08Сен
Ölkəmizin hər bir bölgəsində olduğu kimi Gəncədə də Vətən müharibəsi zamanı canlarından keçən şəhid ailələri daim diqqət mərkəzindədirlər.
Bu günlərdə Rəşad Ələkbərov, İsmayıl Mustafayev, İlkin Əsgərov, Murad İbrahimov, Xuduş Kazımov, Rəşad Məmmədov, Aydın Rüstəmov, Cavid Əliyev, Qəzənfər Məmmədov, Turxan Məmmədov və Anar Məmmədov kimi igidlərin doğum günləri qeyd olunub. Bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin, Komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun və yerli dini icmaların əməkdaşları sözügedən şəhidlərin ailələrini ziyarət ediblər.
Daha ətraflı »
02Апр
“Regional inkişaf üzrə maarifləndirmə” İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi və UNICEF ilə birgə “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində “Gəncə şəhərində və Ağcabədi rayonunda icma əsaslı məktəbəqədər təlim mərkəzlərinin yaradılması” layihəsinin icrasına başlayıb.
Həyata keçirilən layihə çərçivəsində Gəncə şəhərində, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Qərargah qəsəbəsində və Ağcabədi rayonunun Qaravəlli və Rəncbərlər kəndlərində icma əsaslı məktəbəqədər təlim mərkəzləri təşkil olunub. Təlim mərkəzlərində 3-5 yaşlı uşaqlar üçün həftədə 3 dəfə olmaqla, qrup məşğələləri keçirilir və 100 nəfər uşaq bu mərkəzlərin fəaliyyətindən bəhrələnirlər.
Daha ətraflı »
06Ноя
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Gənclər təşkilatlarından ibarət ictimai nəzarət qruplarının vətənpərvərlik istiqamətində fəaliyyəti” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Gələcəyə Körpü GİB-nin üzvlərindən ibarət İctimai Nəzarət qrupları əhali, xüsusilə gənclər arasında maarifləndirmə aparırlar.
Məlum olduğu kimi, Azərbaycan işğalçı Ermənistan ordusu ilə yanaşı, gözəgörünməz düşmən olan COVİD-19 pandemiyası ilə də mübarizə aparır. İctimai Nəzarət qrupları arxa cəbhədə əhalinin hər iki mövzuda maarifləndirilməsinə dəstək olurlar.
Daha ətraflı »
18Сен
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib. Sentyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev QHT-hökumət dialoqu çərçivəsində sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən 96 QHT-nin rəhbəri ilə görüş keçirib.
Bildirilib ki, görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şuranın daim sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərin
Daha ətraflı »
25Авг
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə birgə elan etdiyi müsabiqədə “Təmas” Regional İnkişaf İctimai Birliyinin “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacaq) dəstəklənməsi» layihəsinin icrası davam edir.
Layihənin məqsədi Azərbaycanın qərb bölgəsində insan alveri qurbanları və potensial qurbanlara mütəmadi yardımların təmin olunması “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacagının)” fəaliyyətiin dəstəklənməsidir.
Daha ətraflı »
15Июл
Təşəbbüsün məqsədi xüsusən həssas icmalarda yaşayan vətəndaşların iştirakçılıq bacarıqlarının gücləndirilməsi, bu istiqamətdə səmərəli təşviqat və ictimai vəkillik işinin təşkili idi.
Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi — Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində Qərb bölgəsində «Həssas icmalarda ictimai maarifləndirmə, peşəkar hüquqi yardım və məhkəmədə müdafiə» adlı təşəbbüs yekunlaşmaq üzrədir.
Daha ətraflı »
30Июн
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə qanuna yeni 24-3-cü maddə ( Qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsinin elektron müraciət əsasında aparılması) əlavə olunur.
Daha ətraflı »
28Дек
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Təmas” Regional İnkişaf İctimai Birliyi oktyabr ayından etibarən Gəncə şəhərində “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacagının) potensialının artırılması” layihəsinin icrasını yekunlaşdırır.
Layihənin əsas məqsədi qərb bölgəsində insan alveri və insan alverinin potensial qurbanlarına mütəmadi yardımların təmin olunması, onların ehtiyaclarının ödənilməsi,müvəqqəti sığınacaqla təmin olunması, təhlükəsiz mühitin yaradılması, bunlarla yanaşı sığınacağın potensialının gücləndirilməsidir. Daha ətraflı »
16Окт
Layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.
“Təmas” Regional İnkişaf İctimai Birliyi may ayından etibarən Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Insan alveri və potensial insan alveri qurbanlarına xidmət göstərən Regional Rabilitasiya-Reinteqrasiya Mərkəznin dəstəklənməsi” layihəsinin icrası oktyabr ayında yekunlaşır.
Əsas məqsədi insan alveri və məişət zorakılığından əziyyət çəkən qadın və uşaqları, sosial riskli ailələrdən olan şəxsləri, sənədsiz insanlari mütəmadi yardımlarla təmin etmək olan Mərkəzə müraciət edən şəxslər təhlükəsiz sığınacaqla təmin olunur, onlara pulsuz hüquqi, psixoloji yardımlar göstərilir və digər sosial xidmətlər təklif olunur. Layihənin icrası dövründə Mərkəzdən (sığınacaq) həssas vəziyyətdə olan 193 nəfər qadın və uşaq yararlanıb. Onlardan10 nəfəri insan alverinin, 2 nəfəri insan alverinin ehtimal olunan qurbanı, 181 nəfəri isə insan alverinin potensial qurbanları olublar. Onlardan 92 nəfəri qadın, 101 nəfəri isə uşaq olub. (74 oğlan, 57 qız). Daha ətraflı »
02Окт
Gəncə Regional Qadın Mərkəzi tərəfindən “Qadınların Liderliyi üzrə Yay məktəbi” layihəsi həyata keçirilib. Layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin və Counterpart İnternəşnl təşkilatı tərəfindən maliyyələşdirilib. Layihənin əsas məqsədi gənc qızların müəyyən ixtisas üzrə təhsil aldıqdan sonra müxtəlif sahələrdə iştirakçılığının artırılmasına ictimai vəkillik etməkdir.
Layihədə əsas hədəf qrupları gənc qızlar olub. Müraciət edən 96 qızdan 15 nəfəri layihəyə cəlb edilib. Yay məktəbində Bakı, Gəncə, İmişli, Ağdam, Kəlbəcər, Göygöl, Goranboy, Mingəçevir və Şəmkirdən olan gənc xanımlar iştirak ediblər. Göygöl rayonunun Toğana kəndində təşkil olunan 10 günlük düşərgədə qızlar liderlik, şəxsi və peşəkar inkişaf, gender hüquqarı, marketing, ictimaiyyətlə əlaqələr, biznes bilikləri əldə ediblər. Daha ətraflı »
Yeni ismarıclar