Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 23Июл

    Xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini, istək və arzularını, keşməkeşli həyatının bütün sahələrini daim öz səhifələrində əks etdirən və əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan Milli Mətbuatı cox şərəfli və zəngin inkişaf yolu keçib.
    Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, bu gün dövlət tərfindən Azərbaycan mətbuatının, jurnalistikanın sürətli, hərtərəfli inkişafına hər cür şərait yaradılıb.

    Milli Mətbuatımızın nümayəndələri də öz növbəsində milli və ümumubəşəri dəyərlərin təbliğində, xalqımızın tarixi keçmişinin öyrənilməsində, vətənpərvərlik hislərinin cəmiyyətə aşlanmasında, ölkəmizin müstəqillik illərində bütün sahələrdə əldə etdiyi uğurlu nəticələrin cəmiyyətə çatdırılması işində yaxından iştirak edirlər.
    Ən əsası isə Kütləvi İnformasiya Vasitələrimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında, düşmənə qarşı aparılan informasiya müharibəsində çox mühüm rol oynayırlar. Ermənistanın 12 iyuldan başlayaraq Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat barəsində həm ölkə daxilində həm də xaricdə obyektiv, düzgün məlumatların yayılmasında, ölkədə vətənpərvərlik ruhunun daha geniş təbliğ olunması istiqamətində Milli Mətbuat nümayəndələrinin yorulmadan çalışdıqlarının şahidi olduq.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşən, mübariz, cəsarətli Milli Mətbuat işçilərimizi bu əlamətdar gün münasibətilə təbrik edir, şərəfli və yorulmaz işlərində yeni-yeni uğurlar, möhkəm çan sağlığı və xoşbəxtlik arzulayıram.

    Səbuhi Sabiroğlu

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:28

İsmarıclar bağlıdır.