Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,788
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 28Окт
    425305050

    Ermənilərin Gəncəyə yönələn terror və hərbi cinayətlərdən bəhs edən “Mən Gəncəyəm” adlı sənədli film çəkilib. Filmdə Gəncədə yaşanan hadisələr, ilk dəfə bura gələn aktyorun apardığı müşahidə və qeydlər əsasında tamaşaçıya təqdim olunur. Erməni vəhşiliklərinin daha geniş auditoriyaya çatdırılması məqsədilə filmə ingilis dilində titrlar əlavə edilib.

    “Mən Gəncəyəm” filminin rejissoru Ramil Ağasıyev bildirib ki, oktyabrın 17-də növbəti dəfə Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutaraq dinc sakinləri hədəf alıb: “Bu hadisə media vasitəsi ilə dünyaya çatdırılsa da biz bunu film şəklində yerli və xarici dildə təqdim etmək istədik.

    Bildiyiniz kimi, düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – “Skad” raketlərindən atəşə tutması nəticəsində 15 nəfər həlak olub, 55 nəfər yaralanıb. 10 dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Bu terrordur. Dinc sakinlərin hədəf alınması düşmənin sağlam təfəkkürünün olmamasından xəbər verir. Biz, bu yaşanan hadisələri sənədli film şəklində təqdim etmək qərarına gəldik. Filmdə ilk dəfə Gəncəyə gələn aktyor Ziya Ağa bu hadisələri öz gündliyində qeyd edir. Əslində, bu, bir insanlıq faciəsidir”.

    Filmin quruluşçu operatoru Fahir Səmədoğlu, icraçı prodüseri Zamiq Əlövsətoğludur. Montajı isə Rasim Ramazanova məxsusdur.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 14:21

İsmarıclar bağlıdır.