Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 04Дек

    16069926174919831387 1000x669Yeni növ koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Gəncə şəhərində nəzarət-profilaktik tədbirlər gücləndirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, infeksiyanın yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları nəzarət-profilaktik tədbirlər çərçivəsində ictimai yerlərdə, ictimai nəqliyyatda reydlər keçirirlər.

    Polis əməkdaşları sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verir, bu qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq və digər intizam tənbeh tədbirləri tətbiq edirlər.

    Virusa yoluxma riskinin yüksək olduğu qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda, taksilərdə hərəkət iştirakçıları ilə fərdi profilaktik söhbətlər aparılır.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 12:18

İsmarıclar bağlıdır.