Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 01Ноя
    İdman Комментарии к записи Olimpiya komplekslərində Bayraq günü münasibətilə aksiyalar keçiriləcək отключены

    9 noyabr — Bayraq günü münasibətilə Gənclər və İdman Nazirliyi ölkə gənclərinin iştirakı ilə “İradənlə qalib gəl!” şüarı altında müxtəlif aksiyalara start verəcək.

    Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın  verdiyi məlumata görə, ilk aksiya noyabrın ilk 3 günündə Gənclər və İdman Nazirliyinin tabeliyində olan 34 Olimpiya İdman Kompleksində (OİK) keçiriləcək.

    Həmin OİK-lər bunlardır: Abşeron OIK, Ağcabədi OIK, Ağdam OİK, Ağdaş OİK, Astara OİK, Balakən OİK, Beylaqan OİK, Biləsuvar OİK, Cəlilabad OİK, Füzuli OİK, Gəncə OİK, Göyçay OİK, Göygöl OIK, Hövsan OİK, Xaçmaz OİK, İmişli OİK, İsmayıllı OİK, Kürdəmir OİK, Qax OİK, Qazax OİK, Qəbələ OİK, Qobustan OIK, Qusar OİK, Lənkəran OİK, Oğuz OİK, Saatlı OİK, Sabirabad OİK, Sumqayıt OİK, Şağan OİK, Şəki OİK, Şəmkir OİK, Şirvan OİK, Tovuz OİK, Zaqatala OİK.  Daha ətraflı »

  • 28Окт
    İdman Комментарии к записи Gəncədə velosiped yürüşü keçirilib отключены

    Oktyabrın 27-də Gəncə şəhərində velosiped yürüşü keçirilib. “Regional İnkişaf” İctimai Birliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Gəncə – 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi sağlam həyat tərzinin təbliği, regionlarda velosiped idmanının təşviqi olub.

    Veloyürüş Gəncə şəhəri Dəmiryol Vağzalının qarşısından start götürüb və Gəncə şəhər İcra Hakimiyyətinin önünədək davam edib. Yürüşdə yüzlərlə Gəncə sakini iştirak edib.

    Finişdə Gəncə şəhərinin aztəminatlı ailələrdən olan məktəblilərə velosiped hədiyyə olunub. Qeyd edək ki, veloyürüş layihəsi çərçivəsində ümumilikdə aztəminatlı ailələrdən olan 100 uşağa velosiped hədiyyəsi nəzərdə tutulub. Daha ətraflı »

  • 25Окт
    İdman Комментарии к записи Gəncə idmançıları dünya çempionatında yüksək nəticə əldə ediblər отключены

    Bu münasibətlə gənc idmançılar Fidan Yusifova və Zaur Məmmədovla görüş keçirilib.

    Gəncə şəhər Gənclər və İdman Baş İdarəsində Kiyevdə kombat ciu-citsu idmanı üzrə gənclər və yaşlılar arasında dünya çempionatında yüksək nəticə əldə edən Gənc idman məktəbinin yetirmələri Fidan Yusifova və Zaur Məmmədovla görüş keçirilib.

    Görüşdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, şəhərin idman ictimaiyyəti iştirak edib.

    Ölkəmizdə bütün sahələrdə olduğu kimi idman sahəsində də qazanılan böyük uğurlardan danışan Müşfiq Cəfərov bildirib ki, Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Daha ətraflı »

  • 25Окт
    İdman Комментарии к записи “Oyun Karvanı Azərbaycanda” layihəsi Gəncədə отключены

    Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyası, Azərbaycan Məktəb İdmanları Federasiyası, Azərbaycan İdman Könüllüləri və Mehriban Dost layihəsinin təşkilati dəstəyi ilə start götürən “Oyun Karvanı Azərbaycanda” layihəsi qədim Gəncədə davam edib.

    Ölkəmizin 7 rayonunu əhatə edən “Oyun Karvanı Azərbaycanda” layihəsi Heydər Əliyev Park Kompleksinin girişində ucaldılan möhtəşəm “Zəfər Tağı”nda balacaları ətrafına toplayıb. Tədbirdə Azərbaycan və Türkiyə rəsmiləri, media nümayəndələri, gənclər iştirak ediblər.

    Azərbaycanda ənənəvi uşaq oyunlarının yenidən inkişafına təkan vermək məqsədi ilə keçirilən layihə uşaqların asudə vaxtını əyləncəli keçirməsinə imkan yaradıb. Tədbirdə rəsmi qonaqlar da əylənib. Əyləncədə ən çox pay isə təbii ki, uşaqların qismətinə düşüb. Daha ətraflı »

  • 23Окт
    İdman Комментарии к записи Gəncə paralimpiyaçıları 3 qızıl və 2 gümüş mükafatla birinci olublar отключены

    Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin idman dərslərindən bəhrələnən 5 idmançı – Nurlan Babacanov, Əli Sahib Babacanov, Samir Atakişiyev, Asif Vəliyev və Məhərrəm Qasımov Respublikanın əməkdar məşqçi müəllimi Natiq Əliyev rəhbərliyi ilə daha bir möhtəbər yarışda iştirak ediblər.

    Bakı şəhərində Parapauerliftinq üzrə açıq respublika çempionatında qüvvələrini sınayan Gəncə paralimpiyaçıları 3 qızıl və 2 gümüş mükafatla birinci olublar. Daha ətraflı »

  • 23Окт
    İdman Комментарии к записи Gəncədə velosiped yürüşü keçiriləcək отключены

    “Regional İnkişaf” İctimai Birliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Gəncə – 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin birgə təşkilatçılığı ilə keçiriləcək veloyürüş saat 16:00-da Gəncə şəhəri Dəmiryol Vağzalının qarşısından start götürəcək, Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında başa çatacaq.

    Tədbirin məqsədi sağlam həyat tərzinin təbliği, regionlarda velosiped idmanının təşviqidir.

    Xatırladaq ki, Gəncə, eyni zamanda ötən ilin may ayında 2019-cu ilin Avropa İdman Şəhəri elan edilib. Bu titulu MDB ölkələri arasında ilk dəfə Gəncə şəhəri qazanıb. Daha ətraflı »

  • 16Окт
    İdman Комментарии к записи Badminton üzrə Gəncə birinciliyinə yekun vurulub отключены

    Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 18 Oktyabr — Azərbaycan Dövlət Müstəqilliyi Gününə həsr olunmuş badminton üzrə şəhər birinciliyi keçirilib.

    80 idmançının mübarizə apardığı birincilik 2003-2009-cu il təvəllüdlü qızlar və oğlanlar arasında təşkil olunub.

    Sonda hər yaş qrupunda ilk üç yeri tutan idmançılar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və fəxri fərmanla mükafatlandırılıblar. Daha ətraflı »

  • 10Окт
    İdman Комментарии к записи Gəncə paralimpiyaçıları Respublika Çempionatında qüvvələrini sınayacaqlar отключены

    Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin idman dərslərindən bəhrələnən 5 idmançı – Nurlan Babacanov, Əli Sahib Babacanov, Samir Atakişiyev, Asif Vəliyev və Məhərrəm Qasımov Respublikanın əməkdar məşqçi müəllimi Natiq Əliyev rəhbərliyi ilə daha bir möhtəbər yarışa hazırlaşırlar.

    Gəncə paralimpiyaçıları Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə 20.10.2019-cu il tarixdə Bakı şəhərində Para- pouerliftinq idman növü üzrə fiziki məhdudiyyətli idmançılar arasında keçiriləcək açıq Respublika Çempionatında qüvvələrini sınayacaq, qalib adı uğrunda mübarizə aparacaqlar. Daha ətraflı »

  • 02Окт
    İdman Комментарии к записи Azərbaycanda ilk dəfə budo festivalı keçiriləcək отключены

    Oktyabrın 5-də Azərbaycanda ilk dəfə budo — yapon döyüş sənətləri festivalı keçiriləcək.

    Tədbir aponiya səfirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin əməkdaşlığı ilə Bakı İdman Sarayında olacaq. Festivalda karate, cüdo, kendo, aikido, ciu-citsu, sumo kimi döyüş növlərinin nümayəndələri iştirak edəcəklər. Festivalın açılış mərasimində Yaponiya mədəniyyəti, mətbəxi, şirkətləri, idman federasiyaları və təşkilatlarının stend sərgisi təşkil ediləcək.

    Yapon mədəniyyətini və döyüş sənətlərini təbliğ etmək məqsədi daşıyan festival ziyarətçilərə müxtəlif döyüş sənətləri ilə tanış olmaq imkanı yaradacaq. Layihə çərçivəsində Yaponiya döyüş sənətinin 6 növü — aykido, karate, kendo, cüdo, ciu-citsu və sumo təqdim olunacaq. Daha ətraflı »

  • 30Сен
    İdman Комментарии к записи AAF-ın təşkilatçılığı ilə Gəncədə idman avtomobillərinin yarışı və şousu keçirilib отключены

    Sentyabrın 29-da Gəncə şəhərində Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “V1 Challenge Gəncə” — idman avtomobillərinin yarışı və şousu keçirilib. Heydər Əliyev Park Kompleksi ərazisində 20 mindən çox tamaşaçının izlədiyi yarış həyəcan dolu anlarla, maraqlı tryuklarla yadda qalıb.

     “V1 Challange Gəncə” yarışına “Volkicar”lar, kartinq və drift avtomobilləri, sportkarlar qatılıb.

    Tədbirdə tanınmış pilotlar – “Drift GP International” promouteri Neyl Qan, drift üzrə Almaniya çempionu Sebastian Fonteyn, “Drift All Stars European Series” yarışlarının qalibi Martin Riçards, “Drift GP International” yarışlarının texniki direktoru Antanas Kiquolis, eləcə də yerli drift və “Volkicar” pilotları çıxış ediblər.

    Avtoidman həvəskarları üçün “Volkicar”, drift və idman avtomobillərinin yürüşü, “Volkicar”ların yarışı, “Volkicar” və sportkarla “burnout”, drift şouları təqdim olunub. Daha ətraflı »