Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,878
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 10Ноя
    Azərbaycanın Ordusunun işğal olunmuş ərazilərimizi azad etmək üçün keçirdiyi əməliyyatlarda qəhrəman əsgərlərimizlə yanaşı yeni nəsil döyüş alətləri də mühüm rol oynadı. Texnoloji yeniliklərin sürətlə inkişafda olduğu bir dövrdə müharibələrdə bu cür müasir silahlara malik olmadan uğurlu nəticə əldə etmək çox çətindir.

    Ordumuzun son döyüşlərində də Pilotsuz Uçuş Aparatlarından (PUA) geniş istifadə olundu. Düşmənin strateji nöqtlərinin koordinatlarının müəyyən edilməsi, zərbələr endirilməsi, hədəfin məhv edilməsinin videogörüntüsünün qeydə alınması və digər funksiyalaı ilə dronlar bizi qələbəyə daha çox yaxınlaşdırdı.

    “Report” Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına aid olan PUA-ları və onların taktiki-texniki xüsusiyyətlərini təqdim edir:

    İti qovan (Pilotsuz uçuş aparatı)

    İti qovan — Azərbaycanda istehsal olunan pilotsuz uçuş aparatıdır. Köhnə adı “Zərbə” olub.
    İstehsalı:

    Məmulatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

    “Zərbə” PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir. Həmçinin partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və canlı qüvvəyə qarşı effektivdir. Aparat əməliyyat baxımından xüsusi avadanlıqlarla təchiz edilmiş yüksək keçid qabiliyyətinə malik “K1-Zərbə” mobil xüsusi zirehli maşına quraşdırılıb və istənilən zaman düşmənə sarsıdıcı zərbə endirə bilər.

    Xüsusiyyətləri:

    Xüsusi mini optik kameralı
    Xüsusi elektron mühafizə sisteminə malik
    İstənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək

    Bayraktar TB2 (Pilotsuz Uçan Apararat)

    Bayraktar TB2 —Türkiyənin operativ-taktiki, orta yüksəklikdə uçan qırıcı milli pilotsuz döyüş (PUA) təyyarəsidir. “Baykar Makina” şirkəti tərəfindən istehal edilir. 17 dekabr 2015-ci il tarixində 2 Roketsan MAM-L idarəolunan raket atəş sınağında hədəfləri 100% dəqiqliklə vurmağı bacarmışdır. Sistem 2015-ci ildə Türkiyə Silahlı Qüvvələri arsenalına daxil edilmişdir. 10 saat hava qalır, 18.000 funt yüksəklik, 150 km rabitə radiusu əsas xüsusiyyətləridir. Tank əleyhinə raketlər və hava bombaları daşımaq qabiliyyətinə malikdir. Dörd raketlə silahlanan Bayraktar TB2 12 saatdan çox havada qala bilər. Bu, davamlı hava növbəsi keçirməyə və hədəfləri müəyyənləşdirdikdən sonra raketlər atmaq üçün cəbhə xəttinə sürətlə yaxınlaşmağa imkan verir. Reaksiya müddəti aviasiya ilə müqayisədə çox yüksək olur və bu az bir zaman müddətində mövcud olan hədəflərə təsirli bir şəkildə müdaxilə etməyi mümkün edir.

    Texniki göstəriciləri

    Dronun idarəetmə mərkəzi. Yarıya bölünmüş model.
    Uzunluq: 6.5 m
    Qanad genişliyi: 12 m
    Maksimum qalxma çəkisi: 650 kq
    Yük tutumu: 55 kq
    Maksimum sürət: 222 km/saat
    Seyredici sürəti: 130 km/s
    Fəaliyyət radiusu 150 km
    Ən yüksək hədd: 8200 m
    Avtonom idarəetmə: 24 saat

    Aerostar (Pilotsuz Uçan Apararat)

    Aerostar – Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi tərəfindən İsrail lisenziyası ilə istehsal olunan PUA-dır. Aerostar – taktiki pilotsuz uçuş aparatı İsrailin “Aeronautics Defense Systems” şirkətinin lisenziyası ilə Azərbaycan MSN mütəxəssisləri tərəfindən Silahlı Qüvvələrimizin havadan kəşfiyyat, müşahidə, aşkaretmə və izləmə funksiyalarını daha təhlükəsiz və etibarlı şəkildə icra edə bilmələri məqsədilə istehsal edilir. Gecə və gündüz istənilən hava şəraitində istifadə edilə bilən aparatın böyük yük bölməsi eyni zamanda bir neçə optik modul ilə təchiz oluna bilər.
    Elektron – optik kamera və infraqırmızı sensorlar, real zamanda döyüş sahəsinin görüntülərini çəkmək üçün gövdənin ortasında quraşdırılıb.

    PUA ilə əlaqə 250 km-ə qədər görünüş məsafəsində məlumat ötürülmə kanalı vasitəsi ilə həyata keçirilir. “Aerostar” 304 m/dəq sürətlə qaldırıla bilər. PUA-nın maksimum sürəti 203 km/saat, kreyser sürəti isə 114 km/saatdır. Enmə sürəti 90 km/saat, fəaliyyət uzaqlığı 200 km-dir. Havada maksimum 12 saat qala bilər. Qanadlar arası məsafə 8.7 m, uzunluğu 4.5m, eni 1.2 m, çəkisi 230 kq, faydlı yükü isə 50 kq-dır.

    250000 saat istifadəsinə zəmanət verilir.
    “Aerostar” kompleksinin idarə edilməsi üçün üç ekipaj üzvü tələb olunur: komandir, operator və tuşlayıcı.

    Üstünlükləri
    – GPS qadağan olunan zonalarda fəaliyyət göstərmək imkanı
    – Qısa dönmə radiusu
    – Texniki xidmətin sadəliyi

    Xüsusiyyətləri
    Ağırlığı: 230 kq
    Sürət
    Qalxma sürəti: 304 m/dəq
    Enmə sürəti: 90 km/saat
    Maksimum sürəti: 203 km/saat
    Uzunluğu: 4.5 m
    Eni: 1.2 m
    Qanadlar arası məsafə: 8.7 m

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:30

İsmarıclar bağlıdır.