Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 27Май
    İdman Комментарии к записи Gəncəli şahmatçılar İpək Yolu Kubokunda çıxış edirlər отключены

    26 may Gürcüstanın Müstəqillik günü və 28 may Azərbaycanın Respublika günü münasibətilə şahmat üzrə «İpək Yolu Kuboku» keçirilir. Yarışda 54 şahmatçı mübarizə aparır. Onlar arasında Gəncə şahmat məktəbinin yetirmələri də yer alıb.
    İpək Yolu Kubokunda Nizami yurdunun iki iti zəka sahibi qüvvəsini sınayır. Yarışa qatılacaq Azərbaycan şahmatçılarının sırasında Vüqar Rəsulov və Ülviyyə Fətəliyeva yer alıb.

    Daha ətraflı »

  • 11Май
    İdman Комментарии к записи Gəncədə intellektual oyun üzrə onlayn turnir keçirilib отключены

    «Nə? Harada? Nə zaman?» intellektual oyunu «Ümummilli Lider Heydər Əliyevin 97-ci ildönümü»nə həsr edilib. Oyun Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncə Gənclər Evi və Gəncə İntellektual Klubunun birgə təşkilatçılığı ilə reallaşıb.
    «Zoom» proqramı vasitəsilə keçirilən onlayn turnirdə iştirak etmək və öz intellektini sınamaq üçün 20-dən çox gənc qeydiyyatdan keçmişdir.

    Daha ətraflı »

  • 23Апр
    İdman Комментарии к записи Gənclər və İdman Baş İdarəsinin rəisi online müşavirədə iştirak edib отключены

    Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən onlayn müşavirə keçirilib. 70-dən çox şəhər, rayon gənclər və idman idarələrinin rəhbərlərinin qatıldığı onlayn müşavirədə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov da iştirak edib. Onlayn görüşdə çıxış edən Gənclər və İdman Naziri Azad Rəhimov ilk olaraq ölkədə COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən söz açıb.

    Daha ətraflı »

  • 17Апр
    İdman Комментарии к записи Müşfiq Cəfərov: «Oyunçular fiziki göstəricilərini qorusalar, çətinliklə üzləşməzlər» отключены

    Koronavirus pandemiyası həyatın bütün sahələrinə, o cümlədən idmana öz mənfi təsirini göstərməkdədir. Planetimizdə bütün idman yarışları təxirə salınıb. Bu siyahiya Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları başçılıq edir. Son illərdə dünya idmanının mərkəzlərindən birinə çevrilən doğma Azərbaycanımızın da ev sahibliyi etməli olduğu turnirlər təxirə salınıb.

    Daha ətraflı »

  • 05Мар
    İdman Комментарии к записи «Kəpəz» PFK-nın baş məşqisi Fuad İsmayılov əməkdar məşqçi fəxri adına layiq görülüb отключены

    “5 Mart Bədən Tərbiyəsi və İdman günü” münasibəti ilə bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bir sıra idman mütəxəssislərinin mükafatlandırma mərasimi baş tutub.

    Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslərin iştirak etdiyi tədbirdə “Kəpəz” PFK-nın U-9 komandasının baş məşqçisi Fuad İsmayılov əməkdar məşqçi fəxri adına layiq görülüb.

    Klubun kollektivi bu münasibət ilə təcrübəli mütəxəssisi təbrik edir, fəaliyyətində yeni-yeni uğurlar arzulayır. Daha ətraflı »

  • 07Янв
    İdman Комментарии к записи 2019-cu il Gəncə idmanı üçün uğurlu olub отключены

    2019-cu ildə Nizami yurdunun əsas idman uğuru Avropanın İdman şəhəri tituluna layiq görülməsi olub. Buna görə ilboyu kütləvi idman tədbirləri, beynəlxalq səviyyəli turnirlər, respublika əhəmiyyətli yarışlar, o cümlədən 5 mart Bədən Tərbiyəsi və İdman günü ölkənin ikinci böyük şəhərində keçirilib.

    2019-cu ildə Gəncə idmançıları 10 beynəlxalq turnirdə 15 qızıl, 12 gümüş, 16 bürünc, 8 Avropa birinciliyində 3 qızıl, 4 gümüş, 3 bürünc, 5 dünya birinciliyində 16 qızıl, 5 gümüş, 6 bürünc, Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında 1 qızıl, Avropa Gənclər Yay Olimpiya Festivalında 2 qızıl və 1 gümüş medal, ümumilikdə 84 medal qazanıblar.

    Ölkəmizi beynəlxalq səviyyəli yarışlarda təmsil edib bayrağımızı yüksəldən, himnimizi səsləndirənlər sırasında sərbəst güləşçi Turan Bayramovu xüsusi qeyd etmək lazımdı. Bayramov gənclər arasında Avropa çempionu, 23 yaşadək güləşçilərin mübarizəsində dünya çempionu olub. Perspektivinə böyük ümidlər bəslənilən pəhləvanın 2024-cü il Paris Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edəcəyi gözləniləndi. Daha ətraflı »

  • 28Дек
    İdman Комментарии к записи Azad Rəhimov Gəncə şəhər stadionundakı vəziyyətlə bağlı danışıb отключены

    “Bütün regionlardan gələn sifarişlər bizdə var".

    Bunu Gənclər və İdman naziri Azad Rəhimov 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O, Sumqayıt və Gəncə stadionlarında təmir işləri müvafiq icra hakimiyyətinə təqdim olunduğunu bildirib. “Bütün regionlardan gələn sifarişlər bizdə var. Məsələn, Qəbələnin Vəndam kəndində idman zalı yoxdur. Bizə gələn sifarişləri İqtisadiyyat Nazirliyinə göndəririk. Onlar da harada tikintinin aparılmasına qərar verirlər. Sumqayıt və Gəncə stadionlarında təmir işləri müvafiq icra hakimiyyətinə təqdim olunub. Gəncədə Olimpiya Mərkəzinin yanında 20 min nəfərlik stadionun tikintisi planlaşdırılırdı. Amma sonradan köhnəsinin yenilənməsi qərara alındı”. t-variant: normal; letter-spacing: normal; orphans: auto; text-align: start; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 1; word-spacing: 0px; -webkit-text-stroke-width: 0px; background-color: rgb(255, 255, 255);">“Bütün regionlardan gələn sifarişlər bizdə var". Daha ətraflı »

  • 26Ноя
    İdman Комментарии к записи Gəncədə Azərbaycan Olimpiya Odisseyası adlı tədbir keçirilib отключены

    Tədbir Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində baş tutub. "Azərbaycan Olimpiya Odisseyası" adlı tədbir olimpiya çempionu Toğrul Əsgərova həsr edilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, "Azərbaycan İdman Könüllüləri" İB-nin sədri Miraqil Seyidzadə, şəhər Gənclər və İdman baş idarəsinin direktoru Müşfiq Cəfərov, "Olimpiya Odisseyası" layihəsinin müəllifi Arzu Qulamov və Toğrul Əsgərovun məşqçisi Elçin Zeynalov iştirak ediblər.

    Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, iştirakçıları şəhər rəhbəri Niyazi Bayramovun adından salamayaraq sağlam həyat tərzində idmanın rolunun danılmaz rolu olduğunu bildirib. O qeyd edib  ki, gənclərimizin idmanla mütamadi məşğul olması, onların sağlam böyüməsinə şərait yaradır və  beləliklə vətənimizə Toğrul Əsgərov kimi çempionlar bəxş edir.  Daha ətraflı »

  • 18Ноя
    İdman Комментарии к записи Gəncədə uşu üzrə respublika turnirinə start verilib отключены

    Noyabrın 17-də Gəncə Olimpiya İdman Kompleksində uşunun sanda növü üzrə yeniyetmələr, gənclər və böyüklər arasında respublika turnirinə start verilib.

    Gənclər və İdman Nazirliyinin və Azərbaycan Uşu Federasiyasının birgə təşəbbüsü ilə keçirilən yarışda 200ə yaxın idmançı iştirak edir. Daha ətraflı »

  • 05Ноя
    İdman Комментарии к записи Gəncə şahmatçısının tərkibində olduğu komanda Ermənistan yığmasını məğlub edib отключены

    Qadınlardan ibarət Azərbaycan milli yığma komandası 24 oktyabr-02 noyabr 2019-cu il tarixlərdə Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa komanda çempionatında böyük uğura imza atıb. 

    Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Beynəlxalq Qrossmeyster Ülviyyə Fətəliyevanın da tərkibində olduğu komanda çempionatının son turunda Ermənistan komandasını məğlub edərək bürünc medal qazanıb. Ülviyyə Fətəliyeva Mariya Gevorqyanl xalı yarı bölüb. Günay Məmmədzadə Lilit Mkrtçyanı məğlub edib,  Xanım Balacayeva Elina Danielyan, Gülnar Məmmədova isə Anna Sarqsyanla xalı yarı bölüblər. Daha ətraflı »