Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 06Ноя
    QHT

    FB IMG 1604654612766Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Gənclər təşkilatlarından ibarət ictimai nəzarət qruplarının vətənpərvərlik istiqamətində fəaliyyəti” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Gələcəyə Körpü GİB-nin üzvlərindən ibarət İctimai Nəzarət qrupları əhali, xüsusilə gənclər arasında maarifləndirmə aparırlar.

    Məlum olduğu kimi, Azərbaycan işğalçı Ermənistan ordusu ilə yanaşı, gözəgörünməz düşmən olan COVİD-19 pandemiyası ilə də mübarizə aparır. İctimai Nəzarət qrupları arxa cəbhədə əhalinin hər iki mövzuda maarifləndirilməsinə dəstək olurlar.

    Belə ki, onlar şəhər sakinlərini sadəcə COVİD-19 pandemiyası və ondan qorunmağın yolları barədə deyil, həmçinin vətənpərvərlik, dezinformasiyanın və düşmən təxribatlarının yayılmasının qarşısının alınması, hərbi sirlərin yayılmasının ordumuz üçün törədə biləcəyi təhlükələr barəsində də maarifləndirirlər.

    Söhbət aparılan sakinlərə Azərbaycan Respublikasının üş rəngli dövlət rəmzi də təqdim edilir. 

    Qeyd edək ki, İctimai nəzarət qrupları Bakı və Gəncə ilə yanaşı, ölkənin daha 14 şəhər və rayonunda fəaliyyət göstərirlər.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:17

İsmarıclar bağlıdır.