YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin nəzdində fəaliyyət göstərən “Müzakirə klubu” karantin rejimi qaydalarına uyğun olaraq onlayn formatda gəncləri ətrafına toplayır.
Gənclərin asudə zamanlarını səmərəli təşkil etmək, gənc liderlər yetişdirmək, vətəndaş cəmiyyəti quruculuğunda gənclərin rolunu artırmaq, eyni zamanda, yeni simaları üzə çıxarmaq və gənclərdə müzakirə mədəniyyətini formalaşdırımaq məqsədi ilə yaradılan klubda həftədə bir dəfə olmaqla fəal gənclər onlayn formatda toplaşacaqlar.
Müzakirəyə çıxarılan mövzular da klub üzvlərinin seçimləri əsasında olacaq.
“Müzakirə klubu”nun onlayn görüşündə gənclər”Sosial medianın mənfi və müsbət tərəfləri” mövzusunu müzakirə edəcək, fikir mübadiləsi aparacaqlar.
Müzakirədə iştirak etmək istəyənlər:
@yapgb.muzakireklub instagram səhifəsi
+994559479802 nömrəsi ilə əlaqə saxlaya bilərlər.