Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,761
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 05Ноя
    001

    Artıq bir aydan çoxdur ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad olunması uğrunda həyata keçirilən uğurlu əks-hücum əməliyyatı davam edir. Azərbaycan Ordusu bu mübarizədə böyük qətiyyət və şücaət göstərir. Ön cəbhədə olduğu kimi, ölkəmiz informasiya cəbhəsində də mübarizə aparır.

    Sentyabrın 27-dən başlayaraq Prezident İlham Əliyev dünyanın ən aparıcı media qurumlarına müsahibələr verir, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırır. Diqqət çəkən məqam budur ki, Azərbaycan Ordusu cəbhədə yeni uğurlar əldə etdikcə, Qərbin təxribatçı jurnalistləri daha qərəzli suallar verir, prokuror ədası ilə danışırlar.

    Buna baxmayaraq, Prezident İlham Əliyev dünya səviyyəli liderə məxsus şəkildə böyük səbr, qətiyyət, soyuqqanlılıq nümayiş etdirir, onlara tarix, beynəlxalq hüquq dərsi keçir. Ölkə başçısı xarici mediaya verdiyi müsahibələrdə dəfələrlə təkrarlanan bir çox feyk xəbərləri təkzib etməli olur.

    Məsələn, Yaponiyanın “Nikkei” qəzetinə, Fransanın “Le Figaro”, Amerikanın “Fox News” informasiya agentliyinə müsahibələrində Cənab Prezident atəşkəsi Azərbaycanın yox Ermənistanın pozduğunu vurğulamasına baxmayaraq, Almaniyanın “ARD” televiziyasının müxbirinin bu barədə sualı təkrarlaması onun qeyri-peşəkarlığının və qərəzli yanaşmasının bariz nümunəsidir. Sözügedən müsahibə zamanı Prezident İlham Əliyev Azərbaycan arsenalında olan İsrail və Türkiyə dronları barədə jurnalistin təxribat xarakterli “Siz çox tutarlı və sərt cavab verdiniz. Nə üçün bu dəfə belə etdiniz? Bu, İsrail və Türkiyə dronlarına görə Azərbaycan Ordusunun üstün qüvvəyə malik olduğu üçün baş Verdi?”sualına da yenidən aydınlıq gətirməli olub.

    Prezident İlham Əliyev bildirib ki, İsrail dronları Azərbaycan Ordusunun arsenalında uzun illərdir ki, var: “Yeri gəlmişkən, onların bəziləri Ermənistanın işğal olunmuş bəzi torpaqlarımızın işğaldan azad edilməsi zamanı başladığı təxribata qarşı 2016-cı ildə istifadə olunmuşdur. Lakin o toqquşma Ermənistan dayandığına görə bir neçə gün davam etdi. Onlar bu dəfə də dayansaydılar, biz də dayanardıq. Lakin onlar dayanmadılar. Onlar bizə böyük ziyan vurmaq istəyirdilər. Onlar təmas xəttindən çox uzaqda yerləşən şəhərlərə raket atmağa başladılar və bizim mülki şəxslər arasında çoxlu qurbanlarımız var — bu vaxtadək 69 nəfər. Odur ki, biz özümüzü, xalqımızı müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər.

     Jurnalistin Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır? sualına İlham Əliyevin cavabı isə belə demək mümkünsə, sillədən fərqli deyildi: Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.

    Bütün bunlarla yanaşı, dövlət başçısı hər dəfə olduğu kimi, bu dəfə də atəşkəsi Azərbaycanın yox, Ermənistanın pozduğunu, ermənilərin deyil, azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını, Şuşada kilsənin məqsədyönlü vurulması xəbərinin yalan olduğunu, döyüş meydanında heç bir xarici döyüşçünün olmadığı diqqətə çatdırdı.

    Görünən odur ki, Qərbin aparıcı KİV-lərindən gəlmiş jurnalistlər faktları dəqiqləşdirmir, xristian təəssübkeşliyi edir, müsahibi ilə polemikaya girməyə cəhd edirlər. Sözsüz ki, bunlar media prinsiplərinə ziddir və bu faktlar bir daha Qərb media standartları deyilən təbliğatın mənasızlığını sübut edir.

    Gülnar Fazilqızı 

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:52

İsmarıclar bağlıdır.