şəxslər ifşa olundu отключены

    Gəncənin Şah İsmayıl Xətai prospektində (Azərbaycan Texnologiya Universitetinin qarşısında) yerləşən piyada keçidinin tavan hissəsi bir qrup şəxs tərəfindən yararsız hala salınıb. Keçiddə quraşdırılmış müşahidə kameraları vasitəsi ilə həmin şəxslərin Gəncə şəhər sakinləri Z.İ və N.M olduğu müəyyən edilib. Kəpəz Rayon Polis İdarəsi tərəfindən həmin şəxslər barəsində ictimai əmlaka ziyan vurduqları üçün müvafiq qaydada inzibati tədbir görülüb.

    Qeyd edək ki, Gəncədə olan piyada keçidləri “Təhlükəsiz şəhər” kameraları vasitəsi ilə 24 saat ərzində müşahidə olunur.

    Şəhər əhalisindən bu cür hərəkətlərə yol verən şəxslərin əməllərinə biganə qalmamaq və hər hansı bir dövlət əmlakına ziyan vurulması faktlarına etinasız yanaşmamaq xahiş olunur.  Bu cür faktlarla üzləşdikdə şəxslərin vətəndaş mövqeyindən çıxış etmələri, eyni zamanda “102” Xidmətinə məlumat vermələri tövsiyyə olunur. Daha ətraflı »

  • 12Фев
    Hadisə Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 07Фев
    Hadisə Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Ağdam rayonunun işğal altında olan Baş Qərvənd, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Daha ətraflı »

  • 05Фев
    Hadisə Комментарии к записи Düşmən atəşkəs rejimini 20 dəfə pozub отключены

    Atəşkəs rejimi 20 dəfə pozulub.

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Daha ətraflı »

  • 21Янв
    Hadisə Комментарии к записи Düşmən atəşkəs rejimini 22 dəfə pozub отключены

    Sutka ərzində atəşkəs rejimi 22 dəfə pozulub.

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

    Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 03Дек
    Hadisə Комментарии к записи Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbədə top mərmisi aşkarlanıb отключены

    Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

    Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Gəncə şəhəri ərazisində Kəlbəcər rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbənin ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

    Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Daha ətraflı »